DÜNYANIN QƏRİBƏ QANUNLARI – 2


axmaq qanunlar

Bu adda silsilə yazılardan ikincisini təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır. Gəlin bu qanunlar haqqında ikincini məqaləni oxuyaq. Birinci məqaləni burada oxumaq olar.

 

Amerika Birləşmiş Ştatlarının Dakota ştatında maraqlı qanun mövcuddur. Belə ki, bu ştatın qanununa görə şəhər küçələrində hindular iki-iki, üç-üç gəzərlərsə, onlar hərbi dəstə sayılarlar. Buna görə də onlara atəş açmaq olar. Əgər siz xüsusi mülkiyyətiniz ərazisində beş nəfərdən artıq hindu görsəniz, onlara atəş açmağa qanun icazə verir. İnanmıram ki, hindular bu ştatın ərazisində gəzməyə cürət etsinlər.

Amerika Birləşmiş Ştatları illərdir ki, İranı nüvə silahı hazırlamaqda günahlandırır. Lakin ABŞ-ın Yuta ştatı nüvə silahının istənilən növünün partladılmasını qanuna zidd saysa da, vətəndaşlarına nüvə silahı saxlamağa icazə verir. Bəs adi vətəndaş nüvə silahını haradan tapacaq? J

Birləşmiş Krallıq da qəribə qanunları ilə seçilən ölkələrdən biridir. Məsələn, qadınlara ictimai nəqliyyatda şokolad yemək qadağandır. Dekabrın 25-də isə ətli piroq yemək hamıya qadağandır. Maraqlıdır, ayrıca piroq və qızardılmış ət yemək də qadağandır? 😀

Kuba əsl totalitar ölkə qanunlarına sahibdir. Bilirsinizmi, bu ölkədə şübhəli görünmək belə qanuna zidd sayılır. Kuba qanunvericiliyi “şübhəli görsənməyi” “ictimai əxlaqa zidd olaraq insan davranışında təzahür edən cinayətkarlığa xüsusi meyil kimi” dəyərləndirir. Görəsən Kubada şübhəli görünməmək üçün nə etməlisən?

Səudiyyə Ərəbistanında kişi həkimlərə qadınları müayinə etmək qadağan edilib. Bu hələ harasıdır? Sən demə bu dövlətin qanunlarına görə qadınlara həkim peşəsinə sahib olmaq da qadağandır. Ona görə də Səudiyyə Ərəbistanı qadınlarına xəstələnməmək məsləhətdir. Bu bir yana qalsın, bu ölkədə qadınların maşın sürməsi də qanuna ziddir. Əsl demokratiya nümunəsidir, elə deyilmi? Görəsən insan hüquqları müvəkkilə hara baxır?

Kanada da qəribə qanunları ilə diqqəti cəlb edən ölkələrdəndir. Bu ölkənin qanunlarına görə uçuş zamanı təyyarəyə qalxmaq qadağandır. Maraqlıdır, görəsən qanun icazə versə, kanadalılar bunu necə edə bilərlər?

Bundan başqa ölkə radiolarında efirə verilən hər beş mahnıdan biri Kanada vətəndaşının ifasında səsləndirilməlidir. Ona görə də Selin Dionun və ya Brayan Adamsın mahnıları efirdə tez-tez eşidilir. Məcburi PR buna deyirlər görəsən?

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s