DP-dən uğurla keçən xanımla MÜSAHİBƏ


Hər vaxtınız xeyir olsun! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən üçüncü tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Buyurun, tanış olun, bu gün müsahibəmin qonağı Birmigem Universitetinin tələbəsi Günel Ağabəylidir.

 Gunel agahabayli

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin və özünüz  haqqınızda qısa məlumat verin.

-Salam, adım  Günel Ağabəylidir, 25 yaşım var. Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı orta məktəbi bitirmişəm.Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul oldum. Dörd illik yüksək səviyyəli təhsildən sonra artiq 2013-cü ilin yay aylarında müsahibələri uğurla keçib bir çox xarici şirkətlərdən iş təklifi aldım. Seçimimi isə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri  İnstitutunda saxladım. Bununla daha çox təcrübə əldə edib öz təhsilimi artıq ölkədən kənarda davam etdirmək istəyirdim. Hazırda həmin İnstitutda elmi işçi vəzifəsində artıq 2 ildir işləyirəm.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

-Baxmayaraq ki bir çox ölkələrin (Almaniya, Böyük Britaniya, Avstraliya, Norveç və Fransa) universitetlərinə müraciət etmişdim, amma onların arasında ən çox istədiyim Böyük Britaniya idi. Uşaqlıq arzum idi nə vaxtsa həmin ölkədə təhsil almaq,çünki İngiltərədə təhsil haqqında məktəb illərindən çox məlumat əldə etmişdim. Buna görə də qəbullar arasından seçimi İngiltərədə saxladım.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

-Nəyə görə məhz kimya sualının cavabı əslində 20 il əvvələ aiddir. Anam deyir ki, hələ uşaq yaşlarımdan mənim kimyaya həvəsim olub. İndiyə kimi yadımdadır uşaqlar üçün nəzərdə tutulmuş proqramlar vardı. Orda az yaşlı uşaqlara hər elmdən məlumat verilirdi. Mənim isə marağım daha çox texniki fənlərə, daha dəqiq desək kimyaya idi. Mətbəxdə anamın ədviyyatları ilə təcrübələr edər və sonda isə sanki yeni ixtira edən kimi həvəslənər  “Evrika!” deyərdim. Ona görə də bakalavrda seçimim kimya oldu. Maqistr dərəcəm üçün isə Birmingem (Birmingham) Universitetini seçdim, çünki sahəmlə bağlı ordakı texnologiya və dərslər daha çox marağımı çəkdi.

— İndi də keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, müsahibə hansı dillərdə keçdi. Təəssüratlarınızı oxucularla paylaşın.

Müsahibəm normal keçdi və 15-20 dəqiqə çəkdi. Komissiyadakıları tanımırdım, amma 3 nəfər idilər. Biri sahəmlə bağlı suallar verən məllim idi, digər iki nəfər isə ümumi suallar verirdilər. Müsahibə 3 dildə keçdi: azərbaycan, rus və ingilis dillərində.  Birinci,  suallar özüm və nailiyyətlərim haqqında oldu. Niyə məhz bu ixtisası seçmişəm, Universitet illərində aktivliklərim və nailiyyətlərim. Daha sonra isə suallar kimyadan və fizikadan idi.  Belə suallar arasında çox sadələri olduğu kimi bir qədər mürəkkəb olanları  də yer aldı. Məsələn, atomun quruluşu,atomu təşkil edən hissəciklərin mövqeyi, kovalent rabitə və növləri, növlərinə aid misallar və bir-birindən fərqləri, atomun iondan fərqi və bunu misallarda izahı, termodinamikanin qanunları, düsturları və misallar, qaz qanunları və onlara misallar, üzvi kimyadan alkanlar, alkenlər, tsikloalkanlar, arenlər və s., neft kimyası, neftin tərkibi, emalı. Azərbaycan haqqında suallardan isə  Azərbaycan alimlərinin kimya sahəsində nailiyyətləri, görkəmli alimlərimiz haqqında suallar yer aldı. Daha sonra  himnimizin sözləri və musiqisi kimə məxsusdur, bayrağın rənglərinin mənası, gerb haqqında, dövlət bayramları və yaranma tarixləri və s. Daha sonra əsasən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verildi, işğal olunan torpaqların tarixlərini mütləq bilmək lazımdır. Sonda amma ümumi suallar içərisində nəyə görə xaricdə təhsil almaq istəyirsiniz, nəyə görə Dövlət Proqramı ilə, nəyə görə seçdiyiniz universitet və ixtisas, bir neçə ildən sonra özünüzü harda görürsünüz, təhsilinizi bitirdikdən sonra harda işləmək istəyirsiniz, DP-dən keçməsəniz nə edərsiniz kimi suallar yer aldı.

 

— Müsahibənin cavabı nə vaxt bəlli oldu?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

-Müsahibənin cavabı, səhv etmirəmsə, 23 iş günü ərzində bəlli oldu. Düzünü desəm mən müsahibəyə hazırlaşmamışdım. Çünki müsahibədə tələbənin cavab verə bilməyəcəyi suallar soruşulmur. Ən azından öz sahəndən bütün suallara cavab vermək lazımdır. Ola bilər ümumi suallarda bəzi tələbələr üçün çətinlik olsun, çünki dünya görüşü yoxlanılan suallar da verilir . Məsləhətim bu olardıki öz sahələri ilə bağlı daha çox araşdırma etsinlər. Universitetdə oxuduqları kitablarla kifayətlənməsinlər. Dünya səviyyəsində sahələrində baş verən yeniliklərdən xəbərləri olsun. Niyə məhz həmin ölkə və həmin sahə kimi suallara da hazır olsunlar, çünki əlbəttəki seçim edəndə hansısa faktora əsaslanıb edirik. Bir də öz üstünlüklərin bilsələr daha yaxşı olardı, məsələn müsahibədə niyə məhz onlara üstünlük verilməlidir. Ümumiyyətlə ağıla gələ bilən hər suala cavabınız hazır olmalıdır. Çalışmaq lazımdır ki,  sizin üçün bu təhsilin həqiqətən önəmli olduğunu sübut edəsiniz. Əgər hansısa suala cavabı dəqiq bilməsəniz bilə özünüzü itirməyin,  sadəcə çalışın məntiqi cavab tapasınız. Ən azından yadınızda qalanlardan və təcrübənizə əsaslanaraq doğru cavab vermək şansıniz daha çoxdur. Çalışın müsahibəni maraqlı edin və səmimi olun. Yalandan əzbərlənmiş cümlələr qurmayın. Bütün bunlara diqqət etsəniz əminəmki uğur əldə etməyə şansınız var.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar, Günel xanım!

-Təşəkkürlər. Ümidvaram müsahibəmlə bir çox tələbələrə kömək etmiş olaram.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s