Azərbaycan manatının tarixi – 1


Salam, dəyərli oxucular! Bugünkü yazıda manatın tarixinə nəzər salıb bəzi məqamları yada salacayıq. İlk olaraq, 1992-ci ildən 2005-ci ilə qədər istifadə olunan köhnə manatın tarixçəsini paylaşıram. Maraqlı olsa, sosial şəbəkələrdə paylaşa bilərsiniz.

 

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli ―Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli ―Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. Azərbaycan Respublikasının milli valyutası olan manat 1992-ci ildə dövriyyəyə buraxılmışdır.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklər, dekabrında 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq nominallı pul vahidləri dövriyyəyə buraxılmışdır. 1992-ci ilin avqustundan etibarən manat öz nominal dəyəri ilə respublika ərazisində 1 manat = 10 rubl nisbətində rubla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunmağa başladı. Yalnız Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» 11 dekabr 1993-cü il tarixli 50 saylı Fərmanı ilə 1 yanvar 1994-cü il tarixindən manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit olundu. Manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması o zaman Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12- də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. 1992-ci ildə çap edilmiş 1, 10 və 250 manat nominallı əskinaslar sadə dizayna malik olmuş, üz tərəfində «Qız qalası», arxa tərəfində isə milli ornamentlərlə haşiyələnmiş və «Azərbaycan Milli Bankı» sözləri çap olunmuşdur. 1993-cü ildə Milli Bank 1, 5, 50, 100, 500 və 1000 manat nominallı əskinasları çap etdirərək dövriyyəyə buraxmışdır. Bu zaman 1 və 10 manatlıq əskinasların təsvirləri dəyişdirilərək 5, 50 və 100 manatlıq əskinaslarla uyğunlaşdırılmışdır. Belə ki, bu əskinaslarda «Qız qalası»nın təsvirindən əlavə arxa fon təsvirləri əlavə edilmişdir. Bu əskinasların arxa tərəfində isə əlavə olaraq nominalların adı sözlə verilmişdir. 500 manat nominallı pul vahidinin üz tərəfində dahi Azərbaycan şairi Nizami Gəncəvinin, 1000 manatlıq nominalda olan əskinasların üzərində isə Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin portreti verilmişdir. Hər iki əskinasın arxa tərəfi eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdır. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir. Bütün əskinaslarda eyni su nişanı — üç alov təsviri verilmişdir.

1994-cü ildə ilk dəfə 10000 manatlıq əskinaslar çap edilmişdir. Onların üzərində «Şirvanşahlar» kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir.

1996-cı ildə ən böyük nominala malik 50.000 manatlıq əskinaslar dövriyyəyə buraxılmışdır. Bu əskinasların üz tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi — «Mömünə Xatun türbəsi», arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə ifadəsi verilmişdir. Əskinasın dizaynında mürəkkəb su nişanı və bir sıra yeni mühafizə elementləri tətbiq edilmişdir. Azərbaycan pullarında ilk dəfə olaraq 50.000 manatlıq əskinasın seriyası və nömrəsi iki rəngdə verilmişdir.

Azərbaycanda 1992-2005-ci illərdə nağd pul dövriyyəsinin tarixi xülasəsinə nəzər saldıqda qeyd etmək lazımdır ki, alüminiumdan hazırlanmış 5, 10, 20 və 50 qəpik olan sikkələr qısa müddət ərzində dövriyyədə olmuşdur. Lakin 1992-ci ildə ölkədə baş verən iqtisadi böhran, manatın məzənnəsinin kəskin aşağı düşməsi nəticəsində bu sikkələr qısa bir zamanda dəyərsizləşdirilərək istifadəsiz qalmışdır.

 

Это слайд-шоу требует JavaScript.

Реклама

Azərbaycan manatının tarixi – 1: 2 комментария

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s