İngilis dilində PULSUZ Conversation Club-lar — SİYAHI


TheWay-Conversation-Clubs-spring-flyer-I

Hər vaxtınız xeyir, dəyərli oxucular! Bu dəfə Bakıda fəaliyyət göstərən PULSUZ Conversation Club-lar haqqında yazacam.

Yay aylarında çoxu istirahət etmək üçün paytaxtı tərk edir, üz tutur səfalı bölgələrəmizə ya da ölkədən kənarda istirahət edir. Ancaq bu və ya digər səbəblərə görə Bakıda qalmaq məcburiyyətində olanlar da var. Asudə vaxtını səmərəli sərf edənlər İngilis dilini inkişaf etdirmək məqsədilə  müxtəlif Conversation (Danışıq) Club-lara gedirlər. Özüm pulsuz danışıqlar klubları axtaranda məlumat qıtlığı hiss etdim. Ona görə bloqer olaraq bu boşluğu az da olsa doldurmaq qərarına gəldim. Nəzərinizə çatdırım ki, bu yazı reklam xarakteri daşımır və şəxsən özüm bütün klublarda iştirak etmişəm.

  1. GR8 club – Şənbə, 14:00

Ambisiyalı və istedadlı gəncləri bir yerdə toplayan bu klubda siz nəinki ingilis dilində danışmağı, hətta bu dildə hekayə danışmağı və  düzəltməyi, maraqlı mövzülar haqqında diskussiya etməyi və təqdimat qabiliyyətinizi inkişaf etdirə bilirsiniz. Klubda çox iştirakçı olmadığına görə sizə kifayət qədər danışmaq üçün vaxt olacaq.

Əlaqə: https://www.facebook.com/GR8CLUB?fref=ts

  1. Prosperium – Şənbə, 18:30

Yeni açılan bu kursda siz həftəsonu maraqlı vaxt keçirə bilərsiniz. Mövzular əvvəlcədən seçilir və bəzi iştirakçılar evdə hazırlaşıb gəlmək istəyənlər üçün əla fürsətdir. Klubda hər görüş təxminən 1,5 -2 saat olur, ona görə də bu faktı nəzərə alın.

Əlaqə: https://www.facebook.com/events/1442170649440906/

3. NR Academy – Bazar , 11:30

İstirahət günü faydalı gün keçirtmək istəyirsinizsə onda bura gəlməyə dəyər. Burada siz hər həftə maraqlı oyunlarda iştirak etmək, faydalı ifadələr öyrənmək istəyirsinizsə bu kluba gedə bilərsiniz. İşə həvəsli olan moderator xanım əlindən gələni edəcək ki, görüş maraqlı keçsin.

Əlaqə: https://www.facebook.com/NRacademy?fref=ts

4. English Language Academy – Bazar, 12:00

Bu siyahıda olan kurslar arasında iştirakçı sayına görə ən populyar olan klub. Yerlər  məhdud olduğu üçün bəzən ayaq üstə qalanlar olur, iştirakçı çox olduğuna görə isə bəzən hər kəsə kifayət qədər danışmaq üçün vaxt çatmaya bilər. Digər tərəfdən ictimailəşmək üçün və utancaqlığı aradan qaldırmaq istəyirsinizsə bu kluba gedə bilərsiniz.

Əlaqə: https://www.facebook.com/ELA.Azerbaijan?fref=ts

5. Edu Company – Bazar, 13:00

Bazar günü əgər boş vaxtınız və istəyiniz varsa bu kluba gedə bilərsiniz. Dil səviyyəniz əgər elementary və ya Beginner-ə uyğundursa onda bu klubdan başlaya bilərsiniz.

Əlaqə: https://www.facebook.com/groups/1010199932332352/

 6. Premium Class Azerbaijan – Şənbə, 15:00

Liverpulda böyüyüb başa çatmış və həmin aksentlə danışan instruktorla 1,5-2 saat danışmaq imkanınız var. Bundan əlavə yeni idiomlar və ifadələr öyrənmək imkanınız var. Utancaq olmayan və səbrli olanlar üçün bu klub yaxşı imkandır.

Əlaqə: https://www.facebook.com/premiumclassazerbaijan/?fref=ts

7. English Language conversation Club – Şənbə, 17:00

Fərdi təşəbbüs nəticəsində ortaya gələn bu klubun heç bir kursa aiddiyatı yoxdur. Hər həftə Addio kafesində (İçərişəhər metrosunun çıxışı ilə üzbəüz) yığışan iştirakçılar müəyyən mövzu haqqında danışırlar. Təcrübəli iştirakçılara ictimailəşmək, yeni dost və tanışlar tapmaq üçün yaxşı fürsətdir.

Qeyd: Elanda adətən sifariş verilənə görə pul verildiyi bildirilsə də, klubun sonunda hər iştirakçıdan 1 manat yığılır. Bilməyiniz və əvvəlcədən hazır olmağınız üçün bunu da qeyd edim.

Əlaqə: https://www.facebook.com/groups/508786059306857/?fref=ts

8. Stimul Education and Consulting – Şənbə, 11:00; Bazar, 13:00

Rastlaşdığım ən sərbəst klub. İştirakçılar sayının çox olması danışmaq uğrunda mübarizəyə gətirib çıxardır. Üstəlik mövzu da sərbəst və ya qadağan olunmuş olarsa (məs. siyasət, din, +18) onda deməyə az söz qalır. Tabuları dəf etmək istəyən, gənc olmayanlara uyğun bir imkandır.
Əlaqə: https://www.facebook.com/Stimul.edu.az/?fref=nf

9. Baku American Center – qrupdan asılı olaraq dəyişir

Bu kluba bir çoxları üzv olmaq istəyir. Səbəb çox sadədir, çünki məhz burada dilin daşıyıcıları ilə birbaşa ünsiyyətə girə bilərsiniz. Bu tamamilə ödənişsizdir. Klubun nə qədər populyar olduğu üçün bir faktı paylaşım: kluba gəlmək hüququnu qazanmaq üçün 100 nəfərdən çox namizəd müsahibəyə gəlmişdi.  Müsahibə nəticəsindən asılı olaraq artıq qruplara bölündü iştirakçılar. Kluba yüksək tələbatı nəzərə alaraq yay aylarının axırı, sentyabr ayında səhifəni izləmək məsləhətdir.

Əlaqə: https://www.facebook.com/Baku-American-Center-180989618608264/?fref=ts

10. Aminat Language School — bazar günü

Yeni təşkil olunan bu yeri tapmaq üçün bir az əziyyət çəkəcəksiniz, çünki heç bir yazı və ya roll-ap görməyəcəksiniz. Bu işdə sizə əlaqə nömrəsi və qarşılamağa hazır olan şəxs kömək edəcək. Məkan birinci mərtəbədəki mənzildə yerləşir. Elə bil Conversation-da ev ab-havası yaradılır. İnstruktor maraqla danışır və gələnlərin hamısının fikir bildirməsinə imkan yaratmağa çaılışır. Yeganə mənfi cəhət kimi şablon, bizim cəmiyyətə uyğunlaşmayan suallardan istifadəni qeyd etmək olar. Müxtəlif səviyyələr üzrə təşkil edilən kluba gəlib özünüzü sınaya bilərsiniz. İştirakçıların sayı çox olmadığından danışmağa imkanınız olacaqdır.

Əlaqə: https://www.facebook.com/aminatenglish/?fref=ts

11. Lead International

Kurs Caspian Plaza ilə üzbəüz olan Globus Plazada yerləşir. Məkanı tapmaq asan və rahatdır. Conversation Club əvvəllər 2 həftədə bir dəfə təşkil olunurdusa, artıq həftədə bir gün keçirilir. Club 1-1,5 saat olmaqla iki qrup üçün təşkil olunur:  Beginner — Pre Intermediate və Intermediate – Advanced səviyyələri üçün. Qeydiyyat üçün imeylə yazmaq və ya Google Form-u doldurmaq və ya zəng etmək kifayətdir. Hər iki qrupda oturmuşam. Ümumilikdə Conclub maraqlı təşkil olunur və mövzu seçimi səsvermə ilə baş tutur. Ən çox səs toplayan mövzu Conclubda müzakirə olunur. Hər kəsin çıxış eməsi üçün imkan yaradılır, ancaq daha çox danışmaq istəyirsinizsə onda aktiv olub digərlərinin əvəzinə danışmalı olacaqsınız.

Əlaqə: https://www.facebook.com/LEAD-International-187055351699941/

12. İMZA Group — şənbə günü

Kurs City Point Baku-da, Rusiya Səfirliyinə yaxın ərazidə yerləşir. Məkana çatmaq və tapmaq elə də asan məsələ deyil. Lakin, burada maraqlı format təklif olunur. Belə ki, həftədə 1 dəfə, şənbə günü, Financial discussions aparılır. Sözün qısası, maliyyə haqqında müzakirə aparmaq imkanınız var, özü də ingilis dilində! Həm də ki, ÖDƏNİŞSİZ. Əvvəlcədən xəbərdarlıq edimbildirim ki, mövzudan xəbəriniz yoxdursa, bir az hazırlışıb gedin, çünki mövzular spesifikdir.

Əlaqə: https://www.facebook.com/imzagroupaz/

P.S. Əgər siz başqa klublar da tanıyırsınızsa, onların adlarını şərhdə və yaxud mənimlə əlaqə saxlayaraq yaza bilərsiniz. Daha aktual məlumat üçün Facebook səhifələri ilə əlaqə saxlamağınız məsləhət görülür. Vaxtınızı səmərəli keçirməyə çalışın!

 

Реклама

İngilis dilində PULSUZ Conversation Club-lar — SİYAHI: 11 комментариев

  1. salam bəs əlaqə nömrələri necə verə bilərsizmi.Mən face bookda yoxam nömrə olsa əlaqə saxlayıb dəqidləşdirərdim.Bunlardan hansı 28 may metrosu yaxınlığındadır və dərsləri xarici müəllimlərmi aparır

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s