Praqaya səyahət – birinci hissə


Bloqumda indiyı qədər səyahət, xarici ölkələr və şəhərlər haqqında yazılar paylaşmamışam. Bunun bir sıra səbəbləri var, onlar arasında bəlkə də ən vacibi bu sahədə təcrübəmin az olmağıdır. Bu məqsədlə bloquma daha təcrübəli şəxslər dəvət edib oxucular üçün maraqlı ola biləcək yerlər haqqında yazılar hazırlamağı qərar verdim. Əməyimizə qiymət vermək oxuculardan asılıdır. Beləliklə, başlayaq Praqadan!

 

Niyə Praqa?

Tarixi məkanları, mədəniyyət abidələrini, musiqini, izdihamı və romantikanı bir arada sevənlər üçün Mərkəzi Avropanın “Qotika Kralıçası” adlandırılan Praqa gediləcək ilk məkandır. Praqaya gedib və onun gözəlliyinə valeh olmayan şəxslərə çox nadir rast gəlinir. Onun küçələrində gəzib, rəngbərəng binalarını seyr edib, günbatımı zamanı Vltava çayında gəmi ilə gəzib Praqaya aşiq olmamaq qeyri-mümkündür. Vltava çayının hər iki sahilində yerləşən, uzun illər Bohemiya krallığının paytaxtı olan,  tipik orta əsr şəhəri  Praqa özünün qotik, barokko, intibah dövrü və modern abidələri ilə göz oxşayır.

Orta əsrlər memarlığı deyildiyi zaman ağıla ilk təbiətin sarı, qırmızı, narıncı tonları ilə bəzədiyi, bir milyondan çox əhalisi olan Praqa gəlir. Möhtəşəm kilsələri, körpüləri, maraqlı saat qüllələri, kafe və restoranları və hər tərəfi tarix qoxan  mistik abidələri ilə məşhur olan Çexiya Respublikasının əzəmətli və ovsunlayıcı şəhəri Praqa Mərkəzi Avropanın digər şəhərlərindən fərqli olaraq II Dünya müharibəsindən demək olar ki, heç bir ziyan çəkmədən çıxmışdır.

 

Praqanı gəzməyə nə qədər vaxt sərf etməli?

Praqa o qədər də böyük olmadığına görə şəhəri ayaqla gəzmək daha münasibdir. Əgər sizin iki günlük vaxtınız varsa,  o zaman  birinci günü “Qədim şəhəri” gəzib Karl körpüsü ilə keçərək Praqa qalasına qalxa, ikinci gün isə Müasir şəhər hissəsini və Petrin qülləsini gəzə bilərsiniz.

Əgər Praqada gəzmək üçün sizin cəmi bir neçə saat vaxtınız varsa, o zaman 15-20 avro olan avtobus turları sizin üçün münasib olar. Çexiyanın məşhur bəstəkarı Bedrjix Smetananın “Vətənim” simfonik poemalardan ibarət silsiləsinin sədaları altında Praqa küçələrini gəzmək insana xüsusi zövq verir. Bu turlarda sizə Praqa qalasında gəzməyə 40 dəqiqə vaxt veriləcəkdir.

Uzun müddət Praqada qalacaq şəxslər isə məşhur muzeyləri gəzə, Praqa Zooparkına və ya şəhər kənarına səyahət edə bilərlər. Vaxtınız qalsa  Mərkəzi Avropanın Vyana, Bratislava, Budapeşt kimi şəhərlərinə çox ucuz qiymətə qatarla və ya avtobusla səyahət etmə şansını qaçırmayın.  Praqadan 3-5  saatlıq məsafədə yerləşən bu şəhərlərə qatarların biletləri 25-30 avrodan başlayır.

Praqada gediləcək yerlər

Praqa qalası.  Sahəsinin böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşmüş Praqa Qalasının tarixi IX əsrə dayanır. Qalanın daxilində Kral Sarayı, kafedral və üç kiçik kilsə, bazilika, monastır, müdafiə qüllələri və kral ailəsinə mənsub olan axurlar yerləşməkdədir. Qalanın içindəki baxımlı bağçalar isə insana xüsusi zövq verir.

Əzəmətli Praqa qalası həm də dözümlülük nümunəsi sayılır. O, yüzillər ərzində müharibələrə, yanğınlara, renovasiyalara və siyasi oyunlara müqavimət göstərmiş və orijinal görünüşünü qoruyub saxlayaraq günümüzə  qədər gəlməyə nail olmuş tarixi mirasdır

Qədim Şəhər Meydanı. Praqanın ən önəmli turistik məkanlarından biri olan Qədim Şəhər meydanın ətrafında yerləşən tarixi abidələr sırasına “Astronomik Saat”, Qədim Bələdiyyə binası, Tyn Kilsəsi, Müqəddəs Niklaus Kilsəsi, Kinski Sarayı daxildir.

Astronomik Saat. Qədim şəhərin bir parçası olan YUNESKO-nun dünya mədəniyyət irsi siyahısında yer alan Praqanın “Astronomik Saatı” köhnə bələdiyyə binasının saat qülləsinin zirvəsində yerləşir. XV əsrin saat ustası Hanus tərəfindən düzəldildiyi zənn edilən bu möhtəşəm tarixi saatı izləmək üçün hər saatın tamamında böyük izdiham kütləsi yığışır.

Saatın əqrəbləri tamamı göstərdiyi zaman əvvəlcə qüllənin zəngləri çalır, sonra qüllənin pəncərəsindən İsa Məsihin 12 kiçik Havarilərinin heykəlləri görünür.

Karl Körpüsü. Vltava çayı üzərində salınmış 13 körpüdən ən gözəli, dəbdəbəlisi və ən qədimi Karl körpüsüdür. 1357-1400-cü illərdə Çexiya kralı və Müqəddəs Roma imperatoru IV Karlın əmri ilə inşa olunan uzunluğu 515, eni isə  9.5  metr olan körpü iki hissəyə ayrılmış Praqanı birləşdirir. Üzərində 30-dan çox heykəl olan körpünün hər iki sonluğunda qüllələr ucalır və körpü yalnız piyadaların keçidi üçün nəzərdə tutulmuşdur. Kainatın mərkəzi adlandırılan Karl körpüsündə ilin istənilən vaxtı izdiham olur. Körpü küçə sənətkarlarının bacarıqlarını nümayiş etdirdiyi, müxtəlif suvenirlərin satıldığı və rəsmlərin çəkildiyi məkan kimi məşhurdur.  Siz 20 avronuzdan keçib öz karikaturanızı və ya portretinizi çəkdirə bilərsiniz.

Это слайд-шоу требует JavaScript.

Səyahət etdi: Hökümə Abbasova

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s