UTGDİB sədri Türkiyədə keçirilən təlimdə iştirak edib


 

“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Tural Cəfərov Azərbaycan nümayəndə heyətinin tərkibində Avropa Ittifaqının Erasmus+ proqramı çərçivəsində 30 noyabr-6 dekabr 2017-ci il tarixlərində Türkiyənin Eskişehir şəhərində «Back to NGO basics» adlı beynəlxalq təlim kursunda iştirak edib. 

Təlim təşkilatların identifikasiyasını, təşkilati strukturunu, layihə və planlaşdırma işlərini, resurs menecmenti və davamlılığını müzakirə etmək və inkişaf etdirmək məqsədilə təşkil olunub. Bundan əlavə, təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında da seminar keçirilib və müzakirələr aparılıb.

Ümumilikdə təlimdə 10 ölkədən 30-dan çox nümayəndə iştirak edib. Təlim çərçisəvəsində ölkələrin mədəniyyət gecəsi təşkil olunub. Tədbirdə Azərbaycanı təmsil Tural Cəfərov, Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə və Gənc Elçilər proqramının iştirakçısı Aygül Ələsgərova ölkənin tarixi, mədəniyyəti və mətbəxini nümayiş edib iştirakçılara Azərbaycan haqqında məlumat veriblər.

medeniyyet gecesi

Azərbaycan nümayəndə heyəti

Təlimin sonuncu günü kursu uğurla bitirdiyi üçün Tural Cəfərova YouthPass sertifikatı təqdim edilib.

DSCF6923.JPG

YouthPass sertifikatının təqdim olunma mərasimi

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi şəhid, əlil, qaçqın, məcburi köçkün, valideynsiz, və imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000 nəfərə yaxındır. Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, onlar arasında musiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Təşkilatın 8 rayon şöbəsi fəaliyyət göstərir.

+DSCF6779

Tural Cəfərov, İlhamə Qasımzadə, Aygül Ələsgərova

Реклама

UTGDİB sədri Türkiyədə keçirilən təlimdə iştirak edib: 2 комментария

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s