Dövlət Komitələrinin Twitter hesabları — SİYAHI


XXI əsr rəqəmsal dövründə sosial medianın artan nüfuzunu və gücünü görməmək mümkün deyil. Ona görə də şirkətlər, beynəlxalq təşkilatlar, dövlət strukturları bu dəyişiklikləri nəzərə alıb özlərinin fəaliyyətlərini, əhali ilə əlaqəni sosial media vasitəsi ilə çatdırırlar. Nazirliklər haqqında birinci yazımda ürəkaçan mənzərə ilə rastlaşmadım. Bu dəfə dövlət komitələrinin Twitter sosial şəbəkəsində aktivliyini yoxladım. Nəyə görə məhz Twitter? Bu sosial şəbəkənin digərlərindən fərqləndirən üstün cəhətləri bunlardır:

  1. Birbaşa olaraq ünsiyyət qurmaq daha asandır. Həm siyasi xadimlər üçün, həm də şirkətlər üçün istifadəçilərlə birbaşa rahat əlaqə qurula bilər.
  2. Maraqlarınıza uyğun siyahı düzəldə bilərsiniz və xəbərləri izləyə bilərsiniz.
  3. Daha çox iş yönümlüdür. Reklam daha azdır, oyunlar isə tamamilə yoxdur.
  4. Heşteqlərdən istifadə etməklə dünyada onlayn rejimdə baş verən hadisələrdən xəbər tuta bilərsiniz, hazırki trendləri öyrənə bilərsiniz.
Dövlət Qurumun adları Tvitlər Izləyicilər Sonuncu tvit
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi http://www.scs.gov.az/ Yoxdur
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
http://www.arxkom.gov.az/
Yoxdur
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
http://www.refugees-idps-committee.gov.az/az/index.html
Yoxdur
Dövlət Gömrük Komitəsi dövlət Gömrük Komitəsi
http://www.customs.gov.az/az/
Yoxdur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi http://bit.ly/1OtZ0zh 4 7 28 mart 2014-cü il
Azərbaycan Respublikasının

Dövlət Statistika Komitəsi
http://www.stat.gov.az/

Yoxdur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
http://bit.ly/1VOmA8Z
83 10 8 oktyabr
Diasporla İş üzrə Dövlət Komitəsi
http://bit.ly/1PaOjBB
3449 4352 9 oktyabr
Əmlak Məsələləri Dövlət Komitəsi
http://bit.ly/1N8U8fV
1 7 7 may 2014-cü il
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

http://www.azstand.gov.az/

Yoxdur
Dövlət Dəniz Administrasiyası

http://ardda.gov.az/

Yoxdur
Dövlət Mülki Aviasiya Administrasiyası
http://www.caa.gov.az/
Yoxdur
Milli Arxiv İdarəsi
http://www.milliarxiv.gov.az/
Yoxdur

Belə məlum oldu ki, yalnız 4 komitədə Twitter hesab açıb: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. Bunlardan aktiv olaraq bu şəbəkədən cəmi iki komitə istifadə edir: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Diasporla İş üzrə Dövlət Komitəsi. İkincinin bu sahəyə daha ciddi yanaşdığı aydın görünür.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s