Dünyanın qəribə qanunları — 6


qeribe qanunlar.jpg

Bu adda silsilə yazılardan altıncısını təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır. Gəlin bu qanunlar haqqında altıncı məqaləni oxuyaq. Birinci,ikinci, üçüncü , dördüncübeşinci məqalələrlə tanış ola bilərsiniz.

 
Los-Anceles şəhərinin qanunlarına görə məhkəmə prosesi zamanı ifadə verən şahidlərə ağlamaq qadağan edilib.

Kaliforniya Ştatının qanunlarına görə böyüklərin uşaqlara palçıqlı suda oynamağı yasaq etməsi qadağandır. Hətta uşaqların bu məşğuliyyətinə mane olmaq cəhdlərini belə qanun qadağan edir.

Nigeriyada 1990-cı ildə “Orduda istifadə olunan rənglər haqqında” qəbul olunan Qanuna görə orduda istifadə olunan rənglərə boyanmış avtomobillərin əhali tərəfindən idarə olunması bu gün də qadağandır.

Miçiqan Ştatının Detroyt şəhərində kişilərin həyat yoldaşlarını bazar günlərində danlamaları yasaq edilib. Bu qanun hələ də öz qüvvəsində qalır. Maraqlıdır, görəsən ona nə dərəcədə əməl olunur?!

Böyük Britaniya qanunlarına görə qadın həyat yoldaşının razılığı olmadan şlyapa ala bilməz.

Kanadanın Ontario Ştatının qanunlarına görə xoruzlara şəhər daxilində banlamaq qadağan edilib. Görəsən bu qadağanı pozan xoruzu hansı cəza gözləyir?

İsraildə yaşından asılı olmayaraq bü­tün velosipedçilərin mü­vafiq kateqoriya üzrə nəqliyyat vasitəsindən istifadə etmək üçün sü­rü­cü­lük vəsiqəsi olmalıdır.

Kanada qanunvericiliyinə gö­rə 16 yaşına çatmamış şəxslərə sosial şəbəkələrdə qeydiyyatdan keç­mək qadağandır.

Çində məktəblərdə dərs zamanı yeməyə icazə verilir.

Serbiyada dərsə heç vaxt gecikməyən tələbə dərslərdən 10 dəqiqə tez çıxa bilər.

Norvecdə qanuna gö­rə, restoranda müştəri yeməyi dadsız hesab etsə, o zaman onun həmin sifarişə gö­rə hesab ödəməmək hü­ququ var.

Çexiyada siqaret çəkməyən qızlar qanuna əsasən gün ərzində pulsuz bir pizza sifariş verə bilərlər.

ABŞ-ın Klinton Kaunti şəhərində ictimai müəssisələrin divarlarına söykənmək cərimə ilə nəticələnir.

Efiopiyada qanuna görə başqasının söhbətinə gizli qulaq asan şəxsin qulağının kəsilməsinə icazə verilir.

Реклама

Dünyanın qəribə qanunları — 6: 4 комментария

  1. Coxx maraqli qanunlar))Teshekkur Tural bey.Maraqli geldi -goresen Efiopiyanin qanunlarini Azerbaycanda tetbiq etsek ,sonuc necə olar?))
    2.Uşaqlarimizin qulaqlarindan uzaq Kaliforniya qanunlari))Yoxsa səhəri gun butun valideynlər məhkəmə zalinda olar)))

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s