DP ilə Nyukaslda bakalavr olan və BP-də işləyən tələbə ilə MÜSAHİBƏ


Sarkhan

Salam, hər vaxtınız xeyir olsun, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) artıq bu il başa çatdı, ancaq onun işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirəm. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürəm. Bu dəfəki müsahibim digərlərindən fərqlənir, çünki artıq təhsilini başa vurub və nüfuzlu iş yeri tapa bilib. İntizarda çox saxlamamaq üçün keçək müsahibimlə tanış olmağa.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Salam. Bir başa təhsilimlə bağlı məlumat versəm məncə daha məqsədə uyğun olar.Mən, Bayramlı Sərxan,  2011-ci ildə dövlət sifarişi ilə Azərbaycan Dövlət Neft Akademiyası  “Geologiya Mühəndisliyi” fakültəsinə daxil olmuşam. Universitetdə oxuduğum bir il ərzində İngiltərədəki müxtəlif universitetlərdən “kimya mühəndisliyi”, “neft mühəndisliyi” və son olaraq “dəniz texnologiyaları” və “dəniz mühəndisliyi” ixtisaslarından qəbul aldım. Təhsilimi sonuncu qeyd etdiyim ixtisasda, Nyukasl universitetində davam etdirdim.3 il bakalavr təhsili aldıqdan sonra bu il məzun oldum. Hal hazırda BP şirkətində işləyirəm.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

-Mühəndislik üzrə təhsilin keyfiyyətini nəzərə aldıqda Böyük Britaniyadakı təhsil daha cazibədar olduğu üçün yalnız oradakı universitetlərə sənəd göndərmişdim.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

-Sözün açığı, ətrafımda bu ixtisasda İngiltərədə oxuyan heç kimi eşitmədiyim üçün seçdim. “Dəniz texnologiyaları” və “Dəniz mühəndisliyi” ixtisası İngiltərədə yalnız 5 universitetdə mövcuddur və təhsilin səviyyəsi baxımından Nyukasl daha qabaqcıl göstəricilərə malik olduğundan bu universiteti seçdim.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

2011-ci ildə müsahibə yerinə, nazir müavini Qulu Novruzov ilə görüş keçirilirdi. Bu görüşdə müavin öz köməkçilərinin də yardımı ilə tələbələrin təhsil çərçivəsində uğurlarını və seçdiyi ixtisasın prioritetliyini müzakirə edərək tələbəyə yerindəcə seçilib seçilmədiyini bildirirdi. Uğurlar dedikdə əsas olaraq orta attestat balı 4.5 baldan yuxarı, universitetdə ortalama balı 85-dən yuxarı, xarici dildə topladığı bal (məs. İELTS isə 6.5 dən çox)nəzərdə tutulur.Qeyd edim ki, Ingiltərədə oxumaq üçun SOCAR-a da müraciət etmişdim və ixtisas müsahibəsindən keçmişdim. SOCAR evin girov qoyulmasını istəyirdi və qayıdandan sonra 5 il oradada işləməyi tələb edirdi. Buna görə sonda DP-ni seçdim, çünki qayıdandan sonra istənilən yerdə işləyə bilərdim.

-Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

-Prioritet ixtisas ( mühəndislik,həkimlik və s.) seçərək bu ixtisası dərindən mənimsədikdən sonra, məncə tələbələr öz prinsipiallıqlarını qoruyaraq müsahibəyə hazırlaşsalar, seçilməmək ehtimalını minimuma endirə bilərlər. Amma seçilməsələr belə, müsahibəyə gedəcək olan digər tələbələri də həvəsdən salmaq yerinə növbəti il hazırlaşıb yenidən müsahibəyə getməkləri daha faydalı olar məncə. Çünki, yaşanılan hər uğursuzluq öz üzərimizdə çalışdığımız halda daha böyük uğurlar gətirər.

-Azərbaycanda hansısa iş yerlərini müraciət etdiniz mi?

Keçən il BP-də struktur mühəndisliyi üzrə yay  təcrübəsi keçdim, bu il avtomatik olaraq iş təklifi aldim.

— İndi hansı vəzifədə çalışırsınız?

-Şahdəniz-2 layihəsində “Proyekt mühəndisi” vəzifəsində çalışıram.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. İşinizdə sizə uğurlar!

-Buyurun.Təşəkkürlər.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s