Dünyanın qəribə qanunları – 4


qeribe qanunlar 4

Bu adda silsilə yazılardan üçüncüsünü təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır. Gəlin bu qanunlar haqqında üçüncü məqaləni oxuyaq. Birinci,ikinciüçüncü  məqalələrlə tanış ola bilərsiniz.
ABŞ-ın Alabama ştatında dəvələri ovlamaq qadağandır. Məsələ ondadır ki, əvvəllər ABŞ ordusunda dəvələrdən ağır yükləri daşımaq üçün istifadə edirdilər. Yerli əhali isə dəvələri əcaib vəhşi heyvan hesab edərək onları ovlayırdı. Bununla da ABŞ ordusuna külli miqdarda ziyan vurulurdu. Nəticədə bütün dəvələri ordudan qovdular. Alabamanın səhralarında isə hələ də vəhşi dəvələrə rast gəlmək mümkündür.
İtaliyanın Venesiya şəhərində turistlərə vəhşi göyərçinləri yedizdirmək qadağandır. Burada məqsəd tarixi binaları qorumaqdır. Bu qadağanı pozanları 600 dollar cərimə gözləyir.

Avstraliyanın Viktoriya ştatında qurbağaları yalamaq(!!) yasaq edilib. Məsələ ondadır ki, bu ştatda olan qurbağaların dərisində insanı meyxoş edə bilən maddələr vardır. Yeniyetmələr də qurbağaları ovlayaraq onları yalayırdılar. Polis bunu aşkar edəndən sonra Viktoriya ştatında bu qanun qəbul edildi.

Kanadada bütün şirkətlərin lövhələri fransız dilində yazılmalıdır. Əgər şirkət sahibi lövhənin ingilis dilində yazılmasını istərsə, bu yazının hərfləri fransız hərflərindən iki dəfə kiçik olmalıdır. Maraqlıdır ki, digər dillərdə yazılan lövhələr haqqında qanunvericilikdə heç bir söz deyilmir.

Şotlandiyada bazar günləri balıq ovlamaq qadağandır. Bir sual yaranır: niyə?

Meksikada kişilərə ictimai yerlərdə saqqalla gəzmək qadağan olunub. Cəza kimi elə küçədəcə saqqalın qırxılması nəzərdə tutulur (vay bizim bəzi kişilərin halına, Meksikada olsalar saqqalsız qala bilərlər).
ABŞ-ın Mobil şəhərində canavar kimi ulamaq qadağan olunub. Bunun isə öz tarixçəsi var. Vaxtilə bu şəhərdə yerləşən hərbi hissənin əsgərlərinin geyimlərinin qollarında canavar emblemi var imiş və onlar hər axşam yerli barlara yığışaraq canavar kimi ulayırmışlar. Bu isə öz növbəsində yerli əhalini hövsələdən çıxarırdı. Hərbi hissə bağlansa da, qanun hələ də öz qüvvəsini itirməyib.

İngiltərənin paytaxtı Londonda avtobusda yatmaq qadağan olunub. Belə ki, Londonun avtobus kampaniyası bir qadına qarşı iddiaçı kimi çıxış edərək bildirib ki, qadın avtobusda yuxulayaraq öz dayanacağını ötüb keçmişdir. Bu səbəbdən də onun aldığı bilet vaxtı keçmiş hesab edilməlidir. Qeyd etmək lazımdır ki, Londonda avtobuslara biletin qiyməti gediləcək məsafədən asılıdır.

ABŞ-ın Kaliforniya ştatının qanununa görə hərəkət edən nəqliyyat vasitəsindən vəhşi heyvanlara atəş açmaq qadağandır. Lakin bu qanun okeanlarda balina ovu ilə məşğul olanlara şamil edilmir. Məsələ burasındadır ki, bu qanun qəbul edilməmişdən əvvəl (XIX əsrin ikinci yarısında) amerikalılar qatarla savannadan keçərkən pəncərədən bizon sürülərinə heç bir ehtiyac olmadan atəş açırdılar. Bizonların nəslinin kəsildiyini görən hökumət bu qanunun qəbul edilməsinə nail olur.

Braziliyanın qanunvericiliyinə görə poçt vasitəsilə binaların göndərilməsi qadağandır. Çünki 1916-cı ildə bir braziliyalı sökdüyü binanı başqa bir vilayətə köçürərkən daşınma xərclərindən qurtulmaq üçün poçt xidmətinə müraciət etmişdir. Fərasətli vətəndaş 400 000 tonluq kərpic binanı poçtla bir vilayətdən digərinə göndərəndən sonra bu qanun qəbul edilmişdir.

Yeni Zelandiyada ər öz arvadının saçlarının sahibi sayılır. Buna görə də ərinin razılığı olmadan qadın saçlarını kəsdirə bilməz. İndi təsəvvür edin ki, xanım getmək istəyir salona saçını kəsdirməyə və əri ona icazə vermir. Bəs bu insan haqlarının pozulması deyil? 😀

Meksikada bir adamın digərini dişləməsi yüngül xəsarət kimi qiymətləndirilir. Əgər dişləyən adamın dişləri protezdirsə, bu ağır fiziki xəsarət sayılır.

Реклама

Dünyanın qəribə qanunları – 4: 2 комментария

  1. Очеееень интересные и даже в некотором смысле безумные и смешные )) И могу добавить — быть может молодежь целует (не лижет!!) лягушку с надеждой,что тот превратится в сказочного принца или принцессу?)))Наверное полицейские не додумались до этого))))))Тогда можно было подумать,что наивная молодежь))Верит в чудеса))

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s