General English öyrənərək IELTS hədəflərini necə vurmalı

General English mövzusunda təcrübəmi artıq paylaşmaq zamanıdır deyə düşünürəm. Hazırlıq dönəmi boyunca çox sayda peşimanlıqlarım və qarşıma çıxan problemlər olduğundan, bənzər halları sizin də yaşamamanız üçün bu haqda yazmaq istədim.

Bu yazını, əsasən, General English öyrənməkdə olanlar üçün hazırlamışam. bu qeydlərim hər kəs üçün 100/100 uyğun olmayacaqdır. Lakin bu nümunənin üstündə özünüzə uyğun olan ən münasib metodu tərtib edə bilərsiniz.

Mən bu yazıda elə özüm üçün hansı tip tapşırığı hansı formatda edərsəm, birdən çox məqsədə xidmət edəcəyini təyin etmişəm.  Sonda özüm üçün 4 tip tapşırıq bəlli etmişəm ki, bunların sizə də faydası var. Beləliklə:

  1. Transkriptli audio dinləyin. Mən LearnEnglish podcast-ını dinləyirəm. Bundan daha yaxşı proqram ilə tanış olsanız, onu dinləyin. Bu proqramı məqsədəuyğun edən odur ki, sizin dil öyrənərkən istifadə edəcəyiniz mövzulara yaxın mövzular seçir və üstəlik audio faylı həm də yazılı mətnin müşayiəti ilə dinləyə bilirsiniz.

Bu hansı hədəfə vurur? Bizim Speaking bacarığımız üçün qazanmalı olduğumuz bacarıqlardan biri sözləri tələffüz edə bilməkdir. Audiofaylı dinləyərkən mətni oxuduqca tanıdığınız sözlərin native speaker tərəfindən necə tələffüz edildiyini öyrənmiş oluruq. Üstəlik, Listening testində bizə eşitdiyimiz sözləri (tələffüzündən) tanımaq önəmlidir. Olur ki, listening imtahanında eşitdiyimiz sözü sırf tələffüzündən tanıya bilmədiyimiz üçün suala cavab verə bilmirik. Odur ki, tələffüzdən sözü tanımaq önəmlidir ki, bu bacarığı da yuxarıda qeyd etdiyim üsulla formalaşdırmış oluruq.

  1. Yazılı nitq tərtib edin. Əlinizdəki hər hansı dərsliyin speaking bölümündən suallar, yaxud öyrəndiyiniz mövzular üzrə danışmaq istədiyiniz bir bölüm üzərindən şifahi danışacağınız bir nitqi yazılı formadaöncədən hazırlayın. İngiliscə birbaşa ifadə etməyə çətinlik çəkirsinizsə, ilk öncə nu Azərbaycan dilində yazıb, ardınca ingiliscəyə yazılı tərcümə edin. hazırladığınız mətni onsuzda bir neçə dəfə dəyişəcək, əlavələr edəcək, zənginləşdirəcəksiniz. Ortalama 3-5 belə mətn tərtib etdikdə meydana artıq ən çox istifadə etmək istədiyiniz bəlli bir söz qrupu çıxacaq. Mətni/nitqi zənginləşdirmək üçün, ona zamanla linking word, collocation, idiom,hətta bəlkə atalar sözü və s. də əlavə edəcəksiniz. Bir neçə ay ərzində artıq fikirlərinizi yerindəcə  şifahi nitqlə ifadə etməyi vərdiş edəcəksiniz. Öyrəndiyiniz hər qrammatik qaydanı da məhz bu yazılı mətnlərdə tətbiq edin.

Bu hansı hədəfə vurur? Speaking üçün siz sözləri tələffüz etməli olduğunuz kimi, fikirlərinizi yeni öyrəndiyiniz sözlərlə ifadə etməyi bacarmalısınız. Bir növ, öyrəndiyiniz sözlər «aktiv lüğət bazanızda olmalıdır» — deyir bir çox müəllimlər. Ağlınıza çox rəngarəng fikirlər gələ bilər, lakin bunu hansı sözlərlə, necə ifadə edəcəyinizi bilməsəniz, speaking istədiyiniz kimi alınmayacaq. Bu təlimi etməklə həm də qrammatik biliklərinizi praktik məşq etmiş olursunuz. Speaking və hətta writing-də qrammatik normalara vərdiş edirsiniz. Yeni öyrəndiyiniz sözlər isə sizə fikirlərinizi həm şifahi, həm də yazılı ifadə etmək üçün aktiv lüğət bazanıza keçir. Bununla belə, ingilis dilini öyrənərkən, bəlli olan müxtəlif mövzular üzrə fikirlərinizi ifadə etməlisiniz. Bir təlim məşqi ilə bir neçə hədəfə birdən vurmuş olursunuz, zaman və enerjinizə qənaət etmiş olursunuz.

  1. Mövzu üzrə mətnlər oxuyun. Məlumdur ki, lüğət bazamızı mövzular üzrə genişləndirə və möhkəmləndirə bilərik. Üstəlik ingilis dili üzrə olan imtahanların rəsmi və ya qeyri-rəsmi tələbləri arasında da bəlli bir sıra mövzular yer alır ki, sizdən bu mövzular ətrafında yazılı və şifahi imtahanlar alınır. Demək olar, bütün ingilis dili dərslikləri mövzular üzrə hissələrə bölünmüşdür. Əlinizdə olan hər hansı bir dərslikdə olan mətnləri özünüz üçün oxuyun. Hazırda istifadə etdiyim kitab Barron’s IELTS-dir. Lakin istənilən dərslikdəki kiçik ya böyük mətnlər işinizə yarayacaqdır. Oxuduqca da sözlərin yazılışına, fikrin ifadə tərzinə, idiom, collocation, ideyalara diqqət edin və özünüz üçün mütləq notlar alın.

Bu hansı hədəfə vurur? Fikrinizi sözlərlə ifadə etməklə bərabər, o sözlərin yazılışını da bilməyiniz lazımdır. Məsələn, imtahanda «accommodation» sözündə iki “m” olduğunu diqqətdən qaçırmamaq üçün sözün yazılışını öncədən bilmənizdə fayda var. Reading bölümündə verilən mətnlərdən oxuduğumuz sözlərin bir qismi tanımadığımız sözlərdir və buradakı sözləri tanıma ehtimalımızın 90% üstündə olması üçün ağlasığmaz dərəcədə çox söz öyrənməniz lazım gələ bilərdi. Halbuki buna ehtiyac yoxdur. Hətta imtahanı tərtib edənlər də sizdən bu sözləri tanımağınızı deyil, mətnin gedişatına, formatına, cümlənin mənasına əsasən təxmin etmənizi istəyir (yadınızdadırsa, ana dilində dərs oxuyarkən hər hansı sözün mənasını valideynlərinizdən soruşarkən «cümlədə işlət, deyəcəm» kimi cavab alırdınız. Bunu ingiliscə də etməniz faydalıdır). Çox sayda mətn oxumaq bizə bir çox bacarıqlar qazandırır: bunların arasında sözlərin yazılışını bilmək (listening, writing), sözü oxudan tanımaq (reading), sürətli oxudan fikri tutmağı bacarmaq (reading), mövzular üzrə ideyalarınızı zənginləşdirmək (speaking, writing), fikrin akademik ifadə tərzini mənimsəmək (writing, speaking), yazının zənginliyi üçün synonym, linking word, idiom, collocation-ların istifadə məğzini anlamaq (speaking, writing) birbaşa daxildir. Siz fikrinizi ifadə edərkən bəlkə də doğru söz işlədəcək, lakin yerində olmayan sözü işlədəcəksinizsə, bu sizin balınıza təsir edəcək. Buna yol verməmək üçün mətnləri oxumaq, hərçənd məhz mövzular üzrə oxumaq bir neçə hədəfə birdən vurmaq üçün faydalıdır.

  1. Öz sinonimlər siyahınızı tərtib edin. Tədrisiniz boyunca öz sinonim siyahınızı tərtib edin. Hər yeni söz öyrəndikcə, eynimənalı başqa bildiyiniz sözün yanına bu sözü qeyd edin. Lüğət dəftəri, Excel fayl, bir qutunun içində stikerlər… Ağlınıza gələn və sizə rahat olacaq istənilən formada öyrəndiyiniz sinonimləri siyahıya əlavə edin.

Bu hansı hədəfə vurur? Böyük bir sinonim listiniz çıxacaq meydana və bu sizə həm speaking, həm writing imtahanında, hətta readinglistening-də də mütləq ki faydalı olacaq. Xüsusilə, də IELTS və ya oxşar formatlı imtahanlarda bu sinonimlər sizin ən önəmli silahlarınızdan biri olacaqdır. Writing Task 2(həm də Task 1) üçün siz bir mövzu üzərindən (məsələn, «Capital punishment») fikirlərinizi fərqli strukturlarda ifadə etməli olacaqsınız. Uzun bir mətn boyunca bir sözü 5-6 dəfə təkrarlamanız mətni yoxlayanda sizin lüğət bazanızın zənginliyinə şübhə çıxır yaranır. Üstəlik mətniniz də zəngin görünmür. Bu isə balınıza, əmin olun ki, neqativ təsir edir. Eynisi speaking-ə də aiddir. Bir başqa məqam ondadır ki, sinonimlər siyahısı internetdə tapılmayacaq bir şey deyil, lakin o listi tapıb əzbərləmənin faydası çox cüzidir. Lakin bir şeyi özünüz tərtib edirsinizsə, onu yadda saxlama ehtimalınız da çoxdur.

İstənilən halda, hətta gələcəkdə IELTS kimi bir planınız yoxdursa belə, öyrənmə prosesinizi ölçüləbilən olması üçün 4 bölüm (Speaking, Listening, Reading, Writing) üzərindən dəyərləndirmək lazımdır. Proses boyunca müəlliminizlə davamlı məsləhətləşin, müəlliminiz yoxdursa, dostlarınızdan maraqlanın, yaxud internet resurslarından faydalanın.

Sirr deyil ki, təcrübə və bilik paylaşıldıqca zənginləşir. Öz təcrübənizi hamımızla paylaşın.

Hazırladı: Məlahət Hacıyeva

Redaktə etdi: Tural Turan

Реклама

Рецензия на фильм «Три билборда на границе Эббинга, Миссури» (2017)

Оригинальное название: Three Billboards Outside Ebbing, Missouri

Режиссёр — Мартин Макдонах

Год производства: 2017

Страна: США

Продолжительность: 115 мин

Композитор: Картер Бёруэлл Читать далее