DAAD-la Almaniyada magistr oxuyan tələbə ilə MÜSAHİBƏ

Kamran Mehdiyev

Hər vaxtınız xeyir, əziz oxucular!  Bu dəfəki yazıda Almaniyada təhsil haqqında yaxından məlumat əldə edəcəyik. 31 oktyabr DAAD (Almaniya Akademik Mübadilə Xidməti) xətti ilə müraciət edib təqaüd almaq üçün sonuncu gündür. Bunu nəzərə alaraq oxuculara və tələbələrə faydalı ola biləcək müsahibə hazırlamağa qərar verdim. Müsahibim DAAD-la hazırda magistr təhsili alır. Gəlin onunla yaxından tanış olaq.

 

 

  • Salam, zəhmət olmazsa, özünü oxuculara təqdim et.
  • Salam, adım Kamran Mehdiyevdir. 1993-cu ildə Ağdaş rayonunda anadan olmuşam, orta təhsilimi Yevlax rayonu 9 saylı orta məktəbdə almışam. Daha sonra Qafqaz Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Biznesin İdarəedilməsi” (Business Administration) bölməsindən məzun olmuşam.
  • Xaricdə təhsil müasir gəncliyə niyə bu qədər maraqlıdır? Sən nəyə görə məhz xaricdə təhsil almaq istəyirdin?
  • Fikrimcə, bu ən əsas təhsilin keyfiyyəti ilə bağlıdır. Son illər ölkəmizdə universitetlərin təqdim etdiyi təhsilin keyfiyyəti artmaqda olsa da, hələlik istənilən səviyyədə deyil. Bizim insanlarımız elmə çox həvəslidirlər, digər bir yandan isə ölkədə demək olar hər sahədə rəqabət çox güclənib, artıq yaxşı iş tapmaq üçün gərək digərlərindən özünü necəsə fərqləndirə biləsən. Məhz buna görədir ki, xaricdə təhsilə maraq bu qədər böyükdür.

Mənə gəldikdə ailəmizdə təhsilə maraq həmişə yüksək olub. Bunun nəticəsi kimi, zənnimcə, Azərbaycanın ən yaxşı ali təhsil ocağına daxil olub bakalavr təhsilimi orda başa vura bilmişəm. Universitet illərində müəllimlərimdən biri belə bir söz işlətmişdiki: “Əgər universitetdə oxumaq tələbəyə çətin gəlmirsə, demək tələbə irəliləmir”. Məhz buna görə, yəni daha keyfiyyətli təhsil ala bilmək, daha böyük çətinliklərin öhdəsindən gələ bilmək üçün bu addım mənim üçün vacib idi.

  • Seçimində hansı ölkələr var idi və nəyə görə Almaniyanı seçdin?
  • Seçimimdə Böyük Britaniya, və Almaniya universitetləri var idi. Qlazqo (Glasgow), Edinburq və digər universitetlərindən qəbul almışdım, hətta Glasgow-da oxumaq üçün Xaricdə Təhsil üzrə Dövlət proqramından belə təqaüd almışdım, amma son qərarım Almaniya oldu. Almaniyada təhsil alan tələbələrdən soruşub burdaki təhsilin vəziyyətini araşdırdım. Məni ən çox cəlb edən Almaniyada Böyük Britaniyadan fərqli olaraq tələbələrə işləmək üçün icazənin verilməsi oldu ki, bu da burdakı şirkətlərdə təcrübə keçməyə imkan yaradır. Digər tərəfdən Alman dilini öyrənmək perspektivi də kifayət qədər böyük üstünlükdür. Sonda Almaniyada təhsil almaq üçün Alman Akademik Mübadilə Xidməti (DAAD) mənimlə birlikdə bir nəçə tələbəyə təqaüd ayırdı və məndə bu fürsətdən yaralandım.

-Hazırda hansı universitetdə və fakültədə oxuyursan? İxtisasın adı necədir və nəyə görə məhz bu ixtisası seçmisən?

—  Hazırda Almaniyanın Maqdeburq şəhərində Otto Von Guericke Universitetinin “Beynəlxalq İqtisadiyyat və Maliyyə” proqramının “Maliyyə” ixtisasında təhsil alıram. Bakalavr illərimdən maliyyəyə marağım olub, bununla yanaşı bu sektorda imkanlar  demək olarki məhdudsuzdur. Fikrimcə, çox çalışıb uğur qazanmaq olar.

  • DAAD haqqında nə vaxtdan xəbərdar idin və haradan məlumat almısan?
  • DAAD haqqında ilk dəfə təxminən 2 il bundan öncə eşitmişdim. O zaman Qafqaz Universitetinə görüşə gəlmişdilər. Qeyd edimki bu ilki DAAD-in seçdiyi tələbələrin yarısından çoxu bu universitetdən idi və nəticə kimi DAAD Qafqaz Universitetinin tələbələrindən çox razıdır. Tələbərini bunu dəyərləndirməyə çağırıram.
  • DAAD neçə mərhələdən ibarətdir? Sən universitetləri seçmək mərhələsində hansı çətinliklərlə üzləşdin (oxuculara məsləhətlər ver universitetləri seçəndə nəyə fikir versinlər)?
  • Seçim mərhələsi əsas iki mərhələdən ibarət olur; birinci müsahibəyə seçim və ikinci müsahibə. İlk öncə üniversitetlərin seçimində diqqətli olmaq lazımdır. Tələblərinə cavab vermədyiniz universitetləri qətiyyən seçməyin. Misal üçün universitetin tələblərində Alman dili üzrə sertifikat və ya GMAT, GRE kimi testlər ola bilər. Əgər sizdə bunlar yoxdursa, o universitetləri seçmək mənasızdır və imtina cavabı alacaqsınız. Əslində əgər müraciət zamanı DAAD Bakı ofisinin internet səhifəsindəki yazılara əməl edilsə tamamilə problemsiz və zamanında müraciəti başa çatdırmaq olar. Digər vacib məsələ universitetlərin seçimi ilə bağlıdır ki, bu zaman https://www.study-in.de internet səhifəsi çox xeyirlidi. Burada demək olar ki, Almaniyada mövcud olan bütün universitetlər və təhsil proqramları var. Əsas diqqət yetiriləsi məqam oxuyacağınız proqramının təhsil xərclərinin dönəm üçün 500 Avrodan artıq olmamasıdır ki, DAAD bunu qarşılamır. Yalnız Almaniyada əksər universitetlərdə təhsil pulsuz olduğu üçün bu çox da problem olmur. Digər vacib məsələ təhsil almaq istədiyiniz proqramın strukturudur, yəni keçəcəyiniz dərslər. Fikrimcə ilk addım təhsil haqqı və proqram strukturuna görə mümkün qədər çox universitet seçməkdi. Bundan sonra universitetin yerləşdiyi şəhər, oradaki yaşama xərcləri, tələbə həyatı, universitetin reputasiyası kimi faktorları nəzərə alaraq seçdiyiniz proqram sayını 3-ə endirmək lazımdır. Məsləhət görərdim ki, birinci seçiminizə çox qəbul olmaq istədiyiniz, yalnız qəbul ediləcəyinizdən tam əmin olmadığınız proqramın adını yazasınız. Ikinci seçim kimi qəbul ediləcəyinizdən əmin olduğunuz proqramı seçin. Və nəhayət sonuncu, 3-cü seçim isə qəbul olacağınızdan heç bir şübhənizin olmadığı proqramı seçin. Beləliklə, universitetlərdən qəbul məktubu alacağınızı zəmanət altına almış olarsınız.
  • Gələk müsahibə mərhələsinə. Müsahibə hansı dildə keçdi, necə hazırlaşdın, bir az bu barədə danış.
  • Əgər bütün sənədləri düzgün doldurmusunuzsa və müsabiqənin tələblərinə cavab verirsinizsə, müsahibəyə seçilmək şansınız kifayət qədər böyükdür. Müsahibə özü sizin seçiminizdən asılı olaraq ya ingiliscə ya da almanca olur. Yəni əgər almanca təhsil almağı seçsəniz, o zaman müsahibə də təbii ki alman dilində olacaq. Mənim müsahibəm ingilis dilində keçdi. Müsahibəni Almaniyadan gəlmiş professor heyəti keçirdir. Çətin suallara hazır olmaq lazımdır. Bəzi sualların cavabını bilmiyə bilərsiniz. Mənə verilən bir sualı ümümiyyətlə biz universitetdə keçməmişdik. Bu kimi hallarda, məncə, özünüzü itirməyib sualın cavabını bilmədiyinizi və yaxud bu sualın sizin təhsil proqramınızda keçilmədiyini deyə bilərsiniz. Mənim halımda mən yerindəcə mənə bu sualı verən professordan sualın cavabını soruşdum, o da öz növbəsində çox maraqla cavabı mənə izah etdi. Yəni qorxmalı bir şey yoxdur.

Müsahibəyə getmədən öncə müraciət etdiyiniz sahədən asılı olaraq universitetdə keçdiyiniz dərsləri təkrarlamaq məsləhətdir. Çünki əksər suallar daha çox nəzəri olur və sadə məntiqlə cavab vermək mümkün olmur.

  • Müsahibəyə hazırlaşanlara nə məsləhət verə bilərsən?
  • Müsahibəyə ən azı 1 həftə öncədən hazırlaşmağa başlıyın. Sonuncu kurs dərsləri ilə bağlı bu bəzən çətin ola bilər, ona görə özünüzə gündəlik cədvəllər qurun və onlara uyğun olaraq bacardığınız qədər səylə çalışın. Təbii ki, alman dəqiqliyini nəzərə alaraq müsahibəyə bir qədər vaxtından əvvəl gəlin J   Uğurlar!
  • Dolğun müsahibəyə görə təşəkkürlər!

Faydalı linklər:
www.daad.baku.az
https://www.facebook.com/DAAD-Baku-1393516830877105/
http://studyin.de 

Реклама

AZAY Quliyevə Niyə səs verməli? – TƏHLİL

Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirib.

1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 2010-cu ilin ABŞ-da Harvardın  «QHT Liderləri üçün Strateji İdarəetmə» proqramında təhsil almışdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

2005-ci ildən ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, 2013-cü ildən isə bu qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinidir.

2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Potensial seçici tərcümeyi-halı oxuduqdan sonra NİYƏ Azay Quliyevə səs verməliyəm sualına cavab tapmaya bilər. Gəlin elə isə bu suala cavab tapaq. Niyə Azay Quliyev?

Çünki Azay Quliyev populizm və sözçülükdən uzaqdır, işgüzarlığı və əməlləri ilə insanların rəğbətini qazanıb. 

Niyə Azay Quliyev?

Çünki Azay Quliyev 2005-ci ildən bəri seçicilərlə yüzlərlə görüş keçirmiş, 1400-ə yaxın vətəndaşın müraciətinə baxıb və həll etməyə çalışıb. Onun müraciəti əsasında 2 saylı orta məktəb binası təmir olunub, 12 saylı məktəb binası inşa edilib, 24 mənzilli iki bina inşa edilib. Azay Quliyev bu il Şirvan şəhərində 1482 ailənin istifadə edə biləcəyi 4 ədəd “Asudə vaxtın təşkili mərkəzi və mərasim evi”nin tikintisinə, 355 ailənin yaşadığı 5 yaşayış binasının dam örtüyünün müasir standartlara uyğun təmirinə yerli və xarici donorlarının vəsaiti cəlb edib.  Göz xəstəliyindən əziyyət çəkən 100 nəfər Şirvan sakini Səhiyyə Nazirliyinin həkim heyəti tərəfindən pulsuz müayinə və əməliyyat olunub.

Azay Quliyev Milli Məclisdə 2 qanunun müəllifidir. Onlardan “Könüllü fəaliyyət haqqında”qanunu 2009-cu ildə Milli Məclisdə qəbul edilib. Ən müxtəlif sahələrdə çalışan könüllülərin fəaliyyət istiqamətləri, təşkilatçıların və könüllülərin hüquq və vəzifələri müəyyənləşib. İkincisi isə “İctimai iştirakçılıq haqqında”qanundur, 2013-cü ildə qəbul edilib. Bu qanuna uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti, eləcə də bələdiyyə orqanlarının fəaliyyətinə vətəndaş nəzarətini həyata keçirmək üçün “İctimai Şura”ların təsis edilməsi nəzərdə tutulur. 2015-ci ildə artıq bu qanuna  əsasən Binəqədi rayon İcra Hakimiyyətində “İctimai Şura” yaradılıb.

Niyə Azay Quliyev?

Parlament fəaliyyəti dövründə Azay Quliyev media qurumları tərəfindən dəfələrlə ilin fəal deputatı seçilib.

Deputat Azay Quliyev ATƏT Parlamənt Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin fəal üzvüdür. 2015-ci ildə ATƏT PA-nın Helsinkidə keçirilən illik sessiyasında qəbul edilmiş  qətnamədə:

  • Azərbaycanın ərazi bütövlüyü suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı birmənalı şəkildə müdafiə edilir.
  • Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş məcburi köçkünlərin qeyd-şərtsiz, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını tələb edir.

Niyə Azay Quliyev?

2012-ci ildə Avronest Parlament Assambleyasının Ermənistanda keçirilən sessiyasında Azay Quliyev Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini sərt şəkildə tənqid etmiş, doğma yurdlarından didərgin salınmış 1 milyondan artıq azərbaycanlının öz evlərinə qaytarılması üçün işğala son qoyulmasını tələb etmişdir.

Beləliklə deputat Azay Quliyev Azərbaycanın mövqeyini düşmən ölkənin parlamentində səsləndirməyə çəkinməmişdir və ölkəmizin mövqeyini müdafiə etmişdir.

Niyə Azay Quliyev?

Azay Quliyev keçirilən bütün görüşlərdə seçicilərin sevgisi, inam və etimadı ilə qarşılaşdığını vurğulayıb: “Seçicilərin bu dəstəyi bizim noyabrın 1-də əldə edəcəyimiz parlaq qələbənin əsasını təşkil edəcək. Göstəriləcək etimad və inam mənim üçün həm də böyük bir məsuliyyətdir. Mən bu məsuliyyəti bütün ağırlığı ilə qəbul etməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram”.

Azay Quliyevin təbliğat kampaniyasına başlayır

 

Azay Quliyev seçki kampaniyasını necə apardı

83b34b680792 Azay Quliyev ve Bextimshah

1 noyabr öz seçiminizi edin və seçkilərdə iştirak edin. Gələcəyə inamla irəli!

İspan dilini öyrənmək üçün Onlayn resurslar – SİYAHI

spanish

Dünya dilləri arasında ispan dili çox populyar olanlardandır. Bunun səbəblərindən biri – asan öyrənilməsidir, belə ki yeni başlayanların tələffüz və qrammatika ilə bağlı çətinlikləri olmur. Azərbaycanda bu dilə xüsusi maraq var.

Bloqer olaraq ispan dilinin öyrənilməsi üçün ödənişsiz onlayn resursları bir araya yığmaq fikrinə gəldim. Beləliklə bu yazı  ispan dilini sevənlərə töhfə olacaq. Yazını bəyənsəniz çəkinmədən ispan dilini xoşlayan dostlarınızla paylaşa bilərsiniz.

Onlayn kurslar

http://proespanol.ru/   —Sıfırdan ispan dili, dil haqqında çoxlu faktlar, oyunlar krossvordlar.

http://www.hispanistas.ru/  — Kitablar, audio, video, forumlar, müxtəlif faydalı məlumatlar.

http://lingvaclub.ru/sp-online.php  — Sıfırdan dilin öyrənilməsi, əsas leksika və qrammatika.

http://27espanol.com/ — A1 səviyyəsi, çoxlu tapşırıqlar.

http://love-spain.ru/ispanskiy-yazyk/ispanskie-tablicy/  — İspan dili cədvəllərdə.

http://spanishgrammarguide.com/  — Sadə və anlaşıqlı onlayn ispan dili dərsliyi. İspan dilində oxumağı bacaranlara daha uyğundur.

http://hispanista.ru/  — Leksika, qrammatika, onlayn dərslər.

http://www.bbc.co.uk/languages/spanish  — BBC saytı bir çox dillərin öyrənilməsini təşfiq edir. Burada müxtəlif məişət halları, ispan dilində testlər, maraqlı saytları keçidlər (linklər) verilir.

http://studyspanish.com/  —Tələffüz, qrammatika, lüğət.

http://www.espato.ru/  —Bütün mövzular üzrə çalışmalar.

https://www.learnwitholiver.com/spanish/  —Müxtəlif vasitələr, həmçinin dil kartları, dilin daşıyıcıları ilə audioyazılar, lüğət, gündəlik.

https://www.babbel.com/learn-spanish-online  — Bu saytda hesab edirlər ki, dilin öyrənilməsi şən olmalıdır.

Lüğətlər

http://www.rae.es/   — İspan dilinin rəsmi izahlı lüğəti.

http://www.wordreference.com/definicion/  — Beynəlxalq izahlı lüğət.

http://www.multitran.ru/c/m.exe?a=1&SHL=2  — Tərcüməçi-lüğət

http://www.vocabulix.com/  —Lüğət ehtiyatının genişləndirilməsi.

Audio- və Videoresurslar

https://www.youtube.com/watch?v=jZJdeNtNVdo  — professor Petrovla 16 dərs ərzində ispan dilində danışıq dərsləri.

http://www.spanishdict.com/learn  — Videodərslərlə dolu olan onlayn kurs. Proqram sizin inkişafınızı izləyir.

https://www.youtube.com/playlist?list=PL80Flen6gkH_9j4OxsDucs9mbKjl5ccvU  — Videodərslər.

http://cvc.cervantes.es/  —Servantes İnstitutundan 3 səviyyədə olan mətnlər. Əsasən detektiv əsərlər yerləşdirilib.

http://www.lingus.tv/  — Videodərslər daha çox məişət mövzularını əhatə edir.

http://es.euronews.com/  —Məşhur Euronews telekanalı ispan dilində də efirə çıxır. Kanalın əsas üstünlüyü ondadır ki, qısa videoçarxlar nümayiş etdirir. Mətn, audio və video olduğundan eyni anda qulaq asıb oxumaq da mümkündür.

Tətbiqlər

https://play.google.com/store/apps/details?id=net.aadevelop.phrasebookesru.free  — Danışıq kitabçası.

https://itunes.apple.com/ru/app/russko-ispanskij-govorasij/id510967375?mt=8  — Danışıq kitabçası.

Sosial şəbəkələr

https://vk.com/isyaz  — «Мы любим испанский» qrupu,  ispan dili sevənləri birləşdirən qrup

https://vk.com/aprendespanol  — “Vizual ispan dili” qrupu

https://www.facebook .com/eLearnSpanish  — ispan dili haqqında səhifə

İngilis dilində Ara sözlər – SİYAHI

example

Yeni yaradılmış kateqoriyada İngilis dili ilə bağlı postlar olacaq və burada İngilis dilində sözlər və ifadələr haqqında yazacam. Məqsəd İngilis dilini digər dillərlə (Azərbaycan və Rus) əlaqələndirərək yeni məlumatlar əldə etmək, onları daha da möhkəmləndirməkdir.

Bu dəfəki yazı İngilis dilində Читать далее

2015-ci ilin 3-cü rübündə saytlarda dərc olunan yazılar – HESABAT

Bloq

Bloqerlik fəaliyyətim uzaq 2010-cu ildə başlayıb. O vaxtdan bəri bloqumda 100-dən çox yazı dərc olunub. Mütəmadi olaraq isə 2015-ci ilin may ayından yazıram. Belə ki, cari ilin 3-cü rübündə bloqumda 52 yazı dərc etmişəm. Bunlardan 17-si iyul və avqust, 18-si isə sentyabr ayının payına düşür.

Bu dövrdə bir neçə yeni kateqoriyalar yaradılıb və silsilə yazılar dərc edilib. Məsələn, Azerbaijan, English language, Полезное, Саморазвитие, Футбол, Layihələr, Maraqlı, Xaricdə Təhsil kimi kateqoriyalar məhz bu rübdə yaradılıb. Qeyd edim ki,  daha çox oxunan məqalələr məhz “Xaricdə Təhsil” və “English Language” kateqoriyalarındandır.

Bu ilin 3-cü rübündə  ideyası mənə məxsus olan yeni kampaniyaya başladım. #BuraAzerbaycandir və  #ItIsAzerbaijan heşteqləri ilə məqalələr iki dildə olmaqla (Azərbaycan və İngilis) yurdumuzun regionları, rayonları və şəhərləri haqqında yazılıb. Əsas məqsəd “Bura Azərbaycandır” ifadəsinin neqativ yükünü aradan qaldırmaq və onu pozitiv trendə çevirmək.  Bu işdə sosial şəbəkələrin bütün aktiv iştirakçıları, habelə bloqerlər və mikrobloqerlər də dəstək ola bilərlər.

Digər vacib yenilik isə “Xaricdə Təhsil” kateqoriyasında Dövlət Proqramı (DP) ilə xarici ölkələrdə təhsil almış və alan tələbələrlə müsahibə etməkdən ibarətdir. Əsas məqsəd DP-nin nəticələrini və fəaliyyətini işıqlandırmaq, gənclərə yardım etmək,  bu sahədə olan informasiya boşluğunu doldurmaqdır. Müsahibələrin digər saytlarda da maraqlı oxunub izlənməsi bu qəbildən olan yazıların vacibliyini sübut edir.

Cari ilin üçüncü rübündə bloqumda yazdığım məqalələr digər  saytlarda dərc olunmağa başladı. Ümumilikdə 25 məqalə 8 saytda dərc edildi. Saytların siyahısını xronoloji ardıcıllıqla təqdim edirəm: Bakumedia.az, senzor.org, sosialmedia.az, oneclick.az, hamar.az, dialoq.info, tehsil.im , edutimes.org.az.

Növbəti yazıda illik hesabatı  dərc edəcəm. Hələlik bu qədər, salamat qalın!

İngilis dilində Faydalı ifadələr SİYAHISI

Yeni yaradılmış kateqoriyada İngilis dili ilə bağlı postlar olacaq və burada İngilis dilində sözlər və ifadələr haqqında yazacam. Məqsəd İngilis dilini digər dillərlə (Azərbaycan və Rus) əlaqələndirərək yeni məlumatlar əldə etmək, onları daha da möhkəmləndirməkdir.

Bu dəfəki yazı İngilis dilində dialoqda, gündəlik həyatda kifayət qədər tez-tez işlənən sözlərə aiddir. Ümidvaram ki, ifadələrə diqqət yetirib onları işlədəcəksiniz. Yazı haqqında fikir, rəy və təkliflərinizi şərhlərdə bildirə bilərsiniz.

Еat one’s words — Взять слова обратно – Sözü geri götürmək
Enough of it — Довольно об этом – Bəsdir bu haqda
I don’t care — Меня не волнует – Mənim vecimə deyil
I have no idea — Понятия не имею – Anlayışım yoxdur
I mean it! — Я серьёзно – Ciddiyəm
I wish I knew — Хотел бы я знать! – Bilmək istərdim
It doesn’t matter — Это не важно – Bu vacid deyil
It doesn’t make sense — Это не имеет смысла – Bu mənasizdır
It doesn’t prove a thing — Это ничего не доказывает – Bu heçnəyi sübut etmir
It’ s none of your business — Не твоё дело – Sənlik deyil
It’s a lie
— Это ложь – (Bu) Yalandır
It’s all the same to me — Мне без разницы – Mənim üçün fərqi yoxdur
It’s beside the point — Это не относится к вопросу – (Bu) məsələyə aid deyil
It’s new to me
— Первый раз слышу – Birinci dəfədir eşidirəm
It’s out of place — Это неуместно – Yersizdir (Yeri yoxdur J)
It’s up to you — Решай сам – Özündən asılıdır, özün qərar ver
It’s waste of time — Это трата времени – Vaxt itkisidir
Let’s clear it up — Давай разберёмся – Gəl aydınlaşdıraq
Let’s drop the subject — Давай оставим эту тему – Gəl bu mövzuya toxunmayaq
Mind one’s own business — Занимайся своим делом – öz işinlə məşğul ol!
So what? — Ну и что? – Nə olsun ki?
That’s not the point
— Это не относится к вопросу – Bunun məsələyə nə aidiyyatı? (nə dəxli?)
That’s very well, but
— Это всё очень хорошо, но… — Çox yaxşıdır, amma…
Use your own judgement — Решай сам  — Özün qərar ver
What are you talking about? — О чём ты! – Nə danışırsan?!
What for? — Зачем? – Niyə? Nəyə görə?
What of it? — И что из этого? – Nə olsun ki?
You can take it from me — Можешь мне поверить – İnan mənə

FRANSIZ dilini öyrənmək üçün PULSUZ resurslar

????????????????????????????????????

Salam, əziz oxucular! İngilis dili ilə bağlı yazıların çox populyar olduğunu müşahidə etdim. Buna görə xarici dillərə meyli nəzərə alaraq artıq “Fransız dili” üçün də ayrıca kateqoriya yaratmağı qərara aldım. Bundan sonra Fransız dilinin öyrənilməsinə yönələn yazılar məhz bu kateqoroiyada yerləşdiriləcək.

Fransız dili dünya dillərindən melodikliyi, səslənməsinə görə fərqlənir və sevənlərin dili hesab olunur.  Bu dili öyrənmək üçün onlayn-resursları bir yerə topladım. Faydalanın və dostlarınızla da paylaşın.

Onlayn-kurslar

  1. http://www.le-francais.ru/ —Fransız dili başlayanlar üçün sayt. Bütün dərslər onlayn keçirilir və audio- və videomateriallarla müşahidə olunur.
  2. http://lingust.ru/fran%C3%A7ais  —Fransız dilini öyrənmək istəyib başlayanlar üçün sayt. Hər dərs maraqlı materiallardan ibarətdir, onlayn olaraq tapşırıqları yerinə yetirmək olar.
  3. http://polarfle.com/   —Detektiv tapşırığını yerinə yetirərək dili öyrənirik. Qrammatika, yeni sözləri öyrənmək üçün və dinləməni inkişaf etdirmək üçün. Davam edənlər üçün yaxşıdır (А2, В1 və s.).
  4. http://les-verbes.com/  — Fransız dilində fellərin təsrifi
  5. http://www.podcastfrancaisfacile.com/  —Fransız dilində transkripti olan audiopodkastlar. Bir neçə tip buraxılışlar var: qrammatika, diktant, mədəniyyət haqqında, lüğət və s. Başlayanlar və davam edənlər üçün sayt.
  6. http://auberge.int.univ-lille3.fr/ —Qrammatika və  dinləməni inkişaf etdirmək üçün, davam edənlər üçün.
  7. http://francaisonline.com/ — başlayanlar üçün onlayn-dərslər.
  8. http://bescherelle.com/  —Fransız dilində oyunlar və tapşırıqlar dolu sayt. Hər səviyyəyə uyğundur.
  9. http://hosgeldi.com/fr/  —Trenajor lüğətinizi zənginləşdirməyə imkan verir. Əvvəl sizə sözləri tapmağa imkan verir, daha sonra isə gündəlik sözləri sizin e-mail-ə göndərəcək.

Video- və Audioresurslar

  1. http://tvkultura.ru/brand/show/brand_id/36205/    — “Poliqlot” realiti-şousu: professor Petrovla Fransız dilində danışmaq üçün 16 saat dərslərə baxa bilərsiniz.
  2. http://www.bonjour.com/   —Lazımi sözlərin və frazalarının tələffüzü
  3. http://www.bbc.co.uk/languages/french/mafrance/    BBC kanalının Fransa haqqında Ma France videoreportajları. Fransa həyatı ilə və fransız mədəniyyəti ilə tanış olmaq, yeni söz və frazalar öyrənə bilərsiniz.
  4. http://ina.fr/  —Fransız dilində müsahibələr kolleksiyası. Bütün çarxların mətni var.
  5. http://enseigner.tv5monde.com/  —Fransız dilində və paralel olaraq mətni verilən verilişlər
  6. http://french.about.com/  —Qısa videoçarxlar
  7. http://baihou.ru/french   —Fransız dilində öyrədən serial. Dili yeni öyrənənlər üçün uyğunlaşdırılmış dil materialı.

Qəzaetlər, radio və televiziya

  1. http://www.lefigaro.fr/  —Gündəlik qəzetin elektron versiyası.
  2. http://tempsreel.nouvelobs.com/   —Həftəlik dərgi cari sayın məqalələrini dərc edir.
  3. http://radios.syxy.com/   — Onlayn fransız radiostansiyaları
  4. http://www.france24.com/en/  — Beynəlxalq fransız televiziyası
  5. http://tivi5mondeplus.com/  —3-10 yaşında uşaqlar üçün fransız dilində veb-televiziya.
  6. http://www.d8.tv/   — fransız televiziyası.

#ItIsAzerbaijan! Azerbaijani regions in PHOTOs

Commonly `It is Azerbaijan` phrase is used on comments of not sensible situations which happen in our country. Therefore this phrase has mocking shade. In order to promote our country abroad IMO we can use this phrase in positive situations, when we see beauties of our nature and etc. as well. The goal of  this article is to  urge all active internet users and Читать далее

DP ilə İngiltərədə magistr olan qızla MÜSAHİBƏ

DP Leyla

Salam, hər vaxtınız xeyir olsun, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) artıq bu il başa çatdı. Təhsil naziri Mikayıl Cabbarovun dediyinə görə 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Ancaq DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirəm. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürəm. Gəlin müsahibimlə yaxından tanış olaq.

 

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin və özünüz haqqınızda məlumat verin.

— Mən, Qasımova Leyla Rəsul qizi, 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-ci ildə İ.Tağıyev adına orta məktəbi bitirmişəm. 2008-ci ildə Azərbaycanın nüfüzlu universitetlərindən biri olan Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə daxil olmuşam və 2013-cü ildə ali məktəbi uğurlu göstəricilərlə başa vurmuşam. Bəlkədə sual yaranacaq niyə məhz iki ildən sonra ali məktəbə sənəd vermişəm. Bunun başlıca səbəbi ailədən gələn təzyiqlər olub. Bizim ailədə qızlar ən çoxu 5-6-cı sinifə kimi təhsil alıblar və qız uşağının oxumağına həmişə etiraz olub. Ailə dedikdə mən atamı və anamı təkcə nəzərdə tutmuram, cünki bir çox azərbaycan ailələrində bir gəncin gələcək qərarlarında əmilər, dayılar və s. ailə üzvləri söz hüququna malikdirlər. Atam və anam ailədən gələn təzyiqlərə baxmayaraq mənim təhsilimdə mənə həmişə dəstək olublar. Məktəbi bitirdikdən sonra ali təhsil almağımda bir çox manelər olduğunu bilməyimə baxmayaraq, gecələr və yaxud boş vaxtlarımda oxuyurdum. Heç vaxt ümüdümü üzmürdüm və gələcəyə inamla baxırdım. İki ildən sonra mən qərar verdim ki, mən ali məktəbə sənəd verəcəm, bir çoxları ümüd edirdilər ki, bu qədər fasilədən sonra mən keçid balını belə yığa bilməyəcəm. Lakin mənim gizlicə və gecələr oxumağımın nəticəsi olaraq  mən yüksək balla ali məktəbə qəbul odum.  Universitetdə oxuduğum illər qrupun ən yaxşı və çalışqan tələbəsi idim.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— Mən, təhsilimi İngiltərərdə davam etdirmək fikrində idim və bunada nail oldum. İngiltərədə təhsilin tam praktik formada olması məni cəlb etdi. Niyə məhz, Mançester Universiteti sualınıda belə cavablandırardım ki, Mançester Universiteti dünyada tədqiqatlar, yüksək öyrətmə, tələbə təcrübəsi və sosial məsuliyyətə əsasən ən qabaqcıl universitetlərdən biridir. Beynəlxalq sıralamada Mançester Universiteti hər il demək olar ki, £ 890 mln dövriyyəsi olan Böyük Britaniyanın ən böyük universitetlərindən biri sayılır.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— Bakı Dövlət Universitetində təhsil aldığım dövrdə bir çox sahələrdə idarəçilik funksiyasını həyata keçirtdiyimə görə idərəçilik sahəsinə marağım getdikcə artırdı. Bakalavr təhsilimi bitirdikdən sonra təhsilimin ikinci pilləsini məhz idarəçilik üzrə davam etdirməyə qərar verdim. Məhz təhsili önəmli amillərdən biri hesab etdiyim üçün və eyni zamanda ailəmizdə ədət-ənənəyə əsasən qızların oxumaq hüququnun az olmasını nəzərə alaraq Təhsilin İdarə olunması ixtisasını seçdim.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— DP müsahibəsi mənim üçün çox önəmli idi, çünki gələcək planlarım müsahibənin nəticəsi ilə bağlı idi. Bunları nəzərə alaraq cavablarımda və arqumentlərimdə əminlik göstərməyə çalışırdım və münsiflər heyəti üçün sual yaradacaq qaranlıq məsələlərə aydınlıq gətirirdim. Müsahibədə ilk əsas suallar niyə Mançester Universitetini seçmisiniz? Niyə məhz bu ixtisas? Gələcəkdə bu ixtisasla Azərbaycanda nə kimi yeniliklər etməyi planlaşdırırsınız? Vəə bu suallara cavablardan yaranan suallar. İxtisas seçimimdədə problemləri nəzərə alaraq Təhsilin İdarə olunmasına üstünlük vermişəm. DP seçimi zamanı mənə sual veriləndə ki, niyə məhz bu ixtisası mən öz təcrübəmə əsaslanaraq cavab verdim. Azərbaycanda qızlar və oğlanlar üçün təhsil almaq məcburi olmasına baxmayaraq, Bakının bir çox kəndlərində və bölgələrimizdə qızlar təhsildən yayınıllar və bu da erkən nigahlara, boşanmalara və digər qadın hüquqlarının pozulmasına gətirib çıxarır. Təhsilimizin bu hissəsində olan boşluq hələki davam etməkdədir. Bu gün cəmiyyətimizdə bir çox qadın probləmlərini nəzərə alaraq təhsilin qızlarımıza vacibliyi bildirmək istərdim. Yalnız qızlarımız üçün təhsil almaq imkanı yaratmaqla gələcəkdə bu problemlərin qarşısını almaq mümkündür. Təhsilimizdə olan bu problemləri və boşluqları aradan qaldırmaq üçün mənim bu ixtisas üzrə təhsil almağımın vacibliyini bildirdim. Bu məsələdən sonra münsiflər heyəti mənə yeni bir sual ünvanladılar. Siz bilirsiniz ki, təhsil sistemində idarəcilik pozisiyasına gəlmək üçün sizin beş il təhsil sistemində təcrübəniz olmalıdır? Dedim bəli bilirəm və mən bunları qəbul edirəm və inanıram ki, gələcəkdə təhsilimizdə uğurlu inkişaflara imza atacam.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Müsahibənin cavabları on gün ərzində bəlli oldu. Münsiflər heyəti üç şəxsdən ibarət idi. Gənc olmalarına baxmayaraq müxtəlif ixtisaslar üzrə anlayışları var idi və məhz o sahələr üzrə suallar verirdilər. Musahibə iki dildə keçdi Azərbaycan və İngilis, lakin üstünlük ingilis dilinə verildi.

Hər yeni addımda olduğu kimi bu müsahibədə mənim üçün həyacansız keçmədi. Əlbətdəki, həyacanı dəf etməyə çalışırdım, çünki fikirlərimi tam aydın şəkildə çatdırmaqda mənə mane olacağından çəkinirdim. Eyni zamanda həyəcan özünə inamı azaldır və qarşındakı insan bunu hiss etdikdə sənin haqqında qərarlarına mənfi təsir edir. Bunları nəzərə alaraq özümü psixoloji cəhətdən hər bir suala hazır etmişdim və sualları cavablandıranda və fikirlərimi çatdıranda əminlik göstərirdim. Ən əsası odur ki, dediyin fikirdən qorxmayasan və müstəqillik görsədəsən. Hər bir dediyin cavaba sualla yanaşacaqlarını nəzərə alıb arqumenti formalaşdırmaq lazımdır.

Müsahibədə iştirak edəcək gənclərə tövsiyyəm odur ki, müsahibəyə gedərkən heçnədən çəkinməyin, ozünüzə güvəni artırın və əgər, siz, Azərbaycanı təmsil etmək üçün bu addımı atırsınız fikri ilə müsahibəyə girsəniz Sizi əmin edirəm musahibədən yüksək nəticə ilə çıxacaqsınız. Əziz gənclər Sizlərə bu önəmli addımda uğurlar arzu edirəm və təhsilə gedən qapılarınızın açılmasını diləyirəm.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— Bəli, düzdü DP müsahibə nəticələri zamanında qeyri-şəffaflıq olduğundan bir çoxları şikayət edir. Əgər DP iştirakçısı bütün tələblərə cavab verirsə çəkinmədən öz huquqlarını və butün anlaşılmazlıqlara aydınlıq gətirilməsini tələb etməlidir.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək işlərinizdə sizə uğurlar!

— Təşəkkürlər!!!