DAAD-la Almaniyada magistr oxuyan tələbə ilə MÜSAHİBƏ


Kamran Mehdiyev

Hər vaxtınız xeyir, əziz oxucular!  Bu dəfəki yazıda Almaniyada təhsil haqqında yaxından məlumat əldə edəcəyik. 31 oktyabr DAAD (Almaniya Akademik Mübadilə Xidməti) xətti ilə müraciət edib təqaüd almaq üçün sonuncu gündür. Bunu nəzərə alaraq oxuculara və tələbələrə faydalı ola biləcək müsahibə hazırlamağa qərar verdim. Müsahibim DAAD-la hazırda magistr təhsili alır. Gəlin onunla yaxından tanış olaq.

 

 

  • Salam, zəhmət olmazsa, özünü oxuculara təqdim et.
  • Salam, adım Kamran Mehdiyevdir. 1993-cu ildə Ağdaş rayonunda anadan olmuşam, orta təhsilimi Yevlax rayonu 9 saylı orta məktəbdə almışam. Daha sonra Qafqaz Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Biznesin İdarəedilməsi” (Business Administration) bölməsindən məzun olmuşam.
  • Xaricdə təhsil müasir gəncliyə niyə bu qədər maraqlıdır? Sən nəyə görə məhz xaricdə təhsil almaq istəyirdin?
  • Fikrimcə, bu ən əsas təhsilin keyfiyyəti ilə bağlıdır. Son illər ölkəmizdə universitetlərin təqdim etdiyi təhsilin keyfiyyəti artmaqda olsa da, hələlik istənilən səviyyədə deyil. Bizim insanlarımız elmə çox həvəslidirlər, digər bir yandan isə ölkədə demək olar hər sahədə rəqabət çox güclənib, artıq yaxşı iş tapmaq üçün gərək digərlərindən özünü necəsə fərqləndirə biləsən. Məhz buna görədir ki, xaricdə təhsilə maraq bu qədər böyükdür.

Mənə gəldikdə ailəmizdə təhsilə maraq həmişə yüksək olub. Bunun nəticəsi kimi, zənnimcə, Azərbaycanın ən yaxşı ali təhsil ocağına daxil olub bakalavr təhsilimi orda başa vura bilmişəm. Universitet illərində müəllimlərimdən biri belə bir söz işlətmişdiki: “Əgər universitetdə oxumaq tələbəyə çətin gəlmirsə, demək tələbə irəliləmir”. Məhz buna görə, yəni daha keyfiyyətli təhsil ala bilmək, daha böyük çətinliklərin öhdəsindən gələ bilmək üçün bu addım mənim üçün vacib idi.

  • Seçimində hansı ölkələr var idi və nəyə görə Almaniyanı seçdin?
  • Seçimimdə Böyük Britaniya, və Almaniya universitetləri var idi. Qlazqo (Glasgow), Edinburq və digər universitetlərindən qəbul almışdım, hətta Glasgow-da oxumaq üçün Xaricdə Təhsil üzrə Dövlət proqramından belə təqaüd almışdım, amma son qərarım Almaniya oldu. Almaniyada təhsil alan tələbələrdən soruşub burdaki təhsilin vəziyyətini araşdırdım. Məni ən çox cəlb edən Almaniyada Böyük Britaniyadan fərqli olaraq tələbələrə işləmək üçün icazənin verilməsi oldu ki, bu da burdakı şirkətlərdə təcrübə keçməyə imkan yaradır. Digər tərəfdən Alman dilini öyrənmək perspektivi də kifayət qədər böyük üstünlükdür. Sonda Almaniyada təhsil almaq üçün Alman Akademik Mübadilə Xidməti (DAAD) mənimlə birlikdə bir nəçə tələbəyə təqaüd ayırdı və məndə bu fürsətdən yaralandım.

-Hazırda hansı universitetdə və fakültədə oxuyursan? İxtisasın adı necədir və nəyə görə məhz bu ixtisası seçmisən?

—  Hazırda Almaniyanın Maqdeburq şəhərində Otto Von Guericke Universitetinin “Beynəlxalq İqtisadiyyat və Maliyyə” proqramının “Maliyyə” ixtisasında təhsil alıram. Bakalavr illərimdən maliyyəyə marağım olub, bununla yanaşı bu sektorda imkanlar  demək olarki məhdudsuzdur. Fikrimcə, çox çalışıb uğur qazanmaq olar.

  • DAAD haqqında nə vaxtdan xəbərdar idin və haradan məlumat almısan?
  • DAAD haqqında ilk dəfə təxminən 2 il bundan öncə eşitmişdim. O zaman Qafqaz Universitetinə görüşə gəlmişdilər. Qeyd edimki bu ilki DAAD-in seçdiyi tələbələrin yarısından çoxu bu universitetdən idi və nəticə kimi DAAD Qafqaz Universitetinin tələbələrindən çox razıdır. Tələbərini bunu dəyərləndirməyə çağırıram.
  • DAAD neçə mərhələdən ibarətdir? Sən universitetləri seçmək mərhələsində hansı çətinliklərlə üzləşdin (oxuculara məsləhətlər ver universitetləri seçəndə nəyə fikir versinlər)?
  • Seçim mərhələsi əsas iki mərhələdən ibarət olur; birinci müsahibəyə seçim və ikinci müsahibə. İlk öncə üniversitetlərin seçimində diqqətli olmaq lazımdır. Tələblərinə cavab vermədyiniz universitetləri qətiyyən seçməyin. Misal üçün universitetin tələblərində Alman dili üzrə sertifikat və ya GMAT, GRE kimi testlər ola bilər. Əgər sizdə bunlar yoxdursa, o universitetləri seçmək mənasızdır və imtina cavabı alacaqsınız. Əslində əgər müraciət zamanı DAAD Bakı ofisinin internet səhifəsindəki yazılara əməl edilsə tamamilə problemsiz və zamanında müraciəti başa çatdırmaq olar. Digər vacib məsələ universitetlərin seçimi ilə bağlıdır ki, bu zaman https://www.study-in.de internet səhifəsi çox xeyirlidi. Burada demək olar ki, Almaniyada mövcud olan bütün universitetlər və təhsil proqramları var. Əsas diqqət yetiriləsi məqam oxuyacağınız proqramının təhsil xərclərinin dönəm üçün 500 Avrodan artıq olmamasıdır ki, DAAD bunu qarşılamır. Yalnız Almaniyada əksər universitetlərdə təhsil pulsuz olduğu üçün bu çox da problem olmur. Digər vacib məsələ təhsil almaq istədiyiniz proqramın strukturudur, yəni keçəcəyiniz dərslər. Fikrimcə ilk addım təhsil haqqı və proqram strukturuna görə mümkün qədər çox universitet seçməkdi. Bundan sonra universitetin yerləşdiyi şəhər, oradaki yaşama xərcləri, tələbə həyatı, universitetin reputasiyası kimi faktorları nəzərə alaraq seçdiyiniz proqram sayını 3-ə endirmək lazımdır. Məsləhət görərdim ki, birinci seçiminizə çox qəbul olmaq istədiyiniz, yalnız qəbul ediləcəyinizdən tam əmin olmadığınız proqramın adını yazasınız. Ikinci seçim kimi qəbul ediləcəyinizdən əmin olduğunuz proqramı seçin. Və nəhayət sonuncu, 3-cü seçim isə qəbul olacağınızdan heç bir şübhənizin olmadığı proqramı seçin. Beləliklə, universitetlərdən qəbul məktubu alacağınızı zəmanət altına almış olarsınız.
  • Gələk müsahibə mərhələsinə. Müsahibə hansı dildə keçdi, necə hazırlaşdın, bir az bu barədə danış.
  • Əgər bütün sənədləri düzgün doldurmusunuzsa və müsabiqənin tələblərinə cavab verirsinizsə, müsahibəyə seçilmək şansınız kifayət qədər böyükdür. Müsahibə özü sizin seçiminizdən asılı olaraq ya ingiliscə ya da almanca olur. Yəni əgər almanca təhsil almağı seçsəniz, o zaman müsahibə də təbii ki alman dilində olacaq. Mənim müsahibəm ingilis dilində keçdi. Müsahibəni Almaniyadan gəlmiş professor heyəti keçirdir. Çətin suallara hazır olmaq lazımdır. Bəzi sualların cavabını bilmiyə bilərsiniz. Mənə verilən bir sualı ümümiyyətlə biz universitetdə keçməmişdik. Bu kimi hallarda, məncə, özünüzü itirməyib sualın cavabını bilmədiyinizi və yaxud bu sualın sizin təhsil proqramınızda keçilmədiyini deyə bilərsiniz. Mənim halımda mən yerindəcə mənə bu sualı verən professordan sualın cavabını soruşdum, o da öz növbəsində çox maraqla cavabı mənə izah etdi. Yəni qorxmalı bir şey yoxdur.

Müsahibəyə getmədən öncə müraciət etdiyiniz sahədən asılı olaraq universitetdə keçdiyiniz dərsləri təkrarlamaq məsləhətdir. Çünki əksər suallar daha çox nəzəri olur və sadə məntiqlə cavab vermək mümkün olmur.

  • Müsahibəyə hazırlaşanlara nə məsləhət verə bilərsən?
  • Müsahibəyə ən azı 1 həftə öncədən hazırlaşmağa başlıyın. Sonuncu kurs dərsləri ilə bağlı bu bəzən çətin ola bilər, ona görə özünüzə gündəlik cədvəllər qurun və onlara uyğun olaraq bacardığınız qədər səylə çalışın. Təbii ki, alman dəqiqliyini nəzərə alaraq müsahibəyə bir qədər vaxtından əvvəl gəlin J   Uğurlar!
  • Dolğun müsahibəyə görə təşəkkürlər!

Faydalı linklər:
www.daad.baku.az
https://www.facebook.com/DAAD-Baku-1393516830877105/
http://studyin.de 

Реклама

DAAD-la Almaniyada magistr oxuyan tələbə ilə MÜSAHİBƏ: Один комментарий

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s