DP ilə Mançesterdə oxuyan tələbə ilə MÜSAHİBƏ


Ismayil

Hər vaxtınız xeyir olsun! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən tələbərlə müsahibələr artıq ənənə halını alıb. Məqsəd DP haqqında olan informasiya boşluğunu doldurmaqdır.  Bu işdə siz də yardımçı ola bilərsiniz, belə ki, əgər sizin də tanıdığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Gəlin müsahibimlə tanış olaq.

-Salam, hər vaxtınız xeyir! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

-Salam, mənim adım İsmayıl Mirhadidir. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Xüsusi İstedadlar Qrupu”-nu “Maliyyə” ixtisası üzrə fərqlənmə ilə bitirib bakalavr dərəcəsi əldə etmişəm.  Elə həmin il TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanında 128 bal toplayaraq Dövlət İqitsad Universitetinin dövlət hesabı ilə “Bank işi” ixtisasına qəbul olmuşam. Eyni zamanda Böyük Britaniyanın Mançester Universitetində “Maliyyə” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşam və “Dövlət Təqaüdü Proqramı”-nın qaliblərindən biri olaraq təhsilimi orada davam etdirməyə qərar vermişəm. 2014-cü ildə Mançester Universitetinin məzunu olaraq magistr adına layiq görülmüşəm.

 — Təhsilinizi hansı ölkələrdə davam etdirmək niyyətində idiniz?

-Təhsilimi ya Böyük Britaniyada ya da Almaniyada davam etdirmək istəyirdim çünki alman dilini bilirəm və çox sevirəm. Eyni zamanda Almaniyada magistr təhsilimi davam etdirmək üçün Alman dövlətinin DAAD təqaüd proqramının qalibi olmuşdum. Lakin son nəticə olaraq Böyük Britaniyanı seçdim.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

-Mənim bakalavr ixtisasım da Maliyyə-dir. Bu sahədə biliklərimi daha da artırmaq üçün bu ixtisası seçdim. Universitet seçiminə gəldikdə isə hələ orta məktəbi bitirdikdən sonra Mançester Universitetinin bakalavr pilləsinə qəbul olmuşdum lakin müəyyən səbəblərə görə getməmişdim. Yəni məktəb illərindən xüsusi marağım olub həmin universitet və şəhərə.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

-Müsahibə şəffaf şəkildə aparıldı. İxtisas və dünyagörüşü haqda suallar oldu. Misal üçün, ixtisasa aid verilən suallar arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun funksiyaları, Azad İqtisadi Zonalar haqda suallar yer almışdı. Ümumi suallar bölməsində  isə Azərbaycanın tarixi və tarixi şəxsiyyətləri haqda suallar verilmişdi. Təəssüf ki, həmin vaxtdan iki ildən artıq vaxt keçib ona görə də komissiya üzvlərinin adlarını xatırlamaqda çətinlik çəkirəm lakin müsahibə çox xoş bir mühitdə aparıldı. Müsahibə həm azərbaycan həm də ingilis dillərində aparıldı.

— Müsahibənin cavabı nə vaxt məlum oldu?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz nədən ibarətdir?

-Müsahibənin nəticələri bir aydan bir az artıq müddətdə açıqlandı. Xatırlayıram ki, nəticələr sentaybrın 13-ü açıqlandı və müsbət oldu. Müsahibəyə hazırlaşarkən əsas diqqət ixtisasdan verilə biləcək suallara yönəlməlidir. Bundan əlavə, düşünürəm ki,  üstünlük tərbiyə və mədəniyyət səviyyəsi yüksək olan gənclərə verilir.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

-Bu fikirlə razı deyiləm. Özümün və bir çox dostlarımın təcrübəsindən irəli gələrək əminliklə deyə bilərəm ki, Dövlət Proqramına seçim prosesi obyektiv və şəffaf əsaslarda keçirilmişdir.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s