İELTS imtahanı nədir?


ielts

IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir və bütün dünyada ingilis dili bacarığını yoxlamaq üçün istifadə olunur.

  • Hansı təşkilatlar IELTS-i qəbul edir?

2012-ci ilin məlumatına görə IELTS bütün dünyada 8000-dən çox təşkilat tərəfindən qəbul edilir. Bunların sırasına  universitetlər, immiqrasiya departamentləri, dövlət agentlikləri, peşəkar qurumlar və çoxmillətli şirkətlər daxildir. IELTS-i qəbul edən təşkilatları axtarmaq üçün IELTS Global Recognition (IELTS Qlobal Tanınma) Sistemindən istifadə edin.

  • Testin nə üçün iki versiyası var?

IELTS testinin üç versiyası var: Academic, General Training və İELTS Life Skills.  Academic test ingilis dilli ölkədə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. General Training test ingilis dilli ölkədə iş təcrübəsi və ya təlim proqramı keçmək, orta məktəbdə təhsil almaq və ya miqrasiya etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bütün namizədlər eyni Listening Speaking testindən keçir, lakin Reading və Writing testləri müxtəlif olur.

IELTS Life Skills CEFR (Common European Framework of Reference) qiymətləndirməsinə görə danışıq (Speaking) və qulaq asmaq (Listening) qabiliyyətlərinə A1 və B1 səviyyəsində malik olmağa bərabərdir.

 

Sertifikat Böyük Britaniyada işçi vizası üçün, həmçinin təhsil, yaşamaq və ingilisdilli icmada işləmək üçün lazımdır.

 

Mən hansı versiyanı seçməliyəm?
Academic və General Training testlərinin izahatını oxuyun, sonra isə müraciət etmək istədiyiniz təşkilatla əlaqə saxlayıb, onların hansı testi tələb etdiklərini öyrənin.

 

Testin formatı necədir və nə qədər davam edir?
IELTS dörd hissədən ibarətdir – Listening (30 dəqiqə), Reading (60 dəqiqə), Writing (60 dəqiqə) və Speaking (11–14 dəqiqə). Imtahan 2 saat 45 dəqiqə davam edir. Listening, Reading və Writing testləri bir gündə keçirilir. Speaking testi isə eyni gündə və ya imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra verilə bilər. Daha çox məlumat və test nümunəsi üçün bu linki izləyin.

 

İlk olaraq testin hansı hissəsini verəcəyəm?
İlk olaraq siz Listening testini, daha sonra isə testin Reading, Writing komponentlərini verəcəksiniz. Test mərkəzindən asılı olaraq,  Speaking testi imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra ola bilər.

 

Listening və Speaking testində hansı ləhcələri eşitmək mümkündür?
IELTS beynəlxalq test olduğu üçün bu testlərin hər ikisində müxtəlif ingilis dili ləhcələrindən (ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və s.) istifadə edilir.

 

Listening  testində təlimatlar və pauzalar olurmu?
Bəli. Testin əvvəlində siz təlimatları və nümunə üçün bir sual eşidəcəksiniz. Sonra siz 1-ci bölmənin suallarını oxumalı, 1-ci bölməni dinləməli və suallara cavab verməlisiniz.
2-ci, 3-cü və 4-cü bölmələrdə də eyni prosedur təkrarlanır.
Son 10 dəqiqə ərzində siz öz cavablarınızı cavab vərəqəsinə köçürməlisiniz.

 

Reading testində də cavabları köçürmək üçün buna bənzər 10 dəqiqəlik vaxt verilirmi?
Xeyr. Reading testinin müddəti 1 saatdır və siz bu müddət ərzində  bütün cavablarınızı cavab vərəqəsində yazmalısınız.

 

Listening və Reading testləri üçün qələmdən istifadə edə bilərəm?
Xeyr. Siz karandaşdan istifadə etməlisiniz. Cavab vərəqəsi kompüter tərəfindən yoxlanılır, kompüter isə qələmi oxuya bilmir.

 

Listening və Reading sual vərəqlərində qeydlər edə bilərəm?
Bəli. IELTS Examiner sizin imtahan vərəqənizi görməyəcək.

 

Speaking testi nədir?
Speaking testi təsdiqlənmiş IELTS Examiner-lə danışıqdan ibarətdir. Speaking testi üç bölmədən ibarətdir. Sizin danışığınız müxtəlif vasitələrlə qeydə alınır.

 

Speaking testi üçün mənə nə lazımdır?
Siz IELTS Application Form-da göstərdiyiniz və testin qalan hissəsində istifadə etdiyiniz şəxsiyyətinizi təsdiq edən sənədi gətirməlisiniz. Müsahibə otağına daxil olmazdan əvvəl sənədiniz yoxlanılacaqdır.

 

TEST NƏTICƏLƏRI

 

Testin nəticələri necə qiymətləndirilir?
IELTS test nəticələrini ölçmək və  bir-birinə uyğun şəkildə hesabat vermək üçün 9-ballıq sistemdən istifadə edir. Siz ayrılıqda Listening, Reading, Writing və Speaking üzrə, eləcə də ümumi test üzrə 1-dən 9-a qədər bal alacaqsınız.

 

IELTS testi üçün keçid balını kim müəyyən edir?
IELTS testində heç bir keçid və ya kəsilmək yoxdur. Ballar 9-ballıq sistemlə hesablanır. Hər bir təhsil müəssisəsi və ya təşkilat öz fərdi tələblərini qarşılamaq üçün uyğun olan IELTS balı səviyyəsini müəyyən edir. Spesifik təşkilatlar və ballar haqqında ətraflı məlumat almaq üçün IELTS Global Recognition sistemindən istifadə edin.

 

Test nəticələrimi nə vaxt alacağam?

 

Sizin Test Hesabatı Formanız imtahan tarixindən 13 gün sonra sizə poçtla göndəriləcəkdir.

 

Müəllif Həsən Əliyev; Redaktə və əlavələr etdi – Tural Turan.

 

P.S. Xahiş edirəm, İELTS-lə bağlı suallarınızı yalnız şərhlərdə qeyd edəsiniz, inboksa yazılan suallar cavabsız qala bilər.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s