Londonda magistr olan həkimlə MÜSAHİBƏ


Rashad Huseynov

Hər vaxtınız xeyir olsun, dəyərli oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) bu il başa çatdı. Təhsil naziri Mikayıl Cabbarovun dediyinə görə 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

 

DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirəm. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürəm. Elə isə, gəlin müsahibimlə tanış olaq.

 

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Mən, Rəşad Həsənov, 14 avqust 1986 cı ildə Bakı şəhərində anadan olmuşam. 1993 cü ildə Səbail rayonu 7 nömrəli məktəbə 1-ci sinfə getmişəm. Həkimliyə həvəsim uşaqlıqdan var idi, çünki, babamın yolunu davam etmək istəyirdim. Beləliklə, 2004-cü ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə qəbul oldum. 2010-cu ildə həmin universiteti müvəffəqiyətlə bitirdim və Qazax rayonuna İnternatura üçün həkim-pediatr olaraq təyinat aldım.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— İki il Qazaxda işləyəndən sonra təhsilimi xaricdə davam etmək qərarına gəldim. Bir çox ölkələrdə olan tibb təhsili ilə maraqlandım. Yekunda, Böyük Britaniyada təhsilimi davam etmək qərarına gəldim. Pediatr olduğuma görə sırf uşaqlarda rast gəlinən mədə — bağırsaq probleminə uyğun olaraq “Qastroenterologiya” ixtisası üzrə təkmilləşmiş universitetlərə baxdım. Böyük Britaniyada təhsil sistemin yüksək səviyyədə olması baxımından bu ölkəni seçdim. Ümumiyyətlə, yuxarıda vurğuladığım kimi Avropada sırf Qastroenterologiya üzrə təhsil verən çox az universitet var. Böyük Britaniyada isə ancaq Queen Mary University of LondonUniversity College London. İkincidən fərqli olaraq Queen Mary University of London–da “Qastroenterologiya” ixtisası üzrə təhsil hər yaş qrupunu əhatə etdiyi üçün buranı seçdim. İkinci üstünlük, Queen Mary Universitetinin təməli 13- cü əsrdə qoyulmuş «Barts və Royal School of Medicine and Dentistry« məktəbinin tərkib hissəsi olması oldu. Bundan əlavə olaraq dərslərimlə bərabər oxuduğum müddətdə mənə Avropanın ən böyük xəstəxanası olan «The Royal  London Hospital« — da işləmək və təcrübə keçmək imkanı verildi.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— Azərbaycanda bu ixtisas üzrə dərəcə və təcrübəsi olan həkimlərin azlığı məni bu ixtisası seçməyə məcbur etdi. Bundan əlavə, yer kürəsində yaşayan insanların günümüzdəki stresə və anormal qidalanma ilə  bağlı olan mədə bağırsaq problemlərinə çox rast gəlməyim seçimimə təsir etdi.

— İndi isə DP-də müsahibə mərhələsinə keçək. Müsahibə necə keçdi, komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— Oxuduğum universitetdən başqa üç başqa universitetlərdən də qəbullarım var idi. Xaricdən qəbulumu aldıqdan sonra maliyyə dəstəyi almaq üçün «2007- 2015 –ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı« -na internet vasitəsilə müraciət etdim. Müsahibəm iyun ayında oldu və Bakı şəhəri Baş Təhsil idarəsində baş tutdu. Müsabiqədə üç ekspert var idi: bir qadın və iki kişi. Ekspertlərin ikisi həkim idi, bir nəfər isə Təhsil Nazirliyinin nümayəndəsi idi. İlkin olaraq xanım-həkim mənə Britaniyada alacağım ixtisasdan suallar verməyə başladı. Suallardan biri belə oldu — Qluten enteropatiyası. Qluten enteropatiyası ədəbiyyatda Seliakiya (Coeliac disease) adı ilə tanınır. Genetik autoimmun bir xəstəlikdir, istənilən yaşda meydana çıxa bilər. İnsanların bağırsaqları taxıl məhsullarının tərkibində olan maddələrə (qliadin və qluten) qarşı allergik olurlar. Öz növbəsində bu bağırsağın daxili qışasındakı xovların geriyədönən atrofiyası ilə nəticələnir. Əlamətləri isə ishal, qarın ağrısı, həzmin pozulması, uşaqların inkişafdan qalması kimi biruzə verə bilər. İkinci sual o biri həkim-ekspert tərəfindən oldu. Bu zaman isə o ürək-damar sisteminə aid olan perikarditlər haqqında sual verdi: diaqnozu, müayinəsi və müalicəsi haqqında. Tam olaraq bu suala da cavab verdim. Təhsil Nazirliyinin nümayəndəsi isə ingilis dilində ümumi suallar verdi. Müsahibənin sonunda mənə razı qaldıqlarını bildirdilər və təbrik etdilər.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Müsahibənin cavabı 7 iş günü ərzində bilinir. Təhsil Nazirliyinin saytında özünə məxsus olan səhifəndə mərhələ-mərhələ izləyirsən. Təhsil Nazirliyindən ilk müsbət cavabı aldıqdan sonra sənədlər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyasına göndərilir. Oradan cavab isə təxmini 1 ay müddətinə gəlir. Sonra viza işlərinə müracət edirsən və biletləri alıb yola düşürsən. Birinci olaraq gedəcəyin ixtisasın baza hissəsini yaxşı bilməlisən və ümumi biliklərə də malik olmalısan. Gələcəkdə xaricə oxumaq üçün gedən uşaqlara ancaq məqsədlərinə çatmaq üçün qarşılarına çıxan əngəllərə baxmayaraq heç vaxt ruhdan düşməməyi tövsiyyə edirəm.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— Mənim təcrübəmə əsasən heç bir narazıçılıq yoxdu. Normal gülərüz qarşıladılar, eləcə də yola saldılar.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək işlərinizdə sizə uğurlar!

Реклама

Londonda magistr olan həkimlə MÜSAHİBƏ: Один комментарий

  1. Уведомление: Londonda magistr olan həkimlə MÜSAHİBƏ | Hamar.az

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s