Tövsiyyə olunan 9 serial – SİYAHI


Salam, hər vaxtınız xeyir, əziz oxucular! Bu dəfəki yazıda cəmiyyətdə mübahisələr doğuran məsələyə — seriallara toxunacam. Yazıda müasir gəncliyin niyə seriallara baxdığını təhlil etməyəcəm, bu ayrı məqalənin müvzusudur. Amma əgər seriallara baxmaq istəyirsinizə, gəlin onda keyfiyyətli işlərə baxaq və zövqümüzü korlamayaq. Təəssüflər olsun ki, nə yerli televiziya kanalları, nə də Türkiyə telekanalları keyfiyyətli məhsul ortaya qoya bilmirlər. Xarici dilləri bilənlər (rus və ingilis misal üçün) bu boşluğu doldurmaq üçün üz tuturlar dünyada populyar olan seriallara. Mən də, bloger olaraq, cəmiyyəti maarifləndirmək missiyası çərçivəsində Azərbaycandilli auditoriyaya bəzi məsləhətlər verməyi özümə borc bilirəm. Hazırsınızsa, gəlin başlayaq!

  1. Şerlok (Sherlock) – Böyük Britaniya, (2012 – davam edir)

sherlockMəşhur yazıçı Artur Konan Doylun yaratdığı detektiv  Şerlok Holms və doktor Vatson haqqında növbəti şedevr. Bu serialın digərlərindən fərqləndirən xüsusiyyət odur ki, XIX əsrdə yaradılan Holms rejissorlar tərəfindən bu günümüzə, yəni XXI əsrə gətirilib və ona görə Holmsun əsrarəngiz beyninin nələrə qadir olduğuna şahid ola bilərsiniz. Serial uğurlu olduğu üçün indiyə kimi davam edir və gələn il növbəti mövsümün çəkilişi gözlənilir. Detektiv janrını bəyənməsəniz belə, bu serialda olan hərəkətlilik sizi valeh edəcək, həmçinin müşahidə qabiliyətinizi yoxlaya və məşq etdirə bilərsiniz.

  1. Tvin Piks (Twin Peaks) – ABŞ, (1990-1992, 2016)

Twinpeaks2Müstəqil kinematoqrafın nümayəndəsi olan Devid Linçin və Mark Frostun rejissor olduğu serialda hadisələr uydurulmuş Tvin Piks şəhərində baş verir. FTB-nin xüsusi agenti Deylor Kuper orta məktəb şagirdi Lora Palmerin qətlini araşdırır və balaca Tvin Piks şəhərinin sakinləri ilə tanış olur. Sakit və əyalət şəhərciyi sakinlərinin həyatlarının qaranlıq və dəhşətli tərəflərini görə bilərsiniz. Qeyd edək ki, dünyaca məşhur “Time” jurnalı bu serialı “Bütün zamanların ən yaxşı TV şouları” siyahısına daxil edib.

  1. Doktor Haus (House, M.D.) – ABŞ, (2004-2012)

Doctor HiuseHəkim-diaqnost Qreqori Haus və onun komandası haqqında maraqlı serial. Əgər sizə tibbi terminlər maraqlı deyilsə, siz ən azından elementar tibbi biliklərə yiyələnə bilərsiniz. Gələcəkdə bu sizə hər hansı fövqəladə vəziyyətlərdə kömək edə bilər. Tibb sahəsində oxuyan tələbələr isə bu seriala mütləq baxmalıdırlar. Filmdə hətta Şerlok Holms və doktor Vatsona da allüziya var. Serialın ard-arda neçə il çəkilməsi onun uğurunun göstəricisidir.

  1. Spartak: Qan və qum (Spartacus: Blood and Sand) , ABŞ, (2010)

SpartacusQədim Romada quldarlıq dövründə zorla əsir götürülüb qula çevrilən məğrur Spartakın mübarizəsindən bəhs edən bəlkə də ən uğurlu ekran əsəri. Filmə baxarkən özünüzü Romadakı kimi hiss edəcək, həmin dövrün çətinliklərini, şəxslər arası münasibətlərin hansı formada olduğunu  görə biləcəksiniz. Serial baxımlı olduğu üçün onun davamı da çəkilmişdir,lakin bu serialdan başlamağa dəyər. Kiçik qeyd edim ki, bu serialda adından da göründüyü kimi qan həddindən artıq epizodlarda var və ona görə baxmazdan əvvəl bu xüsusiyyətə fikir vermək gərəkdir.

  1. Əsl detektiv (True detective) – ABŞ, (2014-2015)

truedetectiveusePremyerası keçən il olan və bir çoxları tərəfindən rəğbətlə qarşılanan serialının süjet xətti belədir: Luiziana ştatında baş verən qəribə və qəddarlıqla törədilən qətli araşdırmığı iki detektivə — Martin Hart və Rastin Koula həvalə edirlər. Qəhrəmanlar üç ayrı-ayrı illərdə görüşürlər – 1995, 2002 və 2012-ci illərdə. Martin Hart obrazının ifaçısı Metyu Makkonahi rolunun daha dəqiq ifa etmək üçün 450 səhifəlik material yazıb və qəhrəmanının 17 illik həyatını hissələrə ayırıb. İşinin heyranı olan aktyorların ifasına baxmaq ayrıca zövq verir.Ona görə də bu serial siyahıya daxil edilib.

  1. Mentalist (The Mentalist) – ABŞ, (2008-2015)

MentalistFilmin baş qəhrəmanı Partik Ceyn əvvəllər “uzaqgörən” və “ekstrasens” olduğunu iddia etsə də, indi o Kaliforniya Təhqiqat Bürosunda çalıışır. O mükəmməl psixoloq və manipulyatordur və Büroda işləməklə qisas almaq istəyir. Vaxtı ilə onun ailəsi faciəvi şəkildə Qanlı Con adlı qatil tərəfindən məhv edilib və buna görə Patrik onun axtarışlarına davam edərək baş verən cinayət hadisələrində öz köməyini işçilərdən əsirgəmir. Müşahidə qabiliyyətini artıran serial  ağıl oyunlarını sevənlər üçün əla fürsətdir.

  1.  İtirilmişlər (Lost) – ABŞ, (2004-2010)

800px-Lost_lettersDaha bir uğurlu serial haqqında yazmaya bilməzdim. “Oceanic Airlines” şirkətinin Sidneydən Los-Anceles şəhərinə uçan 815 reysinin sərnişinləri Okeaniyanın yaşayış olmayan adalarının birində qəzaya uğrayırlar. Adada qalan hər bir sərnişinin həyatı izləyicinin gözlərinin qabağından keçir və seyrçi müxtəlif ölkələrdən olan insanları görür. Serialın müvəffəqiyyətli olması mükafatlarla təsdiq olunur (“Emmi” və “Qızıl qlobus”).

  1. Məxfi materiallar (X Files)- ABŞ, (1993-2002)

780px-The_X-Files_logo.svgArtıq klassikaya çevrilən bu serialın müxtəlif ölkələrdə fanatları var. Adından da göründüyü kimi serial paranormal hadisələrdən və belə hadisələri araşdıran FTB-nin xüsusi agentləri, Foks Malder və Dana Skalli, haqqında bəhs edilir. Malder Uçan Naməlum Obyektlərə (UNO) və digər qeyri-adi hadisələrə inanır, Skalli isə əksinə elmi yanaşmaya üstünlük verir. Serialda hökümətlərə inamsızlıq, sui-qəsd nəzəriyyəsi, dünyadan kənar sivilizasiyaların mövcudluğu mövzularına toxunulur. 90-cı illərin populyar seriallarına çevrilən “Məxfi materiallar” serialının davamının çəkilməsi haqqında qərar verilib və tezliklə biz yeni seriyaları izləyə biləcəyik.

  1. Kolombo (Columbo) – ABŞ, (1969-2003)

ColumboDetektiv janrında çəkilən serial izləyicinin gözlədiyi kimi deyil, başqa tərzdə başlayır. Seyrçi əvvəldən qatilin kimliyini bilir və Los-Anceles polis departamentinin leytenantı Kolombonun qatili necə tora saldığının şahidi olur. Kolombo ilk baxışdan sadə, əfəl, gözə dəyməyən sıradan bir polisdir, amma onun xarici görünüşü araşdırmalarda ona kömək olur. Özlərindən razı olan cinayətkarlar bu sadə polisin heç nəyə yaramadığını düşünürlər və ona görə də Kolomboya əhəmiyyət vermirlər. Müşahidə qabiliyyətini və intellektual qabiliyyətləri inkişaf etdirmək üçün ən uyğun seriallardan biridir. Kolombonun şarmı isə bu personajı sizə sevdirəcək.

Siyahını bu yerdə dayandırıram, çünki maraqlı seriallar hələ çoxdur. Onlar barəsində növbəti məqalələrimdə yazacam. Hələlik bu qədər, əziz oxucular!

P.S. Yazını dostlarınızla paylaşmağı və bloqda şərh yazmağı unutmayın. Gələn görüşlərədək!

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s