Erasmus-la Portuqaliyada oxuyan magistrla MÜSAHİBƏ


 

Anar Ibrahimov.jpg

Salam, əziz oxucular! Bu dəfə Xaricdə təhsillə bağlı olan bir mövzuya toxunacam. Xaricdə təhsil almaq üçün Avropa İttifaqının Erasmus Mundus adlı proqramından da istifadə edə bilərsiniz. Azərbaycanda bu proqram haqqında çox az məlumat almaq olur. Təəssüflər olsun ki, bəzi universitetlər (məs. BDU) öz tələbələrinə bu proqram haqqında kiçicik də olsa məlumat vermir və tələbələr bəzən təhsilini bitirdikdən sonra proqramın mövcud olduğunu öyrədirlər. Universitetlərdə çalışan şəxslərin işlərinə belə laqeyd yanaşmalarının səbəbini deyə bilmərəm, amma yəqin bu problemə də toxunmaq lazım gələcək. Bu gün müsahibim Erasmus Proqramı ilə Portuqaliyada oxumağa yollanan Anar İbrahimovdur.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Salam, mən Anar İbrahimov, 1991-ci ilin 10 oktyabr tarixində Xocalı rayon Kərkicahan qəsəbəsində anadan olmuşam. Məlum hadisələrdən sonra müvəqqəti olaraq Naftalan şəhərində məskunlaşmışıq. Orta məktəbə 1997-ci ildə Naftalan şəhərinə məcburi köçürülən Xocalı şəhər 1 saylı məktəbində başlamışam və 2008-ci ildə məzun olmuşam. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə eyniadlı ixtisası üzrə təhsil almışam və 2012-ci ildə məzun olmuşam. 2012-2013-cü illər ərzində hərbi xidmət olmuşam. Hərbi xidmətimdən sonra 2013-2014 Akademik ilində Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə ingiliscə bir il magistratura təhsili aldıqdan sonra Erasmus proqramı vasitəsilə Portuqaliya Respublikasının Portu Universitetinin İqtisadiyyat fakultəsində «Master in Finance» proqramına qəbul olmuşam. Bu fakültənin ilk azərbaycanlı tələbəsi olmaq mənə qismət oldu. Hal-hazırda təhsilimin ikinci ilini oxuyuram, magistratura dissertasiyamı yazmaqdayam.

-İndi isə Erasmus-un nə olduğunu, bu haqda necə öyrəndiyinizi, hansı tələblərə uyğun olmaq lazımdır (hər hansı linklər varsa) haqqında oxucularımızla paylaşın.

— Mənim “Eminence-2” proqramı ilə tanışlığım həyatımı dəyişən xoş bir təsadüf nəticəsində oldu. Sonuncu muraciət gününə 2 gün qalmış qrup yoldaşımdan eşitdim və birlikdə müraciət etdik. Sonda isə hər ikimiz qəbul olduq.

Proqramın linki  — http://mundus.amu.edu.pl/EMINENCEII/ (dedlayn keçib artıq amma).

-Hansı ixtisası və nə üçün bu ixtisası və universiteti seçmisiniz?

— Qəbul olduğum təqaüd proqramında olan fakültələrdən ən çox istədiyim ixtisasın məhz maliyyə olması və burada yaşayış xərclərinin digər Avropa ölkələri ilə müqayisədə aşağı olması mənim Portuqaliyanı seçməyimə səbəb oldu. İxtisasım qeyd etdiyim kimi, maliyyədir. Bu ixtisas mənim ilk magistratura təhsilimi tamamlayır, həmçinin bu sahədə olan iş təcrübəm və şəxsi marağım mənim bu ixtisası seçməyimə səbəb oldu.

 

— Tədris hansı dildə aparılır?

— Tədris İngilis dilində aparılır. İki illik proqramdır və qeyd etdiyim kimi, mən ikinci kursun sonuncu semestrində oxuyuram.

 

— Erasmus-un üstünlükləri nələrdir? Sizcə nəyə görə Erasmus-u seçməyə dəyər?

— Ümumiyyətlə heç bir əvəzsiz savada belə qiymət vermək özü bir üstünlükdür. Bizdən istədikləri yeganə tələb dərslərimizi ciddi oxumaq, vaxtı vaxtında verilən tapşırıqları yerinə yetirməkdir. Digər üstünlük ondan ibarətdir ki, burda təhsil haqqından əlavə həm də yaşayış xərclərin də verirlər. Bəzən görürük təqaüd proqramları təkcə təhsil haqqın verir, yaşayış xərclərin isə tələbələr özləri vermək məcburiyyətində qalır. Ancaq burda dərs oxumaqdan başqa heç bir qayğımız yoxdur.

 

— Proqramda oxuduğunuz müddətdə harada qalır və qidalanarsınız? Bu xərcləri hansı tərəf ödəyir?

— Proqram bizə burda yaşamaq üçün lazım olan yaşayış və gündəlik istehlak xərclərindən artıq təqaüdlə təmin edir. Özümüz yaşayış üçün uyğun ev kirayə edib verilən təqaüdlə xərcini ödəyirik. Qidalanmaq isə dərslərin yükündən asılıdır. Dərslər çox olanda universitetin yeməkxanasında yeyib dərslərimizi oxuyuruq. Mən isə vaxtım olduqca milli yeməklərimizə üstünlük verirəm.

 

— Azərbaycanı orada tanıyırlarmı? (hansı sözlər və ya stereotiplər mövcuddur)

— İlk Avropa Oyunlarında universitetimizin idman fakültəsində oxuyan tələbələrdən biri iştirak etmişdi. Ölkəmiz haqqında yüksək fikirlərlə geri dönmüşdü. Sadə insanlardan isə tanıyanlar da olur, tanımayanlar da. Ancaq ümümilikdə demək olar ki, əksər insanlar tanıyır. Ən azı, Azərbaycan deyəndə əksər insanlar Eurovision və Avropa Oyunları ilə ölkəmizi xatırlayırlar.

— Qaldığınız yerdə Azərbaycanı tanıtmaq üçün nə etmisiniz?

— Azərbaycanlılar olaraq burada çox deyilik ancaq mədəniyyət günlərində bacardığımız qədər ölkəmizi, mədəniyyətimizi tanıtmağa çalışırıq. Hətta ötən ilin sonunda milli mətbəximizi sərgiləmişdik. İştirakçılar bizim xörəkləri çox bəyənmişdi və biz yarışmada birinci yer tutmuşduq.

— Oxuculara son olaraq nə tövsiyə edə bilərsiniz?

— Keçdiyim və zərər görmədiyim yolu yeni tələbə olan gənclərimizə tövsiyyə edərdim. Demirəm bütün günü dərs oxusunlar, istirahət edə-edə dərslərin vaxtında oxuyub semestrin axırına dərs saxlamasınlar. Çünki sona qaldığı zaman tələsik dərs oxuyanda sonradan  yadda heç nə qalmır. Bundan əlavə hər kəs öz ixtisası üzrə yenilikləri araşdırsın, araşdırmalar etməyi öyrənsin, hesabatları yazmağı öyrənsin. Mən günümün əksər vaxtın kitabxanada keçirirəm, ancaq bu o demək deyil ki, bütün günü dərs oxuyram. Araşdırmalar edirəm, internet resurslarından istifadə etməklə yenilikləri öyrənməyə çalışıram. Bütün bunlarla bərabər universitetin ictimai həyatında da fəal iştirak etsinlər. Bakalavr təhsili zamanı dekanımız həmişə deyirdi ki, «Elmin olmaqla bərabər gərək «helmin» də olsun». Mən həmin «helm»i qazanmağı ictimai həyatda aktiv olmaqda görürəm. Nəyinki universitetin hətta ölkəmizin ictimai həyatında aktiv olmaq lazımdır.

— Dolğun müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə sizə uğurlar!

— Mən də Sizə təşəkkür edirəm. Bütün oxuculara işlərində, gələcək həyatlarında uğurlar diləyirəm. Hər kəsə öz sevdiyi işlə məşğul olmağı arzulayıram.

Реклама

Erasmus-la Portuqaliyada oxuyan magistrla MÜSAHİBƏ: Один комментарий

  1. Уведомление: Erasmus-la Portuqaliyada oxuyan magistrla MÜSAHİBƏ | Hamar.az

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s