UTGDİB “Qalib sən ol!” idman yarışları keçirdib


Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi (UTGDİB) şəhid, əlil, qaçqın, məcburi köçkün, valideynsiz (bəzən hər ikisini itirmiş), və imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000-dən çoxdur. Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, uşaqlar arasında müsiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Təşkilatın 8 rayon şöbəsi var.

“Qalib sən ol!” idman yarışları layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Spartak” idman klubunun iştirakı ilə həyata keçirilib.  Layihənin məqsədi gənclərdə idman ruhun aşılanması, mübarizəyə həvəsini artırılması, komandada işləmək bacarıqlarının əldə olunub tətbiq olunmasıdır. Yarış öncəsi layihə rəhbəri Bəxtimşah Tağıyeva qeyd etdi ki, layihə gənclərin idmana həvəsinin artırılması nöqteyi-nəzərdən əhəmiyyətlidir.

“Spartak” idman klubunun 100 üzvünün iştirakıyla güləş yarışı keçirildi. 3 komanda arasında keçirilən yarışda  qaliblər diplomla, köynəklə mükafatlandırıldı.

Təşkilat uşaqlar arasında 4 komandanın iştirakı ilə futbol yarışı keçirtdi. Qalib komandalara kubok təqdim olundu və onlara xatirə köynəkləri və diplomlar verildi. Sonra uşaqlar üçün şirniyyat süfrəsi açıldı. Hər iki oyunda qaliblərə tutduqları yerlərə görə I,II,III dərəcəli diplomlar paylanıldı. Beləliklə, layihə uğurla yekunlaşmışdır.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s