Bəxtimşah Tağıyevanın BƏYANATI — 22.05.18


beyanat.jpg

İlk növbədə, qeyd etmək istərdim ki, 2002-ci ildə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyini təsis etmişəm. Yarandığı gündən bəri təşkilatın missiyası əlil, şəhid, qaçqın, köçkün, kimsəsiz, imkansız uşaq və gənclərə maddi, mənəvi və humanitar yardım göstərmək, onların maarifləndirilməsi, asudə vaxtlarının təşki edilməsidir. Məlumat üçün qeyd edim ki, 2014-cü ildən təşkilatın sədri Tural Cəfərovdur, mən isə sədr müaviniyəm. Bir qeyri-peşəkar jurnalist məlumatı yoxlamayıb dərc edib və bundan sonra digər saytlar da eyni yanlış və təhrif olunmuş məlumatı yaymaqla qeyri-peşəkarlıq nümayiş etdiriblər.

Keçək əsas məsələyə, yəni son günlərdə müzakirə olunan şərhə. Bəli, söhbət məhz şərhdən gedir. Müəyyən saytlardda verildiyi kimi çıxış və ya statusdan yox.

status_19.05.18

Jurnalist tərəfindən yazılan status 

sherh_19.05.18.jpg

Yazdığım şərh 

Şərhdəki mətni bir daha yazıram: “İnananlar şərəfsizdir. Ərəb qul olmaq alçaq şərəfsizlikdir. İnsan azad olmalıdır”. Söhbət burada İSLAM dinindən Getmir. İslam dininə inananlardan Getmir. Müxtəlif məbləğlər hesabına qanunsuz dini təriqətlər, sektalar və xarici qüvvələrdən müəyyən məbləğ alıb xalq arasında nifaq, dini radikalizm, multikulturalizmə zidd olan dəyərləri yayan şəxslərdən gedir. Cümləni kontekstdən çıxaran və onu dinə inanan şəxslərə qarşı yönəltməyə çalışan jurnalist təbii ki, qərəzli yanaşır və bəlkə də müəyyən dairələrin əlində alətə çevrilib.

Bundan əlavə, bildirmək istərdim ki, mən şəxsən və təşkilatımız cənab İlham Əliyevi həmişə dəstəkləmişik. Bundan cənab Prezident də xəbərdardır və göstərdiyimiz fəaliyyətə lazımi səviyyədə dəyər və qiymət verir.

Əgər şərhdə yazdıqlarımla kimlərinsə hisslərinə, inancına toxunmuşamsa buna görə ÜZR İstəyirəm. Məqsəd təbii ki bu deyil idi. Ümumiyyətlə multikultural və demokratik  və cəmiyyətdə hər kəsin söz və fikir azadlığı var. Bu azadlıqlar Konstitusiyada da yer alır (47-ci maddə). Ona görə də heç kim kiməsə nəyi yazıb yazmamağını göstəriş verməli deyil.

Təşkilatımız ümumilikdə cəmiyyətimizin aktual mövzu və problemləri barədə layihələr həyata keçirir. Bu günlərdə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ərzaq təhlükəsizliyi və düzgün qidalanmaya dair maarifləndirmə  tədbirlərinin təşkili” adlı layihəni həyata keçirir. Layihənin əsas məqsədi məktəblilərdə qida təhlükəsizliyinin təbliğ edilməsi, onların maariflənməsi, sağlam həyat tərzinin təbliği və təşviqidir. Məsələ ilə bağlı çıxışımı bu linkdən izləyə bilərsiniz.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s