Dünyanın qəribə qanunları — 1


qeribe qanunlar.jpg

Bu adda silsilə yazılardan birincisini təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarix kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır. Gəlin bu qanunlar haqqında ilk məqaləni oxuyaq.

 

ABŞ

Amerika Birləşmiş Ştatlarında Milad bayramında evləri bəzəmək adətdir. Men ştatının hakimiyyəti isə əhalinin bu həvəsindən büdcənin xeyrinə istifadə etməyə çalışır. Belə ki, ştatda bu barədə maraqlı qanun mövcuddur. Qanuna görə ev sahibi evin yeni il bər-bəzəklərini yanvarın 14-nə qədər yığışdırmasa, onu cərimə gözləyir. Yaxşı ki, bizdə belə qanun yoxdur.

Amerika Birləşmiş Ştatları malik olduğu nüvə raketlərinin sayına görə dünyada birinci yerdədir. İnsanları bu bəladan müdafiə etmək üçün gecə-gündüz baş sındıran parlamentarilər bir neçə maraqlı qanun qəbul etməklə problemi həll etdilər. Qanunun maraqlı tərəfi nüvə partlayışı törədən şəxsin sadəcə cərimələnməsidir. Ən böyük cərimə məbləği Kaliforniya ştatının Çiko səhərində tətbiq olunur. Qanunvericiliyə görə, şəhər daxilində nüvə bombasını partladan şəxsi nə az, nə çox düz beş yüz dollar cərimə gözləyir. Maraqlıdır, nüvə partlayışından sonra cəriməni kim və necə alacaq?

Böyük Britaniya

Birləşmiş Krallığın Edmont şəhərində velosiped sürmək hər oğulun işi deyil. Bunun üçün ya akrobat olmalısan, ya da ən azı üç əlin olmalıdır. Çünki şəhərin velosipeddən istifadə edənlər üçün özünəməxsus qəribə qanunu var. Şəhərin yol hərəkəti qaydalarında tələb edilir ki, velosiped idarə edən şəxs sağa və ya sola dönərkən döndüyü istiqaməti əli ilə göstərməlidir. Halbuki qanuna görə velosipedçi velosipedi idarə edərkən əllərini sükandan çəkməməlidir. İndi gəl döndüyün istiqaməti əllə göstər, görüm necə göstərirsən? 😀

Çin

Məlumdur ki, Çin dünya dövlətləri arasında əhalisinin sayına görə lider ölkədir. Dövlət  əhali artımının qarşısını almaq məqsədilə müxtəlif qanunlar qəbul edərək bu problemi həll etməyə çalışır. Məsələn, Çində hər ailədə yalnız bir uşağa icazə verilir. Ölkə qanunları digər uşaqlara görə ailəni külli miqdarda cərimələyir. Lakin ailənin birinci övladları əkizlərdirsə, cərimə tətbiq edilmir. Ona görə də çinli ailəsinin uşaqları əkiz olanda bu əsl toy-bayrama çevrilir.

Fransa

Avtomobillərin yeni çıxan vaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduğu üçün şəhər meriyası bunun qarşısını almaq məqsədilə qanun qəbul edir. Bu qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunur. Deyirlər qanun çıxan günün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlməyiblər. Səbəb sürücü qadınların yaşının 30-dan artıq olduğunu bildirmək istəməməsi olub. 🙂

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s