UTGDİB “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni təşkil edib

 

Azərbaycan Respublikası (AR) Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi AR Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Şəhidlər ölməz-Vətən bölünməz” adlı düşərgəni İsmayıllı rayonunun Diyallı kəndində 26-29 oktyabr tarixlərində təşkil etdi. Layihə həmçinin  “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində həyata keçirilmişdir. Читать далее

Реклама

“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” adlı layihə həyata keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi (UTGDİB) “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə”  adlı layihəni Binəqədi rayonunun 135, 267, 283 saylı məktəblərində uğurla həyata keçirtmişdir. Читать далее

UTGDİB “Multikulturalizm ili” çərçivəsində layihə həyata keçirir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Multikulturalizmin Azərbaycan modeli: dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” adlı layihənin icrasına davam edir.

Layihənin məqsədi uşaqların və gənclərin maarifləndiriməsi, cəmiyyətin gələcək sağlam inkişafına bu yolla töhfə verməkdir.

Layihənin may-iyun ayları ərzində ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur.

275 nömrəli tam orta məktəbdə Читать далее

UTGDİB “Multikulturalizm ili” çərçivəsində layihə həyata keçirir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Multikulturalizmin Azərbaycan modeli: dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” adlı layihənin icrasına başlayıb. Читать далее

“Cızma-qara” bloq layihəsi.Son

Gun1

22 avqust 2015-ci il
Təlimçi: İlqar Mirzə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Bakı şəhərində icra olunan “Cızma-Qara” layihəsinin üçüncü təlimi 22 avqust tarixində keçirildi.

Bu dəfə təlimin sonuncu günü və bağlanış mərasimi haqqında yazacam. Öncə təlimin sonuncu günündən başlamaq istəyirəm. Təlimin keçirildiyi yerə gəldiyimdə məlum oldu ki, iştirakçıların bir hissəsi gəlməyib və təbii ki, bu təlimin aktiv, enerji dolu keçməyinə mane ola bilən faktor idi. Təlimçimiz gecikdikdən sonra bizə motivasiya verə biləcək qısametrajlı Polşa istehsalı olan film nümayiş etdirdi. Filmə baxdıqdan sonra iki enercayzer oynadıq ki, bir az yuxudan oyanaq və təlimə ayıq beyinlə başlayaq. Enercayzerin birincisini adı “Vikinq” idi. Qaydası çox sadə idi, kimə işarə edirsənsə o qəribə səslər çıxardıb estafeti digərinə ötürməlidir. Ikincisinin adı isə “Tapança” idi, qaydası isə belədir: bir nəfərə işarə edib onu güllələyirsən, həmin şəxs aşağı oturur və qonşularından kim tez bir-birini vurdusa o birini öldürmüş hesab edir, estafet isə qalib çıxan qonşu tərəfindən digər iştirakçıya ötürülür. Oyun çox sürətli olduqda daha maraqlı olur.

Oyunlara başa vurduqdan sonra  təlimçi İlqar Mirzə bloqda yazandan sonra  onu paylaşmağın yollarını göstərdi, texniki məsləhətlər verdi. Bloqların kataloqlara salınmasının əhəmiyyətindən söz etdi (Məs.: kataloq.net, navigator.az, Mobchannel). İştirakçılara maraqlı olan məsələyə də toxunduq —  Azərbaycan bloqosferinə. Populyar olan bloqlara daxil olduq, onların hansı mövzulara toxunduğunu müşahidə etdik, bəzilərinin yazılarını oxuduq (Reklam olmasın deyə adlarını çəkmirəm J). Daha sonra Azərbaycandan kənarda məşhur olan YouTube kanallarına baxdıq (Məs.: MrFreeman, 100500, Hayrettin, Ashleyshugtime ve d.).

Qeyd edim ki, təlimin bu günü daha çox müzakirələrlə, müxtəlif bloqlarda dərc edilən yazıların oxunması ilə, bloqlardan və YouTube-dan pul qazanmağın əsas prinsiplərinin müəyyən edilməsi ilə yadda qaldı. Bütövlükdə, yeni nəsil  bloqerlərin hazırlanmasında əminəm ki, bu təlimin müəyyən rolu olacaq.

24 avqust 2015-ci il

Bağlanış mərasiminə təlimin axırıncı gününə gəlməyənlər də təşrif buyurdular. Hamıda bir təntənə, sevinc hissi sezilirdi. Mərasimə təlimçi İlqar Mirzə də gəldi (yenə gecikərək :D). Tədbiri giriş sözü ilə layihənin rəhbəri Züleyxa Məmmədova açdı. İştirakçılara təlimdə olduqlarına görə öz minnətdarlığını bildirdi. Sonra çıxış etmək üçün sözü təlimçi İlqar Mirzəyə verdi. Təlimçimiz iştirakçıların tənbəlliyindən gileyləndi, amma yenə də bizi tanıdığına görə sevinc hissi keçirdiyini qeyd etdi. Mərasimin rəsmi hissəsinə sertifikatların verilməsi ilə davam etdirildi. Bütün iştirakçılara təlimin sertifikatı təqdim olunduqdan sonra mərasimin qeyri-rəsmi hissəsinə start verildi. Belə ki, tort kəsildi və iştirakçılara paylanıldı. Təlimin aktiv iştirakçılarından biri olan Zeynal isə öz sözünü yerinə yetirdi və piroq gətirdi (yaxşı ki gətirdi J). Beləcə 3 gün davam edən təlim başa çatdı. Təlimin bloqosferə nə verdiyini isə yaxın gələcəkdə şahidi ola biləcəyik.

Öz adımdan təlimin bütün təşkilatçılarına və təlimçimiz İlqar Mirzəyə təşəkkürümü bildirirəm. Daha da faydalı layihələrdə görüşmək ümidi ilə!

P.S. Təlimin nəticəsində yaranmış  və artıq inkişaf etməkdə olan bloqların siyahısını düzəltdim.

Fərhad Qarayevin bloqu — https://saghlamol.wordpress.com

Rüfət Zeynallının bloqu — https://rufatzeinalli.blogspot.com

Türkan Quliyevanın bloqu — https://soyuq.wordpress.com

Şəms Teymurlunun bloqu — https://qizilintibah.wordpress.com

Cəfərsadiqin bloqu — https://cefersadiq.blogspot.com

Cavidan Məmmədovun bloqu — https://damoklsword.blogspot.com

Məhəmməd Novruzlunun bloqu — https://muhammedsphoto.wordpress.com

Sevinc Vəliyevanın bloqu — https://whatsevinjdid.wordpress.com

Səbuhi Qurbanzadənin bloqu — https://arealliq.wordpress.com

Zeynal Zeynallının bloqu — http://zeynalliz.blogspot.com

Tural Turanın bloqu — https://turalturan.wordpress.com

Təlimin ümumi bloqu — https://qefes.wordpress.com/

Это слайд-шоу требует JavaScript.

“Cızma qara” bloq layihəsi. İkinci gün

Gun1

20 avqust 2015-ci il

Təlimçi: İlqar Mirzə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Bakı şəhərində icra olunan “Cızma-Qara” layihəsinin ikinci təlimi 20 avqust tarixində keçirildi.

Bu təlim günü müxtəlif gecikmələrlə başladı. Birinci qaydanı (təlimə gecikmək) pozanlara cəza tətbiq edilmədi, bu dəfəlik əhv olundular. İştirakçıları yuxudan oyatmaq üçün bir enercayzer  təklif edildi təlimçi tərəfindən: oyunun adı “Meyvə Salatı” idi. Qaydalar çox sadədir: bir neçə meyvə adı deyilir, qrupun iştirakçıları müəyyən meyvələri seçirlər və bir nəfər ayaq üstə qalır, bir meyvə adı deyir və ya “Meyvə salatı” deyir və iştirakçılar ona uyğun yerini dəyişirlər.

Daha sonra təlimçi İlqar Mirzə iştirakçılara 2 sual verdi: həyatda yaxın 5 il ərzində hansı nailiyyətləri əldə etmək istəyirsiniz və bunun üçün hansı keyfiyyətlər lazımdır. İştirakçılar bu suallara cavabı kağızlarda qeyd etdilər və bəzilərini səsləndirdilər. Bu suallardan mümkün ola biləcək cavab kimi çıxan Pul məsələsinə toxunan təlimçi öz həyatından təcrübəsi ilə paylaşdı. İlqar Mirzə 22 yaşında uğurla layihəni bir şirkətə sataraq 15 min $ qazanıb, lakin dostunu itirib. Ona görə də pul həmişə həlledici məqam deyil.

Daha sonra bloq yazısı yazmağın texnikası haqda prezentasiya iştirakçılara təqdim edildi. Nəzəri bilikləri ötürən təlimçi  ilqar Mirzə 16 nəfər iştirakçını 4 yerə böldü və tapşırıq verdi:

1-ci qrup – Ratsional qrupu “Moda” mövzusunu seçdi

2-ci qrup – Nəfəs qrupu “Mentalitet” mövzusunu seçdi

3-cü qrup – Həvəs qrupu “Gənclərin inkişafı ” mövzusunu seçdi

4-cü qrup- ZC=T2 qrupu “Səyahət” mövzusunu seçdi

Bundan sonra təlimçi İlqar Mirzə mövzunu bir az daraldaraq təlimin həyata keçdiyi yeri, Nərimanov rayonunu əlavə etdi. Mövzular daha spesifik oldu və bu halı aldı: Nərimanovda moda, Nərimanovun mentaliteti, Nərimanov rayonunda Gənclərin inkişafı, Nərimanovda səyahət.

Qrup iştirakçılarının bəzisi təlim yerində qalmağı seçdilər, digər hissəsi isə Nərimanov rayonunun müxtəlif yerlərinə səyahət etdilər. Bizim qrupun (ZC=T2)  mövzusu birbaşa olaraq səyahət ilə bağlı idi, ona görə bizdən iki nəfər (Zəhmli Zeynal  və Cəfərsadiq) Nərimanov rayonun gəzməli yerlərinə getdilər və qalan iki nəfərə (Tural və Türkan) çəkilən şəkilləri göndərməyi söz verdilər. Təlim yerində qalan iki nəfərin vəzifəsi məqaləni yazıb və onu tərtib etməkdən ibarət idi. Birinci olaraq təbii ki, Nərimanov rayonunun və Azərbaycanın müasir arxitekturasının zirvəsi hesab edilən Heydər Əliyev Mərkəzindən başladılar. Daha sonra McDonald`s, Metropark və Nərimanov parkı, qədim fars təmayüllü məktəblərdən biri olan Seyid Cəfər Pişəvəri adına Humanitar gənclər gimnaziyası və yeni tikilən Nərimanov kinoteatrını da yazıda işıqlandırıldı. Özünüz baxın, dəyərləndirin yazını.

Digər qruplar da öz tapşırıqlarını yerinə yetirdilər. Məsələn Nəfəs qrupu Nərimanov rayonunda sorğu keçirdi və müxtəlif mövzulara toxundu: şortik, sırğa, xaricdə təhsil almaq və d. Nəticədə bu yazı ərsəyə gəldi. Həvəs qrupu Nərimanov rayonunda gənclərin inkişafı haqqında kiçik araşdırma apardı və bu yazını hazırladılar.  Ratsional qrupu isə adına uyğun olmayan yazı dərc etdi.

Bu təlim günündə iştirakçılar qısa vaxt ərzində bloq yazısı hazırlamığın nə olduğunu, operativliyi, maraqlı xəbər başlığı seçməyi öyrəndilər. Bəzi bloqerlər tapşırıq sayəsində öz debütlərini etdilər. Təbii ki, əsaslı yazı yazmaq üçün verilən vaxt azdır, amma yenə də təcrübə toplamaq üçün belə tapşırıqlar lazımdır.

Maraqlıdır, təlimçimiz görəsən iştirakçılara daha nələr hazırlayıb? Bunları bilmək üçün bizimlə qalın və növbəti yazımızı bloq layihəsinin yekunu və bağlanış gününə  həsr edəcəyik. Görüşmək ümidi ilə, hələlik! 🙂

«Cızma-qara» bloq layihəsi. Birinci gün

Gun1

18 avqust 2015-ci il

Təlimçi: İlqar Mirzə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Bakı şəhərində icra olunan “Cızma-Qara” layihəsinin ilk təlimi 18 avqust tarixində keçirildi.

Təlimin ilk günü bir az gecikirdim. 24 nömrəli avtobusla təlimin keçirələcəyi yerə, BLBS-ə gedirdim. Birdən avtobusa qaça-qaça daxil olan tanış sima gördüm, əlində kitab var idi. Sən demə bu Читать далее