“Son iclas” filminə RƏY


son iclas

Baş prodüser — Arzu Əliyeva

Ssenari — Müsəllim Həsənov

Quruluşçu rejissor — Fuad Əlişov

Quruluşçu operator — Rəşad Nuriyev

Quruluşçu rəssam — Şahin Həsənli

Bəstəkar — Azad Vəliyev

Vaxt — 58:20

İl — 2018

Rollarda — Elnur Hüseynov, Rəis Rəsulzadə, Vüsal Murtuzəliyev, Mirzəağa Mirzəyev, Sərdar Rüstəm, Habil Xanlarov, Elnur Qədirov, Cəlal Məmmədov, Elşən Şıxəliyev, Bəhruz Vaqifoğlu, Manaf Dadaşov, Elçin Muradov, Qurban İsmayılov, Bulud Quliyev, İbrahim Əminov

Annotasiya:

Son İclas» adlı bədii-sənədli film, Cümhuriyyətimizin 100 illiyinə həsr olunub. Filmin məqsədi, 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdırmaqdır.

Ekran əsərinin ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. «Son iclas» filmi Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.

Filmin treyleri —

 

Filmin maraqlı olan cəhəti odur ki, nə sırf sənədli filmdir, nə də ki bədii. İki janrın toqquşmasında yaranıb. Bu cəhət şəxsən izləyici kimi məni cəlb edir, çünki quru faktlar və sənədlər deyil, canlı obrazlar görmək mümkündür. Bu obrazlar hətta çıxışlar edir və həmin dövrdə yaranan vəziyyəti izah etməyə çalışır. Obrazların mövcudluğu filmin bədii olmasına, sənədlərdən sitatların gətirilməsi və istinad olunması, həmçinin tarixçilərin çıxışları filmin sənədli olmasına imkan yaradır.

Görüntünün yüksək keyfiyyətdə olması izləyicini məmnun edə bilər və onu ekranda baş verənlərə köklənməyinə şərait yaradır. Obrazların tarixi şəxsiyyətlərə oxşaması faktoru filmdə nəzərə alınıb.

Məmməd Əmin Rəsulzadə_elnur Hüseynov

Məmməd Əmin Rəsulzadə və obrazı canlandıran aktyor Elnur Hüseynov

Film Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin dövr olan 1920-ci ili əhatə edir və parlamentdə baş verən qızğın mübahisələri canlandırır. Müxtəlif fraksiyaların nümayəndələri öz maraqlarından çıxış edərək Bakının taleyini həll etməyə çalışırlar. Filmdə aparıcının olması hadisələrə daha yaxın olmağa və həyəcanla izləməyə imkan yaradır.

Ümumilikdə, filmin ideyası, onun süjet xətti bəyənilən formadadır və izləyici yormadan tarixi hadisələr barədə məlumatlar təqdim olunur. Bu baxımdan, film yeniyetmələrə, şagirdlərə daha faydalı ola bilər və onları maraqsız tarix dərsliklərində yazılanları oxumaqdan xilas edə bilər. Üstəlik filmin AXC-nin yaranmasının 100 illik yubeliyi ili çərçivəsində hazırlanıb təhvil verilməsi simvolik məna daşıyır. Filmin yaranmasında Heydər Əliyev Fonduna və BP şirkətinə təşəkkür düşür. Xüsusilə də, nəzərə alsaq ki, BP şirkəti filmi Youtube kanalına ingilis dilində subtitrlərlə yükləyib. Bu da, öz növbəsində, filmin xarici auditoriyaya yayılmasında maneənin olmamasına gətirib çıxardır. Buna görə, həmin videonu paylaşıram və xaricdə yaşayan tanış və dostlarınızla paylaşmağınızı istəyirəm. Bu da AXC-nin yaranmasının 100 illik yubileyinə sizin töhfəniz olsun.

Film (ingilis dilində subtitrlərlə) — 

 

Это слайд-шоу требует JavaScript.

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s