“Cızma qara” bloq layihəsi. İkinci gün


Gun1

20 avqust 2015-ci il

Təlimçi: İlqar Mirzə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  Bakı şəhərində icra olunan “Cızma-Qara” layihəsinin ikinci təlimi 20 avqust tarixində keçirildi.

Bu təlim günü müxtəlif gecikmələrlə başladı. Birinci qaydanı (təlimə gecikmək) pozanlara cəza tətbiq edilmədi, bu dəfəlik əhv olundular. İştirakçıları yuxudan oyatmaq üçün bir enercayzer  təklif edildi təlimçi tərəfindən: oyunun adı “Meyvə Salatı” idi. Qaydalar çox sadədir: bir neçə meyvə adı deyilir, qrupun iştirakçıları müəyyən meyvələri seçirlər və bir nəfər ayaq üstə qalır, bir meyvə adı deyir və ya “Meyvə salatı” deyir və iştirakçılar ona uyğun yerini dəyişirlər.

Daha sonra təlimçi İlqar Mirzə iştirakçılara 2 sual verdi: həyatda yaxın 5 il ərzində hansı nailiyyətləri əldə etmək istəyirsiniz və bunun üçün hansı keyfiyyətlər lazımdır. İştirakçılar bu suallara cavabı kağızlarda qeyd etdilər və bəzilərini səsləndirdilər. Bu suallardan mümkün ola biləcək cavab kimi çıxan Pul məsələsinə toxunan təlimçi öz həyatından təcrübəsi ilə paylaşdı. İlqar Mirzə 22 yaşında uğurla layihəni bir şirkətə sataraq 15 min $ qazanıb, lakin dostunu itirib. Ona görə də pul həmişə həlledici məqam deyil.

Daha sonra bloq yazısı yazmağın texnikası haqda prezentasiya iştirakçılara təqdim edildi. Nəzəri bilikləri ötürən təlimçi  ilqar Mirzə 16 nəfər iştirakçını 4 yerə böldü və tapşırıq verdi:

1-ci qrup – Ratsional qrupu “Moda” mövzusunu seçdi

2-ci qrup – Nəfəs qrupu “Mentalitet” mövzusunu seçdi

3-cü qrup – Həvəs qrupu “Gənclərin inkişafı ” mövzusunu seçdi

4-cü qrup- ZC=T2 qrupu “Səyahət” mövzusunu seçdi

Bundan sonra təlimçi İlqar Mirzə mövzunu bir az daraldaraq təlimin həyata keçdiyi yeri, Nərimanov rayonunu əlavə etdi. Mövzular daha spesifik oldu və bu halı aldı: Nərimanovda moda, Nərimanovun mentaliteti, Nərimanov rayonunda Gənclərin inkişafı, Nərimanovda səyahət.

Qrup iştirakçılarının bəzisi təlim yerində qalmağı seçdilər, digər hissəsi isə Nərimanov rayonunun müxtəlif yerlərinə səyahət etdilər. Bizim qrupun (ZC=T2)  mövzusu birbaşa olaraq səyahət ilə bağlı idi, ona görə bizdən iki nəfər (Zəhmli Zeynal  və Cəfərsadiq) Nərimanov rayonun gəzməli yerlərinə getdilər və qalan iki nəfərə (Tural və Türkan) çəkilən şəkilləri göndərməyi söz verdilər. Təlim yerində qalan iki nəfərin vəzifəsi məqaləni yazıb və onu tərtib etməkdən ibarət idi. Birinci olaraq təbii ki, Nərimanov rayonunun və Azərbaycanın müasir arxitekturasının zirvəsi hesab edilən Heydər Əliyev Mərkəzindən başladılar. Daha sonra McDonald`s, Metropark və Nərimanov parkı, qədim fars təmayüllü məktəblərdən biri olan Seyid Cəfər Pişəvəri adına Humanitar gənclər gimnaziyası və yeni tikilən Nərimanov kinoteatrını da yazıda işıqlandırıldı. Özünüz baxın, dəyərləndirin yazını.

Digər qruplar da öz tapşırıqlarını yerinə yetirdilər. Məsələn Nəfəs qrupu Nərimanov rayonunda sorğu keçirdi və müxtəlif mövzulara toxundu: şortik, sırğa, xaricdə təhsil almaq və d. Nəticədə bu yazı ərsəyə gəldi. Həvəs qrupu Nərimanov rayonunda gənclərin inkişafı haqqında kiçik araşdırma apardı və bu yazını hazırladılar.  Ratsional qrupu isə adına uyğun olmayan yazı dərc etdi.

Bu təlim günündə iştirakçılar qısa vaxt ərzində bloq yazısı hazırlamığın nə olduğunu, operativliyi, maraqlı xəbər başlığı seçməyi öyrəndilər. Bəzi bloqerlər tapşırıq sayəsində öz debütlərini etdilər. Təbii ki, əsaslı yazı yazmaq üçün verilən vaxt azdır, amma yenə də təcrübə toplamaq üçün belə tapşırıqlar lazımdır.

Maraqlıdır, təlimçimiz görəsən iştirakçılara daha nələr hazırlayıb? Bunları bilmək üçün bizimlə qalın və növbəti yazımızı bloq layihəsinin yekunu və bağlanış gününə  həsr edəcəyik. Görüşmək ümidi ilə, hələlik! 🙂

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s