Twitter hesabını necə aparmalı – MÜSAHİBƏ


1001476_10152508423160961_1533997492_n

Hər vaxtınız xeyir, dəyərli oxucular! Bu gün sosial şəbəkələrdən biri olan Twitter haqqında bəhs edəcəyik. Bir neçə gün bundan qabaq Twitterdə izləyici sayını necə artırmaq haqqında məsləhətlər verilmişdi. Mən də bu şəbəkədə özünəməxsus yerə sahib olan, izləyicilərinin sayı 600-dan çox olan, özünə və oxucularına hörmət edən mikrobloqerdən müsahibə almağa qərar verdim.

-Salam, zəhmət olmazsa, özünü oxuculara təqdim et.

— Mən, Fuad Məmmədzadə, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. İstedad liseyini bitirmişəm, Sumqayıt Dövlət Universitetində bakalavrı bitirmişəm, hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura oxuyuram.

— Keçək mövzumuza. Twitter-ə neçənci ildən qoşulmusan və bunun səbəbi nə idi?

-Twitter-ə 2010-cu ildən qoşulmuşam əvvəllər çox aktiv istifadəçi deyildim, son 3 ildə  aktiv istifadə edirəm. Twitter istifadə etməkdə hələ heç bir peşimançılıq hiss etməmişəm. Çünki xeyli maraqlı məlumatlar əldə etmişəm və edirəm .

— İzləyicilərin sayı stabil artımını müşahidə edirdinmi? Bunun üçün təbii yollardan istifadə edirdin, yoxsa xüsusi proqramlardan istifadə edirdin?

— Hələlik bu günə kimi heç bir izləyici sayı artıran xüsusi proqramdan istifadə etməmişəm, etmək fikrim də yoxdur. Həmin proqramlardan əsasən ona görə istifadə etmirəmki onda həmin izləyicilərin çoxu üçün sənin paylaşımlarının çoxu maraqsız olur və bir çoxu da sonradan səni izləmir. Bu gün bəzi istifadəçilərdə görürəm 10 min izləyicisi var amma paylaşımları izləyicisi üçün o qədər də maraqlı deyil, burdan hiss etmək olur ki, həmin proqramlardan istifadə edir. Hər şeyin təbiisi gözəl olduğu üçün necə deyərlər təbii yolla da izləyici yığmağın da öz marağı var :).  İzləyici sayım günü gündən artmaqdadır.

— İzləyəcilirin rəğbəti qazanmaq üçü n xüsusi strategiyan var?

— Soruşduqları sualları çalışmışam hər zaman cavablandırım. Fikrimcə izləyicinin rəğbətini qazanmaq üçün ilk öncə bunu etməlisən. Bunu bəzən Twitter-dəki istifadəçilərdə görürəm: paylaşımına mention yazırsan cavab yazmır adama istər istəməz həmin insana qarşı adam da pis rəy yaranır. Bəziləri də var ki,  çox vaxt qızların ona yazdığı mentionları cavablandırır.

— Fuad, səncə, tvitlərini günün hansı saatlarında atmaq lazımdır? Təcrübən ilə paylaşa bilərsən?

— Fikrimcə ən çox axşam tərəfi çox adam olur və aktivlik də daha çox o vaxt olur. Birdəki bəzən hansısa vəziyyət yaranır məsələn anidən hansısa bir hadisə baş verir həmin hadisə haqqında məlumatlar da paylaşaraq insanları məlumatlandırmaq olur həmin zaman da paylaşımlarını çox insan görür.

— Bildiyin kimi, Aztwi hər gün aktiv olan mikrobloqqerlərin siyahısını dərc edir. Səncə həmin seçimin qalibləri nəyə görə çox vaxtı keyfiyyətsiz (şəxsi yazışmaya çevrilən diskussiyalar, söyüş dolu tvitlər, bir biri mention-lama və s.) tvitlər atırlar?

— Həmin siyahını hər gün mən də görürəm. Bir çox mikrobloqqerlərin çoxu adı o siyahıya düşsün deyə nə gəldi yazır. Yazılarında da heç bir məna yoxdur. Fikrimcə maraqlı paylaşımlar edənləri seçsələr daha yaxşı olar. Çünki həmin profilləri paylaşaraq onlara daha çox izləyici yönləndirir və izləyicilər maraqlı və faydalı məlumatlar əldə etmiş olar. Həmin insanları reklam etməklə onlara xeyli izləyici qazandırırlar və onların da bəzilərinin paylaşımları bayaq dediyim kimi mənasız paylaşımlardır.

— İzləyicilərini artırmaq istəyən mikrobloqerlərə sənin məsləhətin.

— Hər hansı bir mövzu seçsinlər və  çalışsınlar ən çox  o mövzu barədə yazılar yazıb izləyicilərin  maraq dairəsində olsunlar. İzləyicilərinin həm də necə deyərlər hörmətlərini qazansınlar :).Yəni onlardan soruşulan hər hansı sualları cavablandırsınlar.

— Müsahibəyə görə təşəkkürlər!
 — Dəyməz, siz sağ olun!

Fuad Məmmədzadənin hesabı — https://twitter.com/fuad_mammdzadeh

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s