#NAYORA20! MİLLİ ŞURAnın 20 yaşı tamam oldu


 

2015-ci il gənclər təşkilatları üçün əlamətdar bir ildir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ilklərə imza atır. Belə tarixi  hadisələrdən biri də “Baku-2015” İlk Avropa Oyunlarının Azərbaycanda, Bakı və Mingəçevir şəhərlərində keçirilməsi idi. Bu tədbirin baş tutmasında Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müstəsna xidmətləri olmuşdur. Oyunların keçirilməsinə gənclər təşkilatları və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası da öz töhfəsini verdi. Milli Şuranın gənclər hərəkatında yeri önəmlidir.

Milli Şuranın Baş katibi Seymur Hüseynov tədbirdən əvvəl qeyd edib ki, “hər il keçirilən Gənclər Təşkilatlarının Milli Konqresi  gənclər təşkilatlarının institusional inkişafı üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir”. Xatırladaq ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkili ilə bağlı təşəbbüs ilk dəfə Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Milli Şuranın sədri Şahin Seyidzadə tərəfindən irəli sürülüb.

Noyabrın 25-də Milli Şuranın 20 illik yubileyi qeyd edildi. Eyni zamanda Gənclər Təşkilatlarının II Milli Konqresi və XIII qurultay da keçirildi.  Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, nazir müavini İntiqam Babayev, MŞ-nin keçmiş sədri Əkrəm Abdullayev, MŞ-nin keçmiş sədri, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri  Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev  Milli Şuranın 20 illiyi münasibəti ilə təbriklərini çatdırdılar. Müxtəlif təbriklər və təkliflər söylənildi, panellərdə gənclərlə bağlı müzakirələr aparıldı.

“MilliPrezident ve sedr Şura dəstəyi Gənclər və İdman Nazirliyindən, gücünü isə gənclər təşkilatlarından alır. 13 ildir “Uşaq və Tələbə Gənclər Dünyası”  İctimai Birliyi (UTGDİB) Milli Şuranın üzvüdür, son illərdə Nəzarət Təftiş Komissiyasının da üzvü seçilib. UTGDİB dövlətin gənclər siyasətini uğurla yerinə yetirilməsində iştirak edir, gənclərin mənəviyyatına və asudə vaxtının təşkil olunmasında çox gözəl töhfə verir. Arzu edirik ki, Milli Şura xaricdə təmsil olunduğu tədbirlərdə  biz də iştirak edək və uğurla MŞ-ni və Azərbaycanın maraqlarını qoruyaq. Bir daha uğurlar diləyirik!”
“Uşaq və Tələbə Gənclər Dünyası”  İctimai Birliyinin təsisçisi Bəxtimşah Tağıyeva

UTGDİB yarandığı gündən Milli Şuranın tədbirlərində, layihələrində iştiTural Ceferovrak edir, mühüm tədbirlərin keçirilməsində öz səylərini əsirgəmir. Üzümüzə gələn illərdə Formula-1 yarışları, Şahmat olimpiadası, IV İslam Həmrəylik Oyunlarının keçirilməsində də təşkilati dəstək verməyə hazırıq. Milli Şuranın beynəlxalq aləmdə tanınması, Azərbaycanın milli maraqlarının qorunmasıda da aktiv surətdə dəstək verməyə hazırıq. Milli Şuraya davamlı uğurlar, müvəffəqiyyətlər və daha da səmərəli fəaliyyət arzu edirik!

“Uşaq və Tələbə Gənclər Dünyası”  İctimai Birliyinin sədri Tural Cəfərov

Это слайд-шоу требует JavaScript.

 

ARGTMŞ-ın 20 illiyinə həsr olunmuş çarx

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s