AZAY Quliyevə Niyə səs verməli? – TƏHLİL


Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirib.

1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 2010-cu ilin ABŞ-da Harvardın  «QHT Liderləri üçün Strateji İdarəetmə» proqramında təhsil almışdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

2005-ci ildən ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, 2013-cü ildən isə bu qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinidir.

2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Potensial seçici tərcümeyi-halı oxuduqdan sonra NİYƏ Azay Quliyevə səs verməliyəm sualına cavab tapmaya bilər. Gəlin elə isə bu suala cavab tapaq. Niyə Azay Quliyev?

Çünki Azay Quliyev populizm və sözçülükdən uzaqdır, işgüzarlığı və əməlləri ilə insanların rəğbətini qazanıb. 

Niyə Azay Quliyev?

Çünki Azay Quliyev 2005-ci ildən bəri seçicilərlə yüzlərlə görüş keçirmiş, 1400-ə yaxın vətəndaşın müraciətinə baxıb və həll etməyə çalışıb. Onun müraciəti əsasında 2 saylı orta məktəb binası təmir olunub, 12 saylı məktəb binası inşa edilib, 24 mənzilli iki bina inşa edilib. Azay Quliyev bu il Şirvan şəhərində 1482 ailənin istifadə edə biləcəyi 4 ədəd “Asudə vaxtın təşkili mərkəzi və mərasim evi”nin tikintisinə, 355 ailənin yaşadığı 5 yaşayış binasının dam örtüyünün müasir standartlara uyğun təmirinə yerli və xarici donorlarının vəsaiti cəlb edib.  Göz xəstəliyindən əziyyət çəkən 100 nəfər Şirvan sakini Səhiyyə Nazirliyinin həkim heyəti tərəfindən pulsuz müayinə və əməliyyat olunub.

Azay Quliyev Milli Məclisdə 2 qanunun müəllifidir. Onlardan “Könüllü fəaliyyət haqqında”qanunu 2009-cu ildə Milli Məclisdə qəbul edilib. Ən müxtəlif sahələrdə çalışan könüllülərin fəaliyyət istiqamətləri, təşkilatçıların və könüllülərin hüquq və vəzifələri müəyyənləşib. İkincisi isə “İctimai iştirakçılıq haqqında”qanundur, 2013-cü ildə qəbul edilib. Bu qanuna uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti, eləcə də bələdiyyə orqanlarının fəaliyyətinə vətəndaş nəzarətini həyata keçirmək üçün “İctimai Şura”ların təsis edilməsi nəzərdə tutulur. 2015-ci ildə artıq bu qanuna  əsasən Binəqədi rayon İcra Hakimiyyətində “İctimai Şura” yaradılıb.

Niyə Azay Quliyev?

Parlament fəaliyyəti dövründə Azay Quliyev media qurumları tərəfindən dəfələrlə ilin fəal deputatı seçilib.

Deputat Azay Quliyev ATƏT Parlamənt Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin fəal üzvüdür. 2015-ci ildə ATƏT PA-nın Helsinkidə keçirilən illik sessiyasında qəbul edilmiş  qətnamədə:

  • Azərbaycanın ərazi bütövlüyü suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı birmənalı şəkildə müdafiə edilir.
  • Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş məcburi köçkünlərin qeyd-şərtsiz, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını tələb edir.

Niyə Azay Quliyev?

2012-ci ildə Avronest Parlament Assambleyasının Ermənistanda keçirilən sessiyasında Azay Quliyev Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini sərt şəkildə tənqid etmiş, doğma yurdlarından didərgin salınmış 1 milyondan artıq azərbaycanlının öz evlərinə qaytarılması üçün işğala son qoyulmasını tələb etmişdir.

Beləliklə deputat Azay Quliyev Azərbaycanın mövqeyini düşmən ölkənin parlamentində səsləndirməyə çəkinməmişdir və ölkəmizin mövqeyini müdafiə etmişdir.

Niyə Azay Quliyev?

Azay Quliyev keçirilən bütün görüşlərdə seçicilərin sevgisi, inam və etimadı ilə qarşılaşdığını vurğulayıb: “Seçicilərin bu dəstəyi bizim noyabrın 1-də əldə edəcəyimiz parlaq qələbənin əsasını təşkil edəcək. Göstəriləcək etimad və inam mənim üçün həm də böyük bir məsuliyyətdir. Mən bu məsuliyyəti bütün ağırlığı ilə qəbul etməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram”.

Azay Quliyevin təbliğat kampaniyasına başlayır

 

Azay Quliyev seçki kampaniyasını necə apardı

83b34b680792 Azay Quliyev ve Bextimshah

1 noyabr öz seçiminizi edin və seçkilərdə iştirak edin. Gələcəyə inamla irəli!

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s