Dünyanın Ən güclü orduları — SİYAHI


İsveçrənin Credit Suisse bankı  “Qloballaşmanın sonu və ya daha da çoxqütblü dünya” adlı araşdırmada planetimizin ən güclü ordusunu müəyyən edib.

Birinci yeri ABŞ ordusu tutub: bu heç də təəccüblü deyil, çünki ABŞ-ın müdafiə qurumuna ayrılan büdcəsi ilk 10-da yerləşən ölkələrin çəkdiyi xərclərin cəmindən də üstündür.

İkinci yerdə Rusiya yerləşir, üçüncü yerdə Çin qərarlaşıb. İlk onluğa Yaponiya, Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyə də daxildir.

Credit Suiss-dən bildiriblər ki, təhlil ABŞ-ın yaxın rəqiblərlə müqayisədə adi müharibəni aparmaqda üstünlüyünü göstərir. 13900 təyyarə və 920 helikopter, 20 təyyarədaşıyan gəmi və 72 sualtı qayığı olan Pentaqon texniki arsenala görə yaxın izləyəcilərini üstələyir. Müdafiəyəyə ayrılan büdcəyə görə (keçən il 610 mlrd. dollar) ABŞ özündən sonra gələn 9 ölkənin cəmi xərclərini də geridə qoyur.

Araşdırmanın müəllifləri dünyanın 20 ən güclü ordusunun təyin edilməsi üçün hərbi gücün xüsusi indeksini yaradıblar. Bu indeksdə Silahlı qüvvələrin 6 əsas elementi nəzərə alınıb: hərbi indeksin 5% olan ordunun həcmi, tankların miqdarı (10%), hərbi helikolepterlər (15%), təyyarələr (20%), təyyarədaşıyan gəmilər və sualtı qayıqlar (hərəsi 25%).   Hərbi indeksin yaradıcıları etiraf edirlər ki, tərtib edilən siyahı hərbi gücü tam olaraq nümayiş etdirmir,çünki siyahıda nüvə arsenalı nəzərə alınmayıb. Stokholm Beynəlxalq Sülh problemləri araşdırmaları institunun (SİPRİ) 2015-ci ilə olan illik hesabatında dünyada nüvə silahının  90 faizi Rusiya və ABŞ-ın payına düşür.

Bunları nəzərə alaraq qeyd etmək olar ki, ABŞ və Rusiya hərbi cəhətdən öz mövqelərini daha da möhkəmləndirmiş olur.

Ordular

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s