UTGDİB sədri Belarusda keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edib


“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Tural Cəfərov Belarusda “Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzində keçirilən “Sərhədsiz dostluq” XIV Beynəlxalq gənclər forumunda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib və ölkəmizi təmsil edib. Nümayəndə heyətində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının (ATGTİ) İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Samir Quliyev və Bakı Dövlət Universitetinin BMT Modeli (BSU MUN) klubunun prezidenti Ramin Əmirov yer alıblar.

IMG_20180622_163932_HDR

Samir Quliyev (solda), Tural Cəfərov (mərkəzdə), Ramin Əmirov (sağda) Belarus Respublikasının təhsil naziri İqor Karpenko ilə görüş

“Sərhədsiz dostluq” («Дружба без границ») Beynəlxalq gənclər forumu 2005-ci ildən Belarusda keçirilir. Forumun təşkilatçıları Belarus Respublikasının Təhsil Nazirliyi və “Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzidir.

Forumun məqsədi müxtəlif ölkələrdən olan gənclər arasında əməkdaşlıq və dostluq əlaqələrinin qurulması, gənclərin mövcud problemlərinə ümumi yanaşmaların formalaşması, innovativ sosial və təhsil layihələrin həyata keçirilməsinə dair tədbirlərin görülməsidir.

Forumun ilk günü iştirakçılar II Dünya Müharibəsi iştirakçılarına həsr olunmuş “Minsk-qəhrəman şəhər” stelasını ziyarət edib və onların xatirəsini  yad edib. Daha sonra II Dünya Müharibəsinə həsr olunmuş muzeyə ekskursiya təşkil edilib. İştirakçılar Belarus Respubikası Prezidenti yanında İdarəçilik Akademiyasını ziyarət edərək ali təhsil müəssisəsinin rəhbərliyi, gənc fəallar və orada təhsil alan xarici tələbələrlə görüşüb aktual mövzular barədə müzakirələr aparıblar.

Forumun ikinci günü iştirakçılar Belarus Respublikasının təhsil naziri İqor Karpenko ilə görüşüblər. Görüşdə Belarusda təhsil sahəsinə aid siyasət, aktual məsələlər müzakirə olunub, verilən suallar cavablandırılıb.

Növbəti gün Belarus Atom Elektrik Stansiyasında info-tur təşkil olundu. İnfo-turda Atom Elektrik Stansiyası və ümumilikdə nüvə enerjisi barəsində məlumat verilib. Bundan əlavə həmin gün Dayanıqlı İnkişaf Məqsədləri (SDG) haqqında məlumatlandırıcı sessiya təşkil edilib.

Forum çərçivəsində UNİCEF-in Belarus Respublikasındakı Nümayəndələyinin rəhbəri Rəşid Mustafa Sərvərlə də görüş keçirilib. Görüş ərzində UNİCEF-in ümumilikdə və xüsusən Belarus Respublikasındakı göstərdiyi fəaliyyət, həyata keçirdiyi layihələr haqqında məlumat verilib, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

İştirakçılar müvafiq mədəni-kütləvi tədbirlərə qatılıb və Belarusun tarixi abidələrini ziyarət ediblər. Ölkələrin təqdimatında Azərbaycan haqqında videolar nümayiş etdirilib, çıxışlar edilib və həmçini bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub. 2025-ci ildə  Dünya Expo sərgisinin keçirmək üçün Bakının da namizəd şəhər olduğu iştirakçıların nəzərinə çatdırılıb.

Это слайд-шоу требует JavaScript.

Tədbirin sonuncu günündə “Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzinin rəhbəri Nadejda Onufriyeva Azərbaycan nümayəndə heyətinə fəal iştiraka görə hədiyyə təqdim edib. Daha sonra ölkələrin mədəniyyət gecəsi təşkil olunub. Tədbirdə Azərbaycan nümayəndə heyəti ölkənin tarixi, mədəniyyəti, mətbəxini əks etdirən hədiyyələr, suvenirlər və açıqcalar nümayiş edib.

Forum haqqında video

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s