“Sağlam həyat tərzi. Xromosomlarda gen mutasiyasıları və aradan qaldırılma yolları”


Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi şəhid, əlil, qaçqın, məcburi köçkün, valideynsiz (bəzən hər ikisini itirmiş) və imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000-dən çoxdur. Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, uşaqlar arasında müsiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Təşkilatın 8 rayonda şöbələri fəaliyyət göstərir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sağlam həyat tərzi. Xromosomlarda gen mutasiyasıları və aradan qaldırılma yolları” adlı layihə həyata keçirilir.

Layihənin məqsədi gənclərə genetika sahəsində ilkin biliklərin ötürülməsi, genetik mutasiyalar nəticəsində əmələ gələn xəstəliklər və onların aradan qaldırılması yolları barədə maarifləndirmədən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə bu layihə Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb, 5 nömrəli tam orta məktəb, 247 nömrəli tam orta məktəbdə keçirilmişdir. Layihə Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə də keçiriləcəkdir. Layihə bütün məktəblərdə uğurla və maraqla həyata keçirilir. Məktəb kollektivlərinin marağına səbəb olur.

Layihədə iştirak edən məktəblilərə sertifikatlar təqdim edilmişdir.

54 nömrəli məktəbdəki tədbirdən fotolar:

5 nömrəli tam orta məktəbdən şəkillər:

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s