“Altı gün savaşı” sənədli filminə resenziya


alti gunluk muharibe

İstehsalçı: Al Jazeera

Janr: Sənədli

Dil: Türk

Müddət: 21:58

1967-ci ilin 5 iyun sabahı İsrail Hava Qüvvələri Misir aerodromlarına qəflətən hücum etdilər və 450-dən çox təyyarəni məhv etdilər. 10 iyuna qədər İsrail Şərqi Qüdsü, İordan çayının qərb sahilini, bütün Sinay yarımadasını və Suriyadakı Qolan təpələrini işğal etmişdi. İsrail bu müharibənin ərəblərin potensial hücumlarına maneə törətmək məqsədi daşıdığını bəyan etdi. Ancaq Altı günlük müharibənin
İsrail tərəfindən əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum olduğu haqqında sübutlar tapıldı.

Film qısametrajlı olmasına baxmayaraq kifayət qədər dinamikdir və izləyicini nəinki o dövrə, hətta o şəraitə qayıtmağa imkan verir. Hücumun həm Misir, həm də İsrail tərəfindən birbaşa iştirakçıları o günləri canlandırırlar. Misirlilər üçün faciəvi olan bu müharibə haqqında daha ətraflı öyrənmək və təsəvvər yaratmaq üçün sənədli filmə baxmağa dəyər.

Film bütün regionla, Yaxın Şərq münaqişəsi ilə və həmçinin hərb tarixi ilə maraqlananlar üçün tövsiyə edilir.

Filmi buradan izləyə bilərsiniz http://bit.ly/1BcTyvq

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s