2015-ci ilin 3-cü rübündə saytlarda dərc olunan yazılar – HESABAT


Bloq

Bloqerlik fəaliyyətim uzaq 2010-cu ildə başlayıb. O vaxtdan bəri bloqumda 100-dən çox yazı dərc olunub. Mütəmadi olaraq isə 2015-ci ilin may ayından yazıram. Belə ki, cari ilin 3-cü rübündə bloqumda 52 yazı dərc etmişəm. Bunlardan 17-si iyul və avqust, 18-si isə sentyabr ayının payına düşür.

Bu dövrdə bir neçə yeni kateqoriyalar yaradılıb və silsilə yazılar dərc edilib. Məsələn, Azerbaijan, English language, Полезное, Саморазвитие, Футбол, Layihələr, Maraqlı, Xaricdə Təhsil kimi kateqoriyalar məhz bu rübdə yaradılıb. Qeyd edim ki,  daha çox oxunan məqalələr məhz “Xaricdə Təhsil” və “English Language” kateqoriyalarındandır.

Bu ilin 3-cü rübündə  ideyası mənə məxsus olan yeni kampaniyaya başladım. #BuraAzerbaycandir və  #ItIsAzerbaijan heşteqləri ilə məqalələr iki dildə olmaqla (Azərbaycan və İngilis) yurdumuzun regionları, rayonları və şəhərləri haqqında yazılıb. Əsas məqsəd “Bura Azərbaycandır” ifadəsinin neqativ yükünü aradan qaldırmaq və onu pozitiv trendə çevirmək.  Bu işdə sosial şəbəkələrin bütün aktiv iştirakçıları, habelə bloqerlər və mikrobloqerlər də dəstək ola bilərlər.

Digər vacib yenilik isə “Xaricdə Təhsil” kateqoriyasında Dövlət Proqramı (DP) ilə xarici ölkələrdə təhsil almış və alan tələbələrlə müsahibə etməkdən ibarətdir. Əsas məqsəd DP-nin nəticələrini və fəaliyyətini işıqlandırmaq, gənclərə yardım etmək,  bu sahədə olan informasiya boşluğunu doldurmaqdır. Müsahibələrin digər saytlarda da maraqlı oxunub izlənməsi bu qəbildən olan yazıların vacibliyini sübut edir.

Cari ilin üçüncü rübündə bloqumda yazdığım məqalələr digər  saytlarda dərc olunmağa başladı. Ümumilikdə 25 məqalə 8 saytda dərc edildi. Saytların siyahısını xronoloji ardıcıllıqla təqdim edirəm: Bakumedia.az, senzor.org, sosialmedia.az, oneclick.az, hamar.az, dialoq.info, tehsil.im , edutimes.org.az.

Növbəti yazıda illik hesabatı  dərc edəcəm. Hələlik bu qədər, salamat qalın!

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s