Erasmusla Portuqaliyada oxuyan xanımla MÜSAHİBƏ


Hər vaxtınız xeyir olsun, əziz oxucular! Xaricdə təhsil alanlar müsahəbələr seriyasında növbəti müsahibəni diqqətinizə təqdim edirəm. Gəlin Portuqaliyada Erasmusla oxuyan xanım müsahibimlə tanış olaq. 

Ayisha Yochuyeva

Ayişə Yolçuyeva

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Salam.  Mən, Ayişə  Yolçuyeva, 24 yaşım var. Mingəçevirdə doğulmuşam. Orta məktəbi də, bakalavrı da Mingəçevirdə oxumuşam. Mingəçevir Politexnik İnstitutunda “İnformasiya Sistemləri”  ixtisasını bitirmişəm.

İndi isə Erasmus-un nə olduğunu, bu haqda necə öyrəndiyinizi, hansı tələblərə uyğun olmaq lazımdır, bu haqda təcrübənizlə paylaşın.

İnstitutda oxuduğum vaxtlardan Erasmus-un təqaüdlü tələbə proqramı olduğunu  və gələcəkdə karyera, təhsil baxımından önəmli amillərdən biri olduğunu bilirdim. Nə vaxtsa Erasmus tələbəsi olacağımı düşünməmişdim.  İnstitutu iki il idi ki bitirmişdim, işləyirdim. Erasmus INFINITY heyətinin Mingəçevir Politexnik İnstitutu ilə  əməkdaşlıq edəcəyini və birgə layihə  üzərində  çalışdığını institutumuzdakı koordinatordan öyrəndim və bu məni namizəd olmaq üçün kifayət qədər həvəsləndirdi. Müraciət üçün bu sənədləri — CV, motivasiya məktubu, iki  ədəd tövsiyyə məktubu, ingilis dili sertifikatı (IELTS, TOEFL), institut qiymətləri haqqında arayış, diplom, və s. gərəklidir. Bütün tələblər, qeydiyyat, sənəd  əlavələri haqqında ətraflı məlumatları Erasmus INFINITY-nin rəsmi saytından öyrənmək mümkündür:

— Təhsilinizi hansı ölkədə davam etdirirsiniz?

— İki illik magistr təhsilimi Portuqaliyada davam etdirirəm.

-Hansı ixtisası və nə üçün bu ixtisası və universiteti seçmisiniz?

— Hazırda Portuqaliyanın Leyria şəhərindəyəm.  “Engineering Design and Product Development”  ixtisasını seçmişəm, çünki özümü davamlı fikir istehsalı olan biri kimi  bilirəm, ona görə də bu sahədə uğurlu nəticələr əldə edəcəyimə inanıram. Portuqaliya dizayn sahəsi üzrə inkişafa meyilli bir ölkədir. Seçimimdə yanılmadığıma gəldikdən sonra bir daha  əmin oldum. Yaşadığım, oxuduğum şəhər Leyria-dır. Sırf bu sahə üzrə yaxınlıqda yerləşən “Marinha Grande” adlı zonada demək olar ki sadəcə  dizayn şirkətləri yerləşir. Əldə etdikləri gəlirlərdən də məharətlə istifadə edirlər. Yeni şirkətlər açırlar, inkişaf edirlər. Əsas işləri hissə  dizaynıdır. Avropa və dünyanın başqa ölkələrindən də sifarişlər  qəbul edirlər. İnstitutun tələbələri üçün araşdırma mərkəzləri mövcuddur və yeniləri də tikilməkdədir.  Bütün bunlar bu sahədə “üzmək” istəyən birinin diqqətini cəlb etmək üçün yetərli idi.

— Tədris hansı dildə aparılacaq və hansı müddətə oxumağa gedirsiniz?

—  Tədris ingilis dilindədir. 2014-2016 illəri müddətində oxuyacağam.

— Erasmus-un üstünlükləri nələrdir? Sizcə nəyə görə Erasmus-u seçməyə dəyər?

—  Erasmus-un üstünlükləri çoxdur. Şablon da olsa deməliyəm ki, yeni tanışlıqların  olması, fərqli mədəniyyətlər görmək, ailədən uzaqda yaşamaq insanın şəxsi inkişafına, dünyagörüşünə, özünü tanımasına çox kömək olur. Təbii ki, bu müddətin kimə necə təsir edəcəyi yenə də onun özündən asılıdır. Özünü necə görmək istəyirsənsə  elə də görürsən, özünəinamın artır. Misal üçün, imkan, vaxt olduqca başqa ölkələri də gəzirəm, fərqli cəmiyyətlər görürəm, bir-biri ilə müqayisə edirəm. Ən çox xoşladığım, dadından doya bilmədiyim hiss, tanımadığım bir ölkəyə

getdiyim gün, nəqliyyatdan endiyim anda  duyduğum azadlıq, həyəcan, maraq qarışıq qəribə hisslərdir. Bu günü bir ölkədə keçirib, nəqliyyatda yatıb, sabahı pəncərədən başqa ölkəni gördüyüm günləri heç vaxt  unutmayacağam. Mənə görə Erasmus həyatın içindəki bir həyatdır. Bir gün Erasmus bizi Aya göndərsə heç təccüblənmərəm 🙂

— Proqramda oxuduğunuz müddətdə harada qalacaq və qidalanacaqsınız? Bu xərcləri hansı tərəf ödəyir?

— Əvvəl yataqxanada qaldım. Daha  sonra  başqa tələbələrlə birlikdə evdə  qalmağa üstünlük verdim. Nə də olsa evin yerini heç nə verməz deyə  düşünürəm. Aylıq təqaüd alıram və bu təqaüdü ehtiyaclarıma uyğun olaraq özüm bölürəm. Tələbəyə münasib qiymətlərlə  institutun ən yaxın korpusunun yeməkxanasında günorta və

axşam yeməyi yemək olar. Qəlyanaltı üçün isə kafelər mövcuddur. Şəxsən dəniz məhsullarından hazırlanan yeməklər  əvəzolunmaz olduğu üçün, bir də okean sahilində yerləşən ölkədə yaşadığım üçün şanslı olduğumu düşünürəm.

— Azərbaycanı orada tanıyırlarmı?

— Hələki rastlaşdığım hər kəs Azərbaycanı tanıyıb. Ən çox neftimizdən  danışırlar. Zaman-zaman  “çox varlısınız, elə deyilmi?”, “bəs sizdə  kişilərin 3-4 qadını olur?”  “ sizdə  qadınların başlarında  şal olur”? və ya bu kimi qəribə  suallar eşidirəm 🙂 Müsəlman ölkəsi olduğumuzu bilirlər və ağıllarında bizə dair bu tip suallarla gəzirlər. Mən də belə  qarışıq düşüncələrə  lazım bildiyim hallarda aydınlıq gətirməyə çalışıram.

— Qaldığınız yerdə Azərbaycanı tanıtmaq üçün nə etmisiniz?

— Azərbaycanı haqqında  suallar verib maraqlananlara əlimdən gələni etmişəm ki, dolğun məlumat verim ölkəmiz haqqında.

— Oxuculara son olaraq nə tövsiyə edə bilərsiniz?

— Düşünürəm ki, ali təhsil alan insanların müvəffəqiyyət  əldə  edə bilməsi üçün həyata baxış prizması daha  geniş olmalıdır.  Nümunə olmağa çalışmamalı, bunun üçün enerji sərf etməməli, təbii bir şəkildə nümunəvi olduğu ətrafına yansımalıdır. Bədən dili  üzərində çox çalışmalı, insan tanımağı bacarmalı, komplekslərinin heç bir sahədə onu zəiflətməsinə izn verməməli, cəmiyyət içində  “əl-ayağını hara qoyacağını daha yaxşı bilməlidir”. Bu da sadəcə kitab oxumaqla, uzun-uzadı məqalələr yazmaqla, illərini verib dərəcələri almaqla olmur. Düşünməklə, hiss etməklə,  elmlə  yaradıcılıq arasındakı tarazlığı duymaqla, özünəinamı duymaqla, görüb-götürməklə, müqayisə etməklə, izdihama atılmaqla, dünyaya açılmaqla olur. Bu dəyərləri özündə aşılamağı bacarmış qərb insanlarının çox yaxınındayam. Onlar təhsil və karyera həyatlarında kifayət qədər uğur əldə edirlər.  Bütün bunların üstünə kim xaricdə təsil almağı düşünürsə, şansını dəyərləndirsin. Erasmus vaxtında daha gözəldir, oxumaq isə heç vaxt gec deyil 😉 Hər kəsə uğurlar arzu edirəm. Allaha əmanət olun.

— Müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə sizə uğurlar!

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s