İngilis dilində LİSTENİNG-i necə artırmaq lazımdır?


English-listening_turalturan.com.jpg

 

İngilis dilində eşidib anlamaqda çətinliyiniz var? Listening etməyə vaxt yoxdur? Uzun müddət ingilis dili ilə məşğul olmağınıza baxmayaraq hələ də qavramaqda çətinlik çəkirsiniz? Gəlin bu sualları bu yazıda cavab tapmağa çalışaq.

Əvvəla nəyə görə məhz dinləmədə çətinlik yaranır buna aydınlıq gətirmək lazımdır.

Dinləmə çətinliyinin səbəbələri

Şəxsiyyət tipi xüsusiyyətləri  

Gəlin belə bir təcrübə keçək. “Halva” deyəndə ağlınıza nə gəlir? Əgər yas mərasiminə təklif ediləm şirin, dadlı və müftə yeyinti məhsulunu təsəvvür edirsinizsə, onda siz – vizualsınız.

İnformasiyanın qavramanın təsvir edən bir çox təsnifat var. Əsas olanları bunlardır:

Audial – informasiyanı dinləyərək yaxşı qavrayırsınız;

vizual – yeni informasiyanı görüntü olaraq tez mənimsəyirsiniz;

kinestetik – məlumatı duyğu və hisslərlə əlaqələndirirsiniz;

Əgər audial qrupuna aid deyilsinizdə dinləmədən başlamaqda çətinlik çəkə bilərsiniz. Ancaq dinləmə qabiliyyətini məşq elətdirməklə artırmaq mümkündür.

Kiçik lüğət bazası

Lüğət bazası nə qədər geniş olsa o qədər tez dinləyərkən anlamaq olar.

Çox çətin material

Dinləmək üçün çox material tapmaq mümkündür. Lakin burada əsas odur ki, başlayan kimi çətin video və ya filmlərə keçməyək, misal üçün “Friends” və ya “MD, House” serialları kimi. Animasiya filmləri, nağıllar, öyrədici videolar, yumoristik videolarla başlamağa çalışın.

Dinləmə praktikasının olmaması

Dərslərdə bir-iki dərsdə dialoqlara qulaq asmaqla Listening-i artırmaq çətindir. Ona görə də mütəmadi olaraq dinləmə ilə məşğul olmaq labüddür.

Listening-i artırmaq üçün məsləhətlər

  • Ətrafınızda ingilisdilli mühit yaradın.

Əgər xaricə gedə bilmirsinizsə və ya tətbiq (application) vasitəsilə tapdığınız şəxslərin dil səviyyəsi sizi qane etmirsə onda belə edin. Ətrafınızda ingilis dilində danışa və yaza bilən şəxsləri tapın, onlarla mütəmadi olaraq təmasda olmağa çalışın. Şəxsi təcrübəmdən deyə bilərəm ki, həftənin bəzi günləri yalnız ingilis dilində danışır və yazırdım. Beyni müəyyən günlərdə adi və qeyri-adi vəziyyətlərdə belə bir dilə kökləyərək yeni sözləri lüğətsiz də öyrənməyə şərait yaradır və konkret vəziyyətlərə uyğun lüğət bazasının əmələ gəlməsinə səbəb olur.

Bundan əlavə ingilis dilində olan TV və Youtube kanalları tapın, radioya qulaq asın və podlastlara abunə olun. Xoşunuzə gələn mahnıların sözlərini “lyrics” yazmaqla öyrənə və daha tez sözlər yadda saxlaya bilərsiniz. Bir sözlə, görün nə qədər imkan var ingilis dili ilə əhatə olunmaq üçün!

Bəlkə deyə bilərsiniz ki, işləyirəm və ya təhsil alıram, ona görə də vaxtım yoxdur. Yalandır! Bəs hər gün yemək yeyəndə nə ilə məşğulsunuz (yeməkdən başqa)? Bəs nəqliyyatda gedəndə nə edirsiniz? Telefona podkastlar yükləyin və qulaqcılar vasitəsilə onlara yolda qulaq asın. Evdə yemək hazırlayırsınız? Youtube ingilis dilində yemək bişirməklə bağlı kanaldan videonu qoşmaqla həm yemək respti, həm də ingilis dilində yeni sözlər öyrənə və həmçinin dinləmək qabiliyyətini artıra bilərsiniz.

Bir də smartfonda hansı dildən istifadə edirsiniz? Azərbaycan, Rus, Türk? Yaddan çıxardın. Yalnız ingilis dilinə keçin.

  • Mütəmadi olaraq ingilis dilində nitqi dinləyin

Bir qayda olaraq Listening üçün özünüzə gündə  20-30 dəqiqə ayırın. Hər gün! Yoxsa bir gün ingilis dili ilə yatıb, sonra bütün həftə ərzində yaddan çıxartmaq az fayda verir.

  • Müxtəlif materiallardan istifadə edin

Eyni ingilis dilini həmişə dinləməyin.

Misal üçün, ingilis dilində yalnız BBC-yə yox, arada Kanadaya məxsus olan CBC-yə və ya ABŞ-a aid olan NBC, ABC, CBS-ə də qulaq asa bilərsiniz.

  • Diktorun ardınca təkrarlayın

Audiokitab yükləyin. İlk olaraq, kiçik hekayələr və nağıllardan başlamaq olar. Diktorla eyni anda oxumağa çalışın. Belə də, siz intonasiya ilə oxumağı, harada pauza vermək və ya vurğu olmalı olduğunu biləcəksiniz.

  • Lüğət bazasını artırmaq

Bildiyiniz kimi lüğət bazası aktiv və passiv hissəyə bölünür. Belə ki, danışıqda istifadə etdiyiniz sözlər aktiv, tanış olduğunuz, lakin istifadə etmədiyiniz sözlər isə passiv hesab olunur. Belə ki, aktiv lüğətlə bərabər passiv lüğətə də yer ayırmaq gərəkdir. Dil daşıyıcısı ilə rahat danışmaq üçün idiomlar, slenq ifadələrindən xəbərdar olmaq vacibdir.

  • Qrammatikanı yaddan çıxartmayın
  • İngilis dilində daha çox danışın

Müəllimlə, dost-tanış, qrup yoldaşı və s. Ingilis dilində danışmağa çalışın. Bununla da real olaraq danışıb dil baryeri aşırsınız. Hər insanın öz aksenti və özünəməxsus danışıq tərzi var. İngilis dilində serial və filmlərə baxa bilərsiniz (həmçinin subtitrlərlə). Belə də, ingiliscə sözləri həm eşidə, həm də görüb oxuya bilərsiniz.

Axırıncı dəfə nə vaxt Conversation Club-a getmisiniz? Bilmirsiniz yoxsa xatırlamısınız? Necə yəni bilmirsiniz? Ən azından burada ÖDƏNİŞSİZ iştirak edə biləcəyiniz danışıq klublarının siyahısı var. Əlaqə saxlayın, vaxtı öyrənin və gedin. «Sağ ol»u sonra deyərsiniz.

  • İngilis dilində düşünməyə başalyın.

Bir mətni gördükdə və ya eşitdikdə onu avtomatik olaraq doğma dilinizə tərcümə etməyə çalışmayın. Hərf hərf tərcüməyə köklənməyin, əsas məğzi tutmaqdır.

Əsas məqsədin nədən ibarət olduğunu bilməkdir. Onda uzun yola işıq salmaq da mümkündür. Bir də ki, sizə maraqlı olan materialları seçin. Elə bloqda olduğu kimi! Hələlik!

Feysbukda izləyin:

https://www.facebook.com/turalturanblog/

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s