“Cızma-qara” bloq layihəsi.Son


Gun1

22 avqust 2015-ci il
Təlimçi: İlqar Mirzə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Bakı şəhərində icra olunan “Cızma-Qara” layihəsinin üçüncü təlimi 22 avqust tarixində keçirildi.

Bu dəfə təlimin sonuncu günü və bağlanış mərasimi haqqında yazacam. Öncə təlimin sonuncu günündən başlamaq istəyirəm. Təlimin keçirildiyi yerə gəldiyimdə məlum oldu ki, iştirakçıların bir hissəsi gəlməyib və təbii ki, bu təlimin aktiv, enerji dolu keçməyinə mane ola bilən faktor idi. Təlimçimiz gecikdikdən sonra bizə motivasiya verə biləcək qısametrajlı Polşa istehsalı olan film nümayiş etdirdi. Filmə baxdıqdan sonra iki enercayzer oynadıq ki, bir az yuxudan oyanaq və təlimə ayıq beyinlə başlayaq. Enercayzerin birincisini adı “Vikinq” idi. Qaydası çox sadə idi, kimə işarə edirsənsə o qəribə səslər çıxardıb estafeti digərinə ötürməlidir. Ikincisinin adı isə “Tapança” idi, qaydası isə belədir: bir nəfərə işarə edib onu güllələyirsən, həmin şəxs aşağı oturur və qonşularından kim tez bir-birini vurdusa o birini öldürmüş hesab edir, estafet isə qalib çıxan qonşu tərəfindən digər iştirakçıya ötürülür. Oyun çox sürətli olduqda daha maraqlı olur.

Oyunlara başa vurduqdan sonra  təlimçi İlqar Mirzə bloqda yazandan sonra  onu paylaşmağın yollarını göstərdi, texniki məsləhətlər verdi. Bloqların kataloqlara salınmasının əhəmiyyətindən söz etdi (Məs.: kataloq.net, navigator.az, Mobchannel). İştirakçılara maraqlı olan məsələyə də toxunduq —  Azərbaycan bloqosferinə. Populyar olan bloqlara daxil olduq, onların hansı mövzulara toxunduğunu müşahidə etdik, bəzilərinin yazılarını oxuduq (Reklam olmasın deyə adlarını çəkmirəm J). Daha sonra Azərbaycandan kənarda məşhur olan YouTube kanallarına baxdıq (Məs.: MrFreeman, 100500, Hayrettin, Ashleyshugtime ve d.).

Qeyd edim ki, təlimin bu günü daha çox müzakirələrlə, müxtəlif bloqlarda dərc edilən yazıların oxunması ilə, bloqlardan və YouTube-dan pul qazanmağın əsas prinsiplərinin müəyyən edilməsi ilə yadda qaldı. Bütövlükdə, yeni nəsil  bloqerlərin hazırlanmasında əminəm ki, bu təlimin müəyyən rolu olacaq.

24 avqust 2015-ci il

Bağlanış mərasiminə təlimin axırıncı gününə gəlməyənlər də təşrif buyurdular. Hamıda bir təntənə, sevinc hissi sezilirdi. Mərasimə təlimçi İlqar Mirzə də gəldi (yenə gecikərək :D). Tədbiri giriş sözü ilə layihənin rəhbəri Züleyxa Məmmədova açdı. İştirakçılara təlimdə olduqlarına görə öz minnətdarlığını bildirdi. Sonra çıxış etmək üçün sözü təlimçi İlqar Mirzəyə verdi. Təlimçimiz iştirakçıların tənbəlliyindən gileyləndi, amma yenə də bizi tanıdığına görə sevinc hissi keçirdiyini qeyd etdi. Mərasimin rəsmi hissəsinə sertifikatların verilməsi ilə davam etdirildi. Bütün iştirakçılara təlimin sertifikatı təqdim olunduqdan sonra mərasimin qeyri-rəsmi hissəsinə start verildi. Belə ki, tort kəsildi və iştirakçılara paylanıldı. Təlimin aktiv iştirakçılarından biri olan Zeynal isə öz sözünü yerinə yetirdi və piroq gətirdi (yaxşı ki gətirdi J). Beləcə 3 gün davam edən təlim başa çatdı. Təlimin bloqosferə nə verdiyini isə yaxın gələcəkdə şahidi ola biləcəyik.

Öz adımdan təlimin bütün təşkilatçılarına və təlimçimiz İlqar Mirzəyə təşəkkürümü bildirirəm. Daha da faydalı layihələrdə görüşmək ümidi ilə!

P.S. Təlimin nəticəsində yaranmış  və artıq inkişaf etməkdə olan bloqların siyahısını düzəltdim.

Fərhad Qarayevin bloqu — https://saghlamol.wordpress.com

Rüfət Zeynallının bloqu — https://rufatzeinalli.blogspot.com

Türkan Quliyevanın bloqu — https://soyuq.wordpress.com

Şəms Teymurlunun bloqu — https://qizilintibah.wordpress.com

Cəfərsadiqin bloqu — https://cefersadiq.blogspot.com

Cavidan Məmmədovun bloqu — https://damoklsword.blogspot.com

Məhəmməd Novruzlunun bloqu — https://muhammedsphoto.wordpress.com

Sevinc Vəliyevanın bloqu — https://whatsevinjdid.wordpress.com

Səbuhi Qurbanzadənin bloqu — https://arealliq.wordpress.com

Zeynal Zeynallının bloqu — http://zeynalliz.blogspot.com

Tural Turanın bloqu — https://turalturan.wordpress.com

Təlimin ümumi bloqu — https://qefes.wordpress.com/

Это слайд-шоу требует JavaScript.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s