Nazirliklərin Twitter hesabları – SİYAHI


 

XXI əsr rəqəmsal dövründə sosial medianın artan nüfuzunu və gücünü görməmək mümkün deyil. Ona görə də şirkətlər, beynəlxalq təşkilatlar, dövlət strukturları bu dəyişiklikləri nəzərə alıb özlərinin fəaliyyətlərini, əhali ilə əlaqəni sosial media vasitəsi ilə çatdırırlar. Beləliklə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sosial şəbəkələrdə özünə hesab aşması bu prizmadan baxanda heç də qəribə görsənmir. 🙂

Bloger olaraq maraqlı gəldi ki, görəsən Azərbaycan Respublikasının dövlət strukturları  yaranmış imkanlardan necə istifadə edir, hansı mövqedədirlər indi. Araşdırmaya ilk olaraq Twitter sosial şəbəkəsindən başlamağa qərar verdim. Nəyə görə məhz Twitter? Bu sosial şəbəkənin digərlərindən fərqləndirən üstün cəhətləri bunlardır:
1. Birbaşa olaraq ünsiyyət qurmaq daha asandır. Həm siyasi xadimlər üçün, həm də şirkətlər üçün istifadəçilərlə birbaşa rahat əlaqə qurula bilər.

  1. Maraqlarınıza uyğun siyahı düzəldə bilərsiniz və xəbərləri izləyə bilərsiniz.
  2. Daha çox iş yönümlüdür. Reklam daha azdır, oyunlar isə tamamilə yoxdur.
  3. Heşteqlərdən istifadə etməklə dünyada onlayn rejimdə baş verən hadisələrdən xəbər tuta bilərsiniz, hazırki trendləri öyrənə bilərsiniz.

Apardığım araşdırma nəticəsində məlum oldu ki, Azərbaycan Respublikasının 20 nazirliklərindən yalnız 5-i bu şəbəkədən aktiv istifadə edir: Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi. Digərləri ya nə vaxtsa aktiv olublar, ya da ümumiyyətlə hesab açmayıblar. Hesab açmayanların arasında Mədəniyyət və Turizm, Energetika, Fövqəladə Hallar, Nəqliyyat və Müdafiə Nazirliklərinin olması təəccüblüdür. Məlumat üçün qeyd edək ki, Nəqliyyat Nazirliyi “Millinet 2014” müsabiqəndə 3-cü yeri tutub, FHN adıçəkilən müsabiqədə ikinci yer, dövlət saytları arasında isə “NETTY 2015” Azərbaycan Milli İnternet Mükafatının qalibi seçilib.

Siyahını sizin diqqətinizə təqdim edirəm.
Twitter accaunts of ministries of AR

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s