Dünyanın qəribə qanunları -5


qeribe qanunlar 5

Bu adda silsilə yazılardan beşincisini təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır. Gəlin bu qanunlar haqqında beşinci məqaləni oxuyaq. Birinci,ikinci, üçüncü  və dördüncü məqalələrlə tanış ola bilərsiniz.

 

ABŞ qanunvericiləri öz maraqlı qanunları ilə insanları heyrətləndirə bilirlər. Belə ki, ABŞ-ın Montana ştatının qanunvericiliyinə görə əgər qadın həyat yoldaşının icazəsi olmadan onun poçtunu oxuyursa, o, cinayət törətmiş sayılır və hətta həbs oluna bilər.

Avstraliya qanunvericiləri yazdıqları qanunlarla nəinki əmlakı qarət edilən ev sahibinin, hətta həmin evi qarət edən oğrunun da hüquqlarının müdafiəsini təmin edirlər. Belə ki, Avstraliya qanunvericiliyinə görə oğurluq zamanı qarətçi ev sahibinin hücumuna məruz qalarsa və onun tərəfindən zərər alarsa, o, məhkəməyə şikayət ərizəsi (!!) ilə müraciət edə bilər.

Avstraliyanın Tasmaniya  adasında bir maraqlı qanun ilə diqqətimi çəkdi. Belə ki, Tasmaniya qanunvericiliyinə görə ər öz həyat yoldaşının yazılı razılığı olmadan heç bir yerdən spirtli içki əldə edə bilməz. Doğrudan da maraqlıdır, bizdə belə qanun qəbul edilsə necə olacaq kişilərin günləri?

Meksika Respublikasının qanunvericiliyində də bəzən gülüş doğura biləcək qanunlara rast gəlmək olur. Ölkənin Qvadalahara şəhərinin qanununa görə, xüsusi ovçuluq lisenziyası olmayan adamlar siçovul ovlaya bilməzlər. Siçovulların bu şəhərdə kütləvi ovlanmasının səbəbi şəhər meriyasının şəhər şurasına gətirilən hər bir siçovul başının müqabilində iki peso təklif etməsidir. Bu səbəbdən də Qvadalahara əhalisi işlərini bir kənara qoyaraq kütləvi şəkildə siçovul ovu ilə məşğul olmağa başlamışlar.

Kanada da öz maraqlı qanunları ilə yaxın qonşusu olan ABŞ-dan geri qalmır. Kanadanın Yeni Şotlandiya əyalətinin qanununa görə hərəkət edən qatarın qarşısında dayanan adam cinayət törətmiş sayılır və buna görə də həbs oluna bilər. Maraqlıdır, görəsən qanun keşikçiləri qatar qarşısında duran adamın neçə tikəsini tapıb həbs edə bilirlər? :p

ABŞ-ın Nebraska ştatının qanunlarına görə kilsə ayini zamanı hıçqırığını kəsməyən uşağın valideynləri həbs oluna bilər.

Tailandda şəhərlərin təmizliyini qorumaq üçün yazılan qanunlar gülünc görünsə də, bu qanunlar dünya şəhərləri arasında təmizliyə görə Tailand şəhərlərini birincilər sırasına çıxara bilmişdir. Lakin bəzən onların da qanunvericiliyində qəribəliklərə rast gəlinir. Belə qanunlardan birinə görə adamlara suyun altında fit çalmaq qadağan olunub. Yəni suyun altında fit çalmaq mümkündürmü ki, belə qanunlar yazılır?

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s