Sağlamlıq, məişət və mətbəx üçün faydalı MƏSLƏHƏTLƏR


Salam, əziz oxucular! Bu dəfə daha praktik mövzu haqqında yazacam ki, hər kəsə yaxın olsun. Məişətdə və mətbəxdə bəzi hiyləgərlikləri bilmək heç vaxt ziyan deyil. Üstəlik sağlamlıq haqqında nə qədər oxusaq bir o qədər özümüzə faydalı məlumatlar tapa bilərik. Ona görə bu dəfə 3 mövzunu birləşdirərək bəzi məsləhətlərlə paylaşacam. Oxuyun, faydalanın və paylaşın!

Mətbəx

IF

Kartofu tez qaynatmaq üçün qazana bir balaca kərə yağı əlavə edin.

yumurtaYumurtanın təzə olub-olmamasını belə yoxlamaq olar: soyuq su ilə doldurulmuş qazanda təzə yumurtalar aşağı çökür, təzə olmayanlar isə suyun üzünə qalxır.

kotlet

Kotletin daha da dadlı  olması üçün doğranılmış soğan, duz-istiot əlavə edilmiş farşı 5-6 saatlığına soyuducuyuna qoyun. Bişirəndən sonra fərqi hiss edəcəksiniz!

xlakimiler

Paxlakimilər fəsiləsindən olan noxud, paxla, lobya və d. suda islatmaq yadınızdan çıxıbsa o zaman onları duzlu suda qaynadın və hər 7-10 dəqiqədən bir xörək qaşığı soyuq su əlavə edin.

sudu tez

Südü tez qaynatmaq üçün ona bir çay qaşığı şəkər tozu əlavə edin.

pendir

Pendiri sürtgəcdən keçirməyin asan yolu budur: sürtgəci bitki yağı ilə yağlayın və beləliklə həm pendir yapışmaz, həm də sürtgəc daha tez yuyular.

quru limon

Qurumuş limonu cana gətirmək üçün bir neçə saatlığına su ilə dolu qaba qoyun.

pis iy

Xoşagəlməz iydən qurtulmaq üçün bir xörək qaşığı sirkəni tavaya əlavə edin və buxarlanana kimi qızdırın.

Məişət

paltarda leke

Boya ləkələrini paltardan götürmək üçün asetondan istifadə edin. Ləkəni tam aradan qaldırmaq üçün naşatırdan istifadə edin.

leke

Şüşədəki yapışqan ləkələrindən qurtulmaq üçün bitki yağından istifadə edin. Ləkə olan yerə yağ əlavə edin, 10 dəq. gözlüyün və sonra kağız salfetlə silin.

chips

Ocaq qalamaq üçün xüsusi mayelər axtarmağa dəyməz. Özünüzlə çips aparın və quru odunlarla yandırın. Ocağı daha tez qalayacaqsınız!

Sağlamlıq

gri

Tez sakitləşmək üçün burun və dodaq arasındakı nöqtəni basıb 3 saniyə saxlayın. Bu metod sizi sakitləşdirəcək!

limon

Baş ağrısını sakitləşdirmək üçün limon dilimini alına sürtün. Sitrus meyvələrinin ətiri əla sakitləşdirir.

dis pastasi

Yanıq yerini sakitləşdirmək üçün xəsarət alan nahiyəni diş pastası ilə   sürtmək məsləhətlidir.

bogaz agrisi

Boğazda ağrını aradan qaldırmaq üçün hil əlavə edilmiş isti süd için. İltihabın qabağını almağa hil kömək edir.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s